Скачать книгу

işləyən demək olar ki, hər bir kəs realizm ilə bağlı olan, və adətən suveren dövlət beynəlxalq siyasətdə ən mühüm aktyordur; dövlətin davranışını rasional izah etmək mümkündür; dövlətlər unitar aktyorlardır; daxili və beynəlxalq siyasət arasında kəskin fərq vardır; dövlətlər gücü anarxik özünü təkmilləşdirməni daxil etməklə qazanırlar, və müharibə və sülh problemləri əsasdır kimi fikirləri əhatə edən mərkəzi prinsipləri müəyyən etməyə qabildir. Realizmin hökmranlığı Jack Donnelly-ni «realizmin taleyinin izlənməsi Beynəlxalq münasibətlər sahəsinin inkişafının qismən, lakin hələ də faydalı olan tədqiqini təmin edir» fərziyyəsinə gətirmişdir (1995: 175).

      Çoxlarının realizmi sahənin rəhbər paradiqmi hesab etməsinə baxmayaraq, o, əlbəttə ki paradiqmatik statusa yeganə namizəd deyildi. Tədqiqatçılar demək olar ki, həmişə, realizmin mülahizələrinə müxalif olaraq müəyyən edilən, və adətən mənşəyi beynəlxalq siyasətdəki hadisələrə bağlanan alternativ paradiqmlər toplusuna istinad edirdilər. Bunun klassik nümunəsi, realist paradiqmdən əvvəl olduğu fərz edilsə belə, müharibələrarası dövrün idealist paradiqması adlandırılan şeydir. John Vasquez hesab edirdi ki, «sahənin qurulması və sülh və müharibəyə vurğu edilməsi mənasında mühüm olan» «Beynəlxalq münasibətlərin mühakimələrinin birinci mərhələsi idealist paradiqmin hakimiyyəti altında idi» (1998:33-4). İdealist adlandırılan paradiqmin, əhəmiyyətli dərəcədə İkinci Dünya Müharibəsindən sonrakı realist tənqidçilər tərəfindən hərtərəfli müəyyən edilmiş əsas xüsusiyyətləri realizmə məxsus prinsiplərin dəqiq antitezisləridir (Bull, 1972; Carr, [1939] 1964; Guzzini, 1998; Hollis və Smith, 1991; Kegley və Wittkopf, 1989; M.J. Smith, 1986; Vasquez, 1998). Realizmə rəqib olan digər paradiqmlərə “davranışçı (beheviorist) paradiqm” (Lijphart, 1974a), «dünya siyasəti paradiqmi» (Keohane və Nye, 1972), «qlobal cəmiyyət və neo-Marksist paradiqm» (Holsti, 1985), «qlobal dövlət quruluşları üçün yeni paradiqm» (Mansbach və Vasquez, 1981) və plüralizm (Little, 1996; Viotti və Kauppi, 1999) də daxildir.

Böyük mübahisələr (debatlar)

      Kuhn-un paradiqma anlayışı, eləcə də Lakatos-un (1970) elmin fəlsəfəsi və tarixindən götürmüş olduğu «elmi tədqiqat proqramı» kimi digər anlayışlar, yalnız fərqli «fikir məktəblərini» müəyyən etmək məqsədilə əsas təmin etmək deyil, həm də sahənin ümumi təkamülünü, habelə sahədəki konkret yanaşma üsullarını dəyərləndirmək üçün istifadə edilmişdir (Ferguson və Mansbach, 1993; Guzzini, 1998; Keohane, 1983; Kugler, 1993; Lijphart, 1974b; Smith, 1987; Tellis, 1996; Vasquez, 1998; Walt, 1997). Məsələn, Arend Lijphart belə hesab edirdi ki, Beynəlxalq münasibətlərin İkinci Dünya Müharibəsindən bu yana inkişafı elmi inqilabların Kuhn təsvirinə uyğun gəlir (1974a: 12). Fəlsəfə və elm tarixindən götürülmüş analitik strukturların istifadəsinin başlıca məqsədi əsasən elmi nailiyyətlərin əldə edildiyini və sahənin ümumilikdə inkişafda olduğunu nümayiş etdirmək idi. Beynəlxalq siyasətin mövzusu üzərində idrak hakimiyyəti axtarışında, empirik mülahizələr və qiymətləndirmə üçün əsas təmin edəcəkləri ümidi ilə BM elm filosoflarının öhdəsinə verilmişdi. Məsələn, Ferguson və Mansbach BM-in tarixini təsvir etmək üçün Kuhn-un strukturunun şirnikləndirici tərəfinin «Beynəlxalq münasibətlərin tədqiqatçılarına, nəzəri məntiqsizliklə əhatə olunsalar belə, öz sahələrində baş verən inkişafı görmək» imkanı verməsində olduğunu qeyd edirdilər (Ferguson və Mansbach, 1993: 22). Amma istənilən halda bu, Kuhn-un düzgün istifadə edilməməsidir, çünki sosial elmlər «paradiqmatikə qədərki» olduğundan, o, özünün elmin inkişafı hesabatının onların tarixinə tətbiq edilə bilməyən olduğunu qeyd edirdi. Bundan başqa, idealizm və realizm kimi konstruksiyalar paradiqmin Kuhn-un təsvir etdiyi qaydada meyarına cavab vermir. Kuhn-un strukturu inkişafı göstərmək üçün istifadə edilsə də, onun təməl arqumenti bundan ibarət idi ki, ikinci tərtib mövqedən inkişaf haqqında danışmaq mümkün deyildir.

