Скачать книгