ТОП просматриваемых книг сайта:
Qarlı aşırım. Фарман Керимзаде
Читать онлайн.Название Qarlı aşırım
Год выпуска 0
isbn 978-9952-8449-1-7
Автор произведения Фарман Керимзаде
Издательство JekaPrint
İçəri keçdilər. Səməd evdə dönüb özgə adam oldu. Təzədən hamısı ilə bir-bir görüşdü. Dili ağzına sığmadı.
– Mənə fikir verməyin, mürdəşir yumuş Qəmlonun burda bir adamı var. Qonşu həyətdə durub bizə baxırdı. Sabah hər şeyi qoyacaq onun ovcuna.
Kiçik bir otağa girdilər. Ev soyuq idi. Səməd buxarını yandırdı. Evin havası isinənə qədər sinidə köz gətirdi, ortalığa qoydu ki, əllərini qızdırsınlar. Döşəkcə düzdü ki,otursunlar.
– Əl-ayağa düşmə, de görək kənddə nə var, nə yox?
– İşlər xarabdı, Abbasqulu bəy. Gündə bizi xırman yerinə yığıb zəhləmizi tökürlər ki, gərək silah götürək. Heç kim də istəmir.
– İman hardadır?
Səməd İmanın həbs edilməsindən, komsomolçu Bəylərin anasının yoxa çıxmasından, ətraf kəndlərdəki cavanlara Kolanlı kəndində təlim keçilməsindən danışdı.
– İşlər korlanıb, Abbasqulu bəy. Qıtlıq çəkirik. Allahın kibriti nədir, onun da üzünə həsrətik. Qonşu qonşuya od verəndə elə bil at bağışlayır.
– Kərbəlayı İsmayıl bir kibrit fabriki açsın da.
Səməd bu sözü deyən Talıbova tərəf dönüb güldü:
– A başına dönüm, nə qədər dəmir qapılı olsan, yenə də taxta qapılıya işin düşəcək.
– Qonşuların nə fikirləşir? – deyə qabağı ulduzlu şapkasını çıxardıb yükün üstünə qoyan Xəlil söhbətə qarışdı.
– Heç nə. Arada qırğına gedən biz olacağıq.
Xəlilin çəkməsinin üstünü qat kəsmişdi, ayaqlarına su keçmişdi. O, buxarının qabağında oturub corablarını qurutmağa başladı.
At Talıbovu yormuşdu. Yanları yara olmuşdu. Dincəlmək üçün, xır torpağa girən kimi, dirsəyini mütəkkəyə sancmış, böyrü üstə uzanmışdı.
Abbasqulu bəy Səmədə dedi:
– Gör qonşulardan bura çağıra bilərsənmn?
– Axşamlar bir yerə yığışmaq adətimizdi. Gecə uzundu, nağıl deyənimiz də var. Dan üzünə qədər ona qulaq asırıq. Bir azdan gələcəklər. O şeytan köpəyoğlu da özünü salacaq bura.
Axşamdan az keçmiş Səmədin evinin dal divarını daşla döyüb onu çağırdılar. Getdi. Qonaqlar üst-başlarını sahmana saldılar. Talıbov oturdu, bu dəfə sol dirsəyini özünə dayaq elədi, bir iş baş versə, tapançanı tez çıxara bilərdi.
Dəhlizdə səs-küy, ayaq tappıltısı eşidildi. «Keçin, keçin», – dedilər. Otağa dörd-beş adam girdi. Qabaqda qoca ağsaqqal, alçaqboylu bir kişi vardı. Əllərini döşünə qoyub baş əydi. Abbasqulu bəy onu görüb ayağa durdu, qoca ilə görüşdü. Kefini, halını xəbər aldı, dolanacağı ilə maraqlandı. Qocanın kirpikləri arasındakı parıltı artdı. Adı dillər əzbəri olan Abbasqulu bəy onu görüb qalxırdı. Necə də sadədi, uşaq kimidi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.