Скачать книгу

cür baxırdı. Bu gün o, xüsusilə məftun olmuşdu, adaxlısına qarşı heç bir şəhvət doğmurdu ürəyində, əksinə, nə isə əlçatmaz bir şey kimi riqqətlə, təəssüflə baxırdı ona.

      O, ayağa qalxıb, ikiəlli qılıncına söykənmiş halda adaxlısının qabağında dayandı:

      – İnsanın qovuşa biləcəyi səadətin nə olduğunu mən yalnız indi anladım. Və bu səadəti mənə siz verdiniz, sən verdin! – Sıxıla-sıxıla gülümsəyərək dedi.

      Adaxlısı ilə münasibətləri elə bir mərhələdə idi ki, hələ «sən» deyə müraciət eləməyə alışmamışdı və mənən ona aşağıdan yuxarı baxdığı üçün bu məlakəyə «sən» deməyə qorxurdu.

      – Mən özümü… sənin sayəndə tanıdım, tanıyıb gördüm ki, düşündüyümdən yaxşıyam.

      – Mən bunu çoxdan bilirəm. Elə buna görə də sevdim sizi.

      Yaxınlıqda bülbül cəh-cəh vurdu, cavan yarpaqlar qəfil mehdən titrəşdilər.

      O, qızın əlini əlinə alıb öpdü və gözləri yaşardı. Qız başa düşdü ki, bununla onu sevdiyini etiraf elədiyi üçün minnətdarlığını bildirir. Kasatski bir qədər gəzişdi, sonra yenə qıza yaxınlaşıb, yanında oturdu.

      – Siz bilirsiniz, sən bilirsən, eh, dəxli yoxdur. Sənə yaxınlaşmağım heç də təmənnasız olmayıb, mən kübar cəmiyyətilə əlaqə yaratmaq istəyirdim, amma sonra… Səni tanıyandan sonra bu məqsədim necə də cılızlaşdı. Buna görə acığın tutmur ki mənə?

      Qız cavab vermədi, ancaq onun əlinə toxundu.

      Kasatski başa düşdü ki, bu, «yox, acığım tutmur» deməkdir.

      – İndicə dedin ki… – ədəbsizlik elədiyini düşünüb, tutuldu, – sən dedin ki, sevmisən məni, üzr istəyirəm, inanıram buna, amma bundan başqa nə isə mane olur, həyəcanlandırır səni. Bax, o nədir?

      «Bəli, ya indi deməliyəm, ya da heç vaxt, – qız fikirləşdi. – Onsuz da biləcək. Amma indi eşitsə, getməyəcək. Ah, çıxıb getsə, çox pis olacaq!»

      Və Meri onun əzəmətli boy-buxununu məftunluqla gözdən keçirdi. İndi bunu Nikolaydan çox sevirdi və əgər imperatorluq məsələsi olmasaydı, bunu dəyişməzdi onunla.

      – Qulaq asın. Mən sizinlə açıq danışmaya bilmərəm. Hər şeyi deməliyəm. Soruşursunuz ki, nədir məni həyəcanlandıran? Məni həyəcanlandıran budur ki. sizdən qabaq da sevmişəm. Qız yalvarıcı baxışlarla əlini onun əlinin üstünə qoydu.

      O danışmırdı.

      – Bilmək istəyirsiz ki, kimi sevmişəm? Bəli, onu, hökmdarı.

      – Onu hamımız sevirik, təsəvvür eləyirəm, yəqin institutda....

      – Yox, institutdan sonra. Aludəçilik idi bu, sonra keçib getdi. Amma deməliyəm ki…

      – Hə, nə deməlisən?

      – Yox, mən elə-belə vurulmamışdım.

      – Necə? Siz onunku olmusuz?

      Qız susurdu.

      – Məşuqəsi olmusuz?

      Qız yenə susurdu.

      Kasatski sıçrayıb ayağa qalxdı, onun qabağında dayandı, sifəti meyit rəngi almışdı. Nevskidə Nikolay Pavloviçlə rastlaşanda hökmdarın onu necə mehribanlıqla təbrik elədiyi indi yadına düşdü.

      – İlahi, neylədim mən, Stiva!

      – Əl vurmayın, toxunmayın mənə. Oh, necə də ağırdır!

      O dönüb evə sarı getdi. Orada qızın anasıyla rastlaşdı.

      – Knyaz, nə olub sizə? Mən… – Xanım onun sifətinin rəngini görüb susdu. Birdən Kasatskinin üzü qıpqırmızı qızardı.

