ТОП просматриваемых книг сайта:
KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Читать онлайн.Название KAPİTAL. Siyasi iqtisadın tənqidi
Год выпуска 0
isbn 978-9952-8245-3-8
Автор произведения Карл Генрих Маркс
Издательство JekaPrint
Biz bu yerədək insanlar arasında bircə iqtisadi münasibət–əmtəə sahibləri münasibətini bilirik, bu münasibətdə əmtəə sahibləri ancaq öz əməyinin məhsulunu özgəninkiləşdirmək yolu ilə özgə əməyinin məhsulunu mənimsəyirlər. Deməli, bir əmtəə sahibi ancaq ona görə başqasının qarşısına pul sahibi kimi çıxa bilir ki, onun əməyinin məhsulu təbiətən pul formasına malikdir, yəni pul materialıdır, qızıldır və i. a., ya da onun öz əmtəəsi öz cildini dəyişmiş, öz ilkin istehlak formasını öz üzərindən atmışdır. Pul vəzifəsi daşımaq üçün qızıl, əlbəttə, müəyyən bir nöqtədə əmtəə bazarına daxil olmalıdır. Bu nöqtə qızılın hasil olunduğu yerdir, – o yerdir ki, burada bilavasitə əmək məhsulu olan qızıl eyni dəyərə malik başqa bir əmək məhsuluna mübadilə olunur. Lakin bu zamandan etibarən qızıl daim əmtəələrin reallaşmış qiymətlərini ifadə edir. Qızılın hasil olunduğu yerlərdə onun əmtəəyə mübadiləsi bir kənara qoyulsa, qızıl hər bir əmtəə sahibinin əlində onun özgəninkiləşdirilmiş əmtəəsinin ayrılmış surətidir, satqının məhsulu, yaxud əmtəənin birinci metamorfozu olan Ə–P metamorfozunun məhsuludur. (Pulun olmaq üçün əvvəlcə gərək satasan.) Qızıl ona görə ideal pul, yaxud dəyər ölçüsü olmuşdur ki, bütün əmtəələr öz dəyərlərini qızılla ölçürdülər və beləliklə qızılı onlar öz istehlak formalarının fikrən təsəvvür olunan əksliyi, öz dəyərlərinin surəti etmişlər. Qızıl ona görə real pul olur ki, əmtəələr özlərinin hərtərəfli özgəninkiləşməsi prosesində qızılı həqiqətən özlərindən ayrılmış və özlərinin istehlak dəyərinin çevriliş forması edir, deməli, öz dəyərlərinin gerçək surəti edir. Dəyər surəti olmaq etibarı ilə əmtəə özünün təbii surətdə əmələ gəlmiş istehlak dəyərinin hər bir izini, onu yaradan xüsusi faydalı əməyin hər bir izini öz üzərindən silib atır və fərqsiz insan əməyinin yekcins ictimai maddiləşməsinə çevrilir. Pula baxanda, onda nə çeşid əmtəənin dönüb pul olduğunu görmək olmaz. Öz pul formasında bir əmtəə tamamilə hər bir başqa əmtəəyə bənzəyir. Pul peyindən ibarət ola bilər, hərçənd peyin heç də pul deyildir. Fərz edək ki, bizim toxucunun öz əmtəəsini verib əvəzində aldığı iki qızıl bir kvarter buğdanın çevrilmiş formasıdır. Kətanın satılması, Ə–P eyni zamanda onun alınmasıdır, P–Ə deməkdir. Lakin kətanın satılması olmaq etibarı ilə bu proses həmin əməliyyatın əksliyi ilə, bibliya alınması ilə qurtaran hərəkətin başlanğıcı olur; kətanın alınması olmaq etibarı ilə isə eyni proses həmin əməliyyatın əksliyindən – buğda satılmasından başlanmış hərəkəti başa çatdırır. Ə–P– Ə (kətan–pul–bibliya) prosesinin birinci fazası olan Ə–P (kətan–pul) eyni zamanda P–Ə (pul–kətan) deməkdir, yəni başqa bir Ə–P–Ə (buğda–pul–kətan) prosesinin son fazasıdır. Əmtəənin birinci metamorfozu, onun əmtəə formasından pula çevrilməsi eyni zamanda da həmişə hər hansı başqa bir əmtəənin buna əks olan ikinci metamorfozudur, əmtəənin dönüb pul formasından əmtəəyə çevrilməsidir61.
