Скачать книгу

kədərlə köksünü ötürüb dedi:

      –Bu xoş xəbəri mənə yox, varislərimə ver!

Şeir

      Əziz ömür başa çatdı xoş arzular içində,

      Dedim kaş ki, ürəyimdən gecən girsin qapımdan.

      Ürəyimdən gecən gəldi, lakin ümid yoxdur ki,

      Keçən ömür geri dönə, mən də olam kamran.

Şeir

      Köç təblini vurdu əcəl əlilə,

      Ey gözlərim başa deyin: əl vida.

      Ey əl, bilək və qol daha ayrılın.

      Üzə, gözə, qaşa deyin: əlvida.

      Düşmənlərin kamınca mən gedirəm,

      Ban bu yoldaşa deyin: əlvida!

      Mən nadan yaşadım dünyada, ban,

      Dostum, sən xoş yaşa, deyin əlvida!

      10. Hekayət

      Dəməşq məscidində, Yəhya peyğəmbərin məqbərəsində olduğum zaman, ədalətsizlikdə şöhrət tapmış bir ərəb hökmdarı da təsadüfən oraya ziyarətə gəlmişdi. O, namaz qıldıqdan sonra dua oxuyub, allahdan köməkliklər istədi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      «Gülüstan» əsərinin müqəddiməsində, Allahın, Peyğəmbərin və Şiraz hökmdarı Əbubəkr Səd ibn Zənginin tərifi var.

      2

      Atabəy Əbubəkr Səd ibn Zəngi – Sədinin dövründə 1195–1226-cı illərdə Şirazın hakimi olmuşdur. Sədi ondan hədiyyə görmüş, öz təxəllüsünü onun adından götürməklə, «Gülüstan» əsərini ona ithaf etmişdir.

      3

      Sünbülinin «Gəndistan» əsəri əlyazma halında olub Azərbaycan Respublikası əlyazmaları fondunda saxlanılır. Bu əsər eynən Sədinin «Gülüstan»ı kimi başlayıb həzli məzmun daşıyır. Bunu «Gülüstan»a bənzətmə və ya təhzil adlandırmaq olar. Çapa layiq əsər deyildir.

      4

      al–ailə, yaxın adamlar

      5

      Üzərinə nömrə qoyulmuş ad və beytlər kitabın sonunda izah edilib.

      6

      «Kəcavədə həmnişinim və hücrədə həmdəmim» ifadəsindən aydın olur ki, Sədini «Gülüstan» əsərini yazmağa təşviq edən şəxs, onunla birlikdə səyahətə çıxıb, məhrəm söhbətlər edən özü kimi bir şair olmuşdur. Təəssüf ki, Sədi bu dostunun adını aydın söyləmir.

      7

      Ordibehişt – İran şəmsi təqviminin ikinci ayı olub, 21 aprel ilə 21 may arasında davam edir.

      8

      Nəqşi Ərjəngi yaxud Ərtəngi – Sasani (226 – 651) hökmdarlarından I Şapur vaxtında (241–272) İranda məşhur olan rəssam Maninin kitabının adıdır. Orada ən gözəl, nəfis şəkillər mövcud idi. Bu ifadə altında bəziləri Çin rəssamlarının rəssamlıq sənətini də nəzərdə tuturlar.

      9

      Bozorcmehr – Sasani padşahı Ənuşirəvanın (531-579) ağıllı vəziri olub.

      10

      Əlvənd dağı – İranda Həmədan şəhərinin yaxınlığındadır.

      11

      Kənan… Bu misrada «Yusif və Züleyxa» poemasının qəhrəmanı Yusifə işarə edilir. Qardaşlarının xəyanətilə quyuya salınmış, qul kimi satılmış, ona aşiq olan Züleyxanın (ağasının arvadı) böhtanı ilə yeddi il zindanda qaldıqdan sonra nəhayət şahlığa çatmışdır.

      12

      Loğman – Tarixi şəxsiyyət olması məlum deyil. Keçmişdə müxtəlif dövrlərdə Ərəbistan və Yunanıstanda bir neçə Loğman adlı həkim və alim şəxslərin yaşadığı qeyd olunur. Yaxın Şərq xalqlarının klassik poeziyasında və xalq ədəbiyyatında bütün xəstəliklərin çarəsini bilən bir həkim kimi məşhurdur.

      13

      Hekayət – «Gülüstan» kitabında müxtəlif həcmli və müxtəlif məzmunlu, əsasən şeirlə nəsrin qarşılıqlı əlaqəsi ilə yazılan kiçik hikmətamiz hekayələr belə adlanır. Burada da eyni adla saxlanılıb.

      14

      Fridun (Firidun) – Əfsanəvi Pişdadiyan sülaləsindən altıncı padşah hesab olunur. Atasını zalım Zöhhak öldürmüş, anası onu xilas etmişdir. Dəmirçi Gavə Zöhhakı taxtdan saldıqdan sonra onu taxta əyləşdirmişdir.

      15

      Mahmud Səbuktəkin – Qəznəvilərin ən məşhur və qüvvətli hökmdarlarındandır. 997–1030-cu illər arasındakı hökmranlığı dövründə İran, Türküstan və Hindistanın əsas hissəsini öz hakimiyyəti altında birləşdirmişdir.

      16

      Nuşirəvan – Sasani sülaləsinin ən məşhur hökmdarı olmuşdur. 531–579-cu illərdə hakimiyyət sürərək İran və eləcə də bütün Yaxın Şərq ədəbiyyatında ədalətli bir hökmdar surəti kimi mədh olunmuşdur. Guya Məhəmməd Peyğəmbər onun zamanında doğulması ilə fəxr edirmiş.

      17

      Tur dağı – Qırmızı dənizin şimalında Sina yarımadasında bir dağdır. Yəhudilərin peyğəmbəri sayılan Musa guya Misirdə Peyğəmbərliyə çatdıqda onun dinini qəbul etməyən Firounu bütün qoşunu və əmlakilə dənizə qərq etmiş, sonra öz tərəfdarları ilə Tur dağına çəkilmişdir. Dini rəvayətə görə guya Allahla bu dağın başında danışarmış.

      18

      Gördüyün

Скачать книгу