      – Siz hər şeyi bilirdiz və istəyirdiz mənim adımla örtəsiz biabırçılığın üstünü. Əgər qadın olmasaydınız, – o, nəhəng yumruğunu arvadın başı üzərinə qaldırıb çığırdı və dönüb qaçdı.

      Əgər adaxlısının məşuqu adi adam olsaydı, Kasatski öldürərdi onu, di gəl, pərəstiş elədiyi çar idi bu.

      Elə ertəsi gün məzuniyyətə çıxdı və istefa verdi, heç kimlə görüşməmək üçün xəbər yaydı ki, xəstədir və kəndə yola düşdü.

      Yayı öz kəndində keçirdi, işlərini sahmana saldı. Yay başa çatanda isə Peterburqa qayıtmadı, monastıra getdi və rahib oldu.

      Anası məktub göndərib onu belə bir qəti addım atmaqdan çəkindirmək istədi. Cavab göndərdi ki, allahın çağırışı hər şeydən yüksəkdir və o, eşidir allahın səsini. Onu təkcə özü kimi məğrur və şöhrətpərəst olan bacısı başa düşürdü.

      Bacısı başa düşürdü ki, qardaşı ondan yüksəkdə durduqlarını göstərmək istəyənlərin fövqünə qalxmaq üçün rahib olub. Və düzgün başa düşürdü qardaşını. Rahibliyə getməklə o, göstərmək istəyirdi ki, bir vaxtlar xidmətdə olduğu illərdə başqaları kimi, onun özünə də çox möhtərəm təşəxxüslü görünənlərə nifrət eləyir və elə bir yüksəkliyə qalxır ki, vaxtilə qibtə elədiyi adamlara oradan üstdən-aşağı baxa bilsin. Lakin, bacısı Varenkanın düşündüyü kimi, monastıra getməyə onu təkcə bu niyyəti məcbur eləməmişdi. Başqa, əsl dini hissləri də vardı ki, Varenkanın xəbəri yox idi bundan və həmin hisslər məğrurluğu və həmişə birinci olmaq arzusu ilə birləşmişdi. Mələk kimi təsəvvür elədiyi Meri ilə bağlı məyusluq və bundan doğan biabırçılıq o qədər güclü idi ki, onu gətirib ümidsizliyə çıxardı, ümidsizliyə qapılanda isə adam üzünü kimə tutmalıdır? – Allaha, hələ uşaqlıqdan ürəyində kök salmış və heç vaxt şəkk eləmədiyi dini etiqada.

      III

      Pokrov günü Kasatski monastıra daxil oldu.

      Monastırın iqumeni zadəgan, yazıçı, alim və abid idi, yəni əsasını Valaxiyadan götürən və seçki yolu ilə seçilən rəhbərə və müəllimə sözsüz tabe olan rahiblər nəslinə mənsub idi. İqumen məşhur rahib Amvrosinin şagirdi olmuşdu; Amvrosi də Makarinin, Makari də Leonidin, Leonid isə Pansi Veliçkovskinin şagirdi olmuşdu.

      Kasatski monastırda başqalarından yüksəkdə durduğunu dərk etməklə yanaşı, digər işlərdə də özünə sevinc tapmış, həm zahiri, həm də daxili kamillik yolunda böyük müvəffəqiyyətlər qazanmışdı. Necə ki, qüsursuz zabit sayılmasa da, alayda tələb olunandan çox iş görür, kamilliyini artırırdı, burda, monastırda da kamilliyə can atırdı: zəhmətdən qorxmur, nəfsini saxlayır, təmkinini pozmur, həmişə itaətdə dururdu. Nəinki əməlində, fikrində, qəlbində də təmiz idi. İtaətkarlığı və kamilliyi həyatını yüngülləşdirirdi. Gəl-gedi çox olan monastırda rahib həyatının bir çox tələbləri xoşuna gəlməsə də, yoldan azmağa şirnikləndirsə də, bütün bu hissləri özünün itaətkarlığı ilə məhv edirdi: mən kiməm ki, müzakirə eləyəm bunları, mənim borcum itaətkarlıqdır – istəyir təbərrüklərin yanında durmaq, klirosda oxumaq olsun, istərsə də mehmanxanada haqq-hesab aparmaq. Hər hansı bir məsələdə yaranan şübhə toxumları hələ rüşeym halında ikən abidə itaət göstərməklə məhv edilirdi. İtaətkarlığı olmasaydı, uzun-uzadı

Скачать книгу