P–Ə. Əmtəənin ikinci, yaxud son metamorfozu–alqı. Pul bütün başqa əmtəələrin onlardan ayrılmış surəti və ya onların ən ümumi özgəninkiləşdirilməsi məhsulu olduğuna görə, tamamilə özgəninkiləşdirilən bir əmtəədir. Pul bütün qiymətləri əks istiqamətdə oxuyur və, beləliklə, özünün əmtəəyə çevrilməsi üçün itaətkar bir material olmaq etibarı ilə bütün əmtəə cisimlərində əks olunur. Bununla bərabər əmtəələrin pula saldığı aşiqanə nəzərlərdən ibarət olan qiymətlər pulun başqa şeyə çevrilib onda təcəssüm etmək qabiliyyətinin hüdudunu, məhz onun öz miqdarını göstərir. Əmtəə pula çevrildikdə, bir əmtəə kimi yox, olduğuna görə, pulun üzərində öz sahibinin əlinə necə keçdiyini və məhz nəyin pula çevrildiyini göstərən bir iz qalmır. Pul haradan ələ keçirsə keçsin, non olet [iyi gəlmir]. Pul, bir tərəfdən, satılmış əmtəəni təmsil edirsə, digər tərəfdən, alına biləcək əmtəələri təmsil edir62.
P–Ə, yəni alqı, eyni zamanda satqıdır, yaxud Ə–P deməkdir; deməli, müəyyən bir əmtəənin son metamorfozu eyni zamanda hər hansı başqa bir əmtəənin birinci metamorfozudur. Bizim toxucunun nöqteyi-nəzərindən onun əmtəəsinin həyat yolu əldə etdiyi 2 funt sterlinqə aldığı bibliya ilə bitir. Lakin bibliya satan şəxs toxucudan aldığı 2 funt sterlinqi arağa çevirir. Ə–P–Ə (kətan–pul–bibliya) prosesinin son fazası olan P–Ə eyni zamanda Ə–P–Ə (bibliya–pul–araq) prosesinin birinci fazası olan Ə–P deməkdir. Əmtəə istehsalçısı bazara ancaq bir cür məhsul çıxardığına görə, bu məhsuldan adətən külli miqdarda satır, halbuki onun müxtəlif cəhətli tələbatı onu reallaşdırılan qiyməti, yaxud əldə edilən pul məbləğini, alacağı bir çox şeylər arasında daim bölməyə məcbur edir. Beləliklə, bir satqı müxtəlif əmtəələrin alınması kimi çoxlu əməliyyata gətirib çıxarır. Deməli, bir əmtəənin son metamorfozu başqa əmtəələrin birinci metamorfozlarının məcmusunu təşkil edir.
İndi biz hər hansı bir əmtəənin, məsələn kətanın metamorfozunu bütövlükdə götürsək, hər şeydən əvvəl görərik ki, bu metamorfoz bir-birinə əks olan və bir-birini tamamlayan iki hərəkətdən; Ə–P və P–Ə hərəkətlərindən ibarətdir. Əmtəənin bir-birinə əks olan bu iki çevrilməsi əmtəə sahibinin bir-birinə əks olan iki ictimai hərəkətində meydana çıxır və onun bir-birinə əks olan iki iqtisadi rolunda inikas edir. Satqı agenti olmaq etibarı ilə o satıcıdır; alqı agenti olmaq etibarı ilə alıcıdır. Lakin əmtəə hər bir çevrilməsində eyni zamanda özünün hər iki formasında – əmtəə formasında və pul formasında mövcud olduğuna görə, – bunlar da yalnız bir-birinə əks qütblərdə yerləşir, – eyni bir əmtəə sahibi satıcı olduqda başqası onun qarşısına alıcı sifəti ilə çıxır, o alıcı olduqda isə, başqası onun qarşısına satıcı sifəti ilə çıxır. Eyni bir əmtəə bir-birinə əks olan iki ardıcıl çevrilmədən keçdiyi–əmtəədən pula və puldan əmtəəyə çevrildiyi kimi, eyni bir əmtəə sahibi də satıcı rolundan çıxıb alıcı roluna girir. Deməli, bunlar qəti surətdə sabitləşmiş rollar deyil, əmtəə tədavülü prosesində daim bir şəxsdən başqa şəxsə keçən rollardır.
Ən sadə formasında əmtəə metamorfozu tələb edir ki, dörd kənar nöqtə və üç persone dramatic [iştirak edən şəxs] olsun. Əvvəlcə əmtəə öz dəyərinin surəti olan pula müqabil durur, həm də bu surət «o biri tərəfdə», özgənin cibində özünün bir şey kimi hiss edilən reallığına malik olur. Deməli, əmtəə sahibinə pul sahibi qarşı durur. Əmtəə pula çevrildikdə, dərhal pul əmtəənin ani ekvivalent forması olur, bunun da istehlak dəyəri və ya məzmunu «bu tərəfdə», başqa əmtəə cisimlərində mövcuddur. Əmtəənin birinci
61
Əvvəlcə, öz məhsulunu satmadan onu mübadilə edən qızıl və ya gümüş istehsalçısı, artıq yuxarıda dediyimiz kimi, istisna təşkil edir.
62
"Əlimizdə olan pul almaq istədiyimiz şeyləri və eyni zamanda bu pula satdığımız şeyləri təmsil edir”. (Mercier de la Riviere, sitat gətirilən əsər, səh. 586).