ТОП просматриваемых книг сайта:
Mənim anam – Marina Svetayeva . Efron Ariadna
Читать онлайн.Название Mənim anam – Marina Svetayeva
Год выпуска 0
isbn 978-995-256-621-5
Автор произведения Efron Ariadna
Серия Xatirə ədəbiyyatı
Издательство Hadaf Neshrleri
Perronun hekayələrini mənə sadələşdirilmiş formada anam danışır, Dore isə göstərirdi. İndiyə kimi balaca oğlanın qaranlıq meşədə ağacların arasında astaca gəzişməsi, adamyeyənin tacları başında yatan qızları, şahzadə Xoxlikin qəsrində qonaqlıq, ay işığında çox uzaqlara gedən gözəl Uzunqulaq Dərisi gözlərimin önündədi.
Ümumiyyətləsə, mənə təkcə danışmırdılar, elə özüm də eşitdiyim nağılı, gördüyüm şəkilləri öz sözlərimlə danışmalıydım. Ən çox Qoqolun kitabının səhifələrindəki ətraflı balaca illüstrasiyalar diqqətimi çəkirdi. O şəkillərə əsasən məzmunu mən özüm tapmalıydım, çünki hələ 3-4 yaşım vardı və Qoqolu mənimçün heç kim danışmamışdı.
– Bəs bu nədir? Bəs bu kimdir? Bəs o nə edir? – Anam soruşur, mənsə indiyə qədər bildiklərimin içindən buna oxşar nələrisə düşünüb, tapıb cavab verirdim.
Beləliklə, kitab oxuyan Xoma Brut, xanım qız, cinlər və başlarının üstündə tabut qapağı uçan rəsmə bu cür prozaik şərh vermişdim: “Bu qız aşpaz xanımdan qızardılmış meymun istəyir (Qız – xanım qız, aşpaz – Xoma, tabut qapağı – pilətə, cinlər – qızardılmış meymunlar)”.
Bir dəfə yolkanı anamın otağında qurduq. Məhz onda hiss etdim ki, sevinc kədərlə yan-yanadır. Hər şey yaxşıydı, amma elə bil həm də kədərlisən. Niyə? Həmin yolka tavana qədər olsa da, çox hündür deyildi. Onu yerdə yox, mavi və gümüşü ulduzlu örtük saldığımız alçaq masanın üstünə qoymuşduq. Budaqlarındakı işıqlar alov dillərinə bənzəyirdi. İynəyarpaqların və naringi qabığının ətri, isti, böyüklərin gözündə böyüyən və əks olunan işıq. Həmin milad axşamında çoxlu qonağımız – çoxlu göz vardı. Amma onlardan ən çox sevdiyim – anamın açıq-yaşıl rəngli, atamın böyük boz rəngli gözləri xatirimdə qalıb. Qonaqlardan bircə Pra, hədiyyələrdənsə onun Krımdan gətirdiyi balaca balıqqulaqlarından əldəqayırılma sandıqça yadımdadır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.