ТОП просматриваемых книг сайта:
Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
Читать онлайн.Название Beynəlxalq Münasibətlər üzrə bələdçi
Год выпуска 0
isbn 978-9952-2905-4-7
Автор произведения Коллектив авторов
Издательство JekaPrint
İngiliscə adı «Handbook of International Relations» olan bu kitabın adını Azərbaycan dilinə həm masaüstü kitab, həm dərs vəsaiti, həm də sorğu kitabı kimi tərcümə etmək olardı. Lakin tərcümə işi irəlilədikcə bu kitiabın adını «Beynəlxalq münasibətlər üzrə bələdçi» qoymağın daha düzgün olduğu qənaətinə gəldik. Çünki kitabın hər bir fəslinin müəllifləri Beynəlxalq münasibətlərin müstəqil akademik bir fənn kimi formalaşdığını vurğulamaqla bərabər, oxucuya özünə aid olan bölmə üzrə fudamental anlayışlardan mövcud problemlərə qədər bələdçilik etməyə çalışır.
Müəlliflərin də göstərdiyi kimi, fənnin əhatə dairəsi, predmeti, anlayışları, terminologiyası sahəsində mübahisələr hələ də davam etməkdədir. Ona görə də, belə qeyri-müəyyənliklərin, çoxmənalılığın tərcüməyə təsir göstərməməsi mümkün deyildi. Bu mənada kitabda müşahidə ediləcək qüsurlara mülayim yanaşılacağına və onlar haqqında qeydlərin bizə çatdırılacağına ümid edirik.
Ümumilikdə Bələdçinin həm tələbələr, həm mütəxəssislər, həm də bu sahə ilə maraqlananlar üçün faydalı bir mənbə olacağı bizdə şübhə doğurmur. Ön söz ümumi olduğundan tərcümənin redaktoru gördükləri çətin işə görə tərcüməçilərə, tərcüməçilər redaktora, onların hamısı isə bir yerdə, bu kitabın ənənəsinə uyğun olaraq anonim qalmağı üstün tutmuş məsləhətçiyə təşəkkürlərini bildirirlər.
Müəlliflər haqqında
Emanuel Adler Toronto Universitetində Israilin Öyrənilməsi üzrə Andrea və Charles Bronfman kafedrasının müdiri və Yerusəlimdəki Hebrew Universitetinin professorudur. The Power of Ideology (1987), Progress in Postwar International Relations (Beveriy Crawford-la birlikdə, 1991), Security Communities (Michael Bamett-lə birlikdə, 1998) kitablarının və International Organization, European Journal of International Relations və Review of International Studies jurnallarında məqalələrin müəllifidir. Cari layihələri Aralıq dənizi regionunda pluralist inteqrasiya, qlobal idarəetmə və Beynəlxalq münasibətlərin təsisatlanmasının konstruktivist nəzəriyyəsi ilə əlaqədardır.
David A. Baldwin World Order Studies-in Ira D. Wallach professoru və Kolumbiya (Columbia) Universitetinin (Nyu-York) Hərb və Sülh Tədqiqatları İnstitutunun (Institute of War and Peace Studies) üzvüdür. Onun güc haqqında məqalələri World Politics, Journal of Politics, Journal of Conflict Resolution, International Organization, American Political Science Review, International Security və Security Studies-də dərc edilmişdir.
Thomas J. Biersteker Thomas J. Watson Jr-un Beynəlxalq Tədqiqatlar İnstitutunun (Institute for International Studies) direktoru və Brown Universitetində Transmilli Təşkilatların (Transnational Organizations) Henry R. Luce professorudur. Onun tədqiqatları başlıca olaraq Beynəlxalq münasibətlər nəzəriyyəsi və inkişafın beynəlxalq siyasi iqtisadı üzərində cəmləşmişdir. State Sovereignty as Social Construct (Cynthia Weberlə birlikdə redaktə edilmişdir, 1996), Argument without End: In Search of Answers to the Vietnam Tragedy (James G. Blight, Robert K. Brigham, Robert S. McNamara və Herbert Y. Schandler ilə birlikdə yazılmışdır, 1999) və The Emergence of Private Authority in Global Governance (Rodney B. Hall ilə birlikdə redaktə edilmişdir, çapa verilmişdir) onun ən son kitablarındandır.
Walter Carlsnaes Uppsala Universitetində Hökumət İdarəçiliyi professorudur (Professor of Government), habelə Norveç Beynəlxalq münasibətlər İnstitutunda (Norwegian Institute of International Affairs) Adyunkt (Adjunct) Professordur. O, həmredaktoru olduğu iki cild də daxil olmaqla beş kitab nəşr etdirmiş və European Journal of International Relations-un təsisçi redaktoru olmuşdur. Onun əsas tədqiqat maraqları BƏ nəzəriyyəsi və ictimai elmlərin fəlsəfəsi, AB (Avropa Birliyi) –nin xarici əlaqələri, İsveçin xarici və təhlükəsizlik siyasətidir.