      BM-in ənənəvi tarixşünaslığı çərçivəsində «böyük debatlar» silsiləsi görüntüsünün təşkili vasitəsilə, guya sahənin inkişaf tarixinin əhatə edildiyi barədə təsəvvür yaradılmışdı. Bu müntəzəmliyi və ya əlaqəsizliyi, əksər hallarda isə elmi inkişafı nümayiş etdirməyə xidmət edirdi. Sahənin tarixinin üç böyük ardıcıl debat ilə xarakterizə olunması inamı o qədər geniş yayılmış və hökmrandır ki, Waever-in qeyd etdiyi kimi «fənnin tarixini nəql etmək üçün yaradılmış heç bir başqa vasitə yoxdur» (1998: 715). Sahənin üç böyük debatı hekayəsi, Steve Smith (1995) və Kjell Goldmann-ın (1996) əsaslandırdıqları kimi, sahənin ən hakim avtoportretlərindən biridir. Bütün akademik fənnlər özlərinin fənni ziddiyətlər payına malik olduqları halda, praktiklərin çoxunun, sahənin tarixinin məxsusi olaraq bu müəyyənedici müzakirələrlə təyin edildiyinə inanması baxımından BM nadir hadisədir. Bu mövqe, debatların İkinci Dünya Müharibəsinin alovlanması, OPEC-in meydana çıxması, Vyetnam məğlubiyyəti və Soyuq müharibənin sonu kimi xarici təsirlər terminlərində izahı ilə gücləndirilmişdi. Beynəlxalq siyasət praktikasındakı dəyişikliklərin fənnin öyrənilməsi və tədrisində zəruri və birbaşa dəyişikliklərə gətirməsi sahədə çalışanların çoxu üçün izaha ehtiyacı olmayan kimi görünür. Məsələn, bu, İkinci Dünya Müharibəsindən sonra paradiqmin «idealizmdən» «realizmə» güman edilən dəyişməsinin standart izahıdır. Ola bilsin ki, sahənin ümumi tarixi haqqında iddialardan tənqidi cəhətdən ən çox öyrənilməli olanı üç böyük debatı postulə edəndir (Kahler, 1997; Schmidt, 1998a, 1998b; Smith, 1995; Waever, 1998; Wilson, 1998). Bütün müzakirələrin faktik olaraq aparılıb aparılmadığı tam dəqiq deyil və sahənin pərakəndə süni obyektlərinin (artefaktlarının) tədqiqi, bu çərçivələr daxilində baxılmasının tarixin ciddi təhrifinə gətirib-gətirməməsini soruşmağa sövq edir. Mən sahənin çoxlu sayda mübahisələrə meydan olduğunu inkar etmirəm, mən bunların sahənin üç böyük debatının şərti tarixçəsi anlayışlarında başa düşülməsinin məqbulluğuna şübhə edirəm.

      Ənənəvi baxışlara görə Miles Kahler-in (1997) «sahənin təməl əfsanəsi» adlandırdığı ilk böyük debat müharibələrarası «idealistlərlə» müharibə-dən sonrakı «realistlər» arasında olmuşdur.5 Demək olar ki, hər bir tarixi hesabat etiraf edir ki, realistlər ilk debatı udmuşlar və nəticədə sahəni daha praktik və elmi istiqamətdə yönəltmişlər (Dunn, 1948; Fox, 1949; Guzzini, 1998; Kirk, 1947; M.J. Smith, 1986; Thompson, 1960). Realist görüşün ehtimal edilən bu üstünlüyü, sahənin İkinci Dünya Müharibəsindən əvvəlki yazarlarının etdiyi iddiaların təbiətinin, və hətta, erkən realist kimi qəbul edilənlərin çoxunun yazılarının da diqqətlə nəzərdən keçirilməsinin zəruriliyinə sanki ehtiyac olmaması fikrinə gətirmişdi. Son dərəcə cılızlaşdırılmiş müharibələrarası «idealistlər» diqqətlərini millətlər arasındakı siyasətin reallıqlarından daha çox, beynəlxalq siyasəti islah etmək üzərində cəmləşdirən utopik pasifist (sülh tərəfdarları) və leqalistlər (qanunuçular) kimi təsvir edilirdilər. Millətlər Liqası sisteminin pozulmasından sonra baş verdiyi fərz edilən «debat» Kuhn-un ifadələrində təsvir edilirdi. İdealistlərin daimi sülh gözlədikləri bir vaxtda, açıq-aşkar anomaliya kimi təsvir edilən və idealist paradiqmdə ciddi böhran yaradan İkinci Dünya Müharibəsi, son nəticədə idealist paradiqmi millətlər arasında hakimiyyət uğrunda daimi və hər yerdə gedən mübarizəni rasional izah etmək qabiliyyətinə görə ondan üstün olan realist paradiqm ilə əvəz edilməsinə gətirmişdi (Guzzini, 1998; Hollis və Smith, 1991; Vasquez, 1998).

Скачать книгу


<p>5</p>

Özləri-özlərinə ad qoymuş akademik realistlərin ilk nəslinə və onların ən nüfuzlu işlərinə E.H. Can-1939; George F. Kennan, 1951; Hans J. Morgenthau, 1948; Reinhold Niebuhr, 1940; Frederick L. Schuman, 1933; Georg Schwarzenberger, 1941; və Nicholas J. Spykman, 1942 daxildirlər.