James D. Fearon Stanford Universitetində Siyasi elmlər professorudur. Onun tədqiqatları demokratiya və beynəlxalq mübahisələr, dövlətlərarası müharibələrin izahı, son zamanlar isə mülki və xüsusən etnik zorakılığın səbəbləri üzərində cəmlənmişdir. Nəşrlərindən 'Domestic Political Audiences and the Escalation of International Disputes' (American Political Science Review, September 1994), 'Rationalist Explanations for War' (International Organization, Summer 1995) və 'Violence and the Social Construction of Ethnic Identity'-ni (David Laitin-lə birlikdə, International Organization, Autumn 2000) nümunə gətirmək olar.
Peter Gourevitch San Diego-dakı California Universitetində Siyasi elmlər professoru, SDCU-nun Beynəlxalq münasibətlər və Sakit okean regionu tədqiqatları Diplomlu mütəxəssis məutəbinin (UCSD's Graduate School) təsisçi dekanıdır. O, David Lake ilə birlikdə International Organization-un redaktoru və Politics in Hard Times: Comparative Responses to International Economic Crises –də daxil olmaqla Beynəlxalq münasibətlər və müqayisəli siyasət haqqında məqalə və kitabların müəllifidir. O, Amerika İncəsənət və Elmlər Akademiyasına üzvü seçilmişdir, Xarici Əlaqələr Şurasındakı Xarici ölkələrdən təqaüdçü tədqiqatçıların seçilməsi Komitəsinin sədridir.
Richard K. Herrmann Ohayo (Ohio) Ştatının Universitetində Siyasi elmlər professoru və Mershon Center-in direktorunun müavinidir. O, Beynəlxal əlaqələrin nəzəriyyəsi, siyasi psixologiya ilə maraqlanır, ABŞ və Rusiyanın xarici siyasəti, Orta Şərqdə siyasi münaqişələr haqqında yazılar yazmışdır. Onun tədqiqatları dünya işlərində qavramanın oynadığı rol, xüsusən də obrazlar nəzəriyyəsi üzərində cəmlənmişdir. Onun cari tədqiqatı mənsubiyyət və emosiya, onların qavramayla münasibəti, habelə çoxqat sosial mənsubiyyətlərlə siyasi təsisatlar arasındakı əlaqələr haqqındadır.
Andrew Hurrell Oxford Universitetinin Beynəlxalq münasibətlər fakultəsində universitet mühazirəçisi (University Lecturer) və Oxford-dakı Nuffield kollecinin təqaüdçü tədqiqatçısıdır. Onun maraqlandıran əsas məsələlər, beynəlxalq hüquqa və təsisatlara xüsusi diqqət yetirilməklə, Beynəlxalq münasibətlərin nəzəriyyəsi, Braziliyanın xarici siyasəti və, ABŞ-Latın Amerikası münasibətlərinə xüsusi fikir verilməklə, Latın Amerikasının Beynəlxalq münasibətləridir. Dərc etdirdiyi son işləri Regionalism in World Politics (Louise Fawcett ilə birlikdə redaktor, 1995), Inequality, Globalization and World Politics (Ngaire Woods ilə birldikdə redaktor, 1999) və Hedley Bull on International Society-dir (2000).
Christer Jönsson Lund Universitetində (İsveç) Siyasi elmlər professorudur, 1996-99-cu illərdə Nordic International Studies Association (NISA)-nın Prezidenti olmuşdur. Onun tədqiqat maraqları beynəlxalq danışıqlardan əlavə beynəlxalq təşkilatları və transmilli şəbəkələri əhatə edir. O, Soviet Bargaining Behavior (1979), International Aviation and the Politics of Regime Change (1987), Communication in International Bargaining (1990), co-author of International Cooperation in Response to AIDS (1995) və Organizing European Space (2000) işlərinin müəllifidir. O, habelə redaktə etdiyi kitablar və elmi jurnallar üçün çoxlu sayda məqalələr yazmışdır.
Lisa L. Martin Harvard Universitetində Hökumət İdarəçiliyi professorudur (Professor of Government). Dərc etdirdiyi işlərə Coercive Cooperation: Explaining Multilateral Economic Sanctions (1992) and Democratic Commitments: Legislatures and International Cooperation (2000) daxildir.
Thomas Risse Frankfurt Universitetinin Fəlsəfə doktoru (PhD), Berlin Free Universitetinin Beynəlxalq Siyasət fakultəsinin professorudur. O, əvvəllər İtialiyanın Florensiya şəhərindəki Avropa Universiteti İnstitutunda (European University Institue), Almaniyanın Konstanz Universitetində, Comell, Yale, və Stanford da daxil olmaqla ABŞ-ın müxtəlif universitetlərində dərs demişdir. O, Cooperation among Democracies: The European Influence on US Foreign Policy (1995) kitabının müəllifi, The Power of Human Rights: International Norms and Domestic Change (1999) (Stephen C. Ropp və Kathryn Sikkink ilə birlikdə), və Transforming Europe: Europeanization and Domestic Change (2001) (Maria Green Cowles və James Caporaso ilə birlikdə) kitablarının redaktorudur. World Politics, International Organization, International Security, European Journal of International Relations, və digər jurnallar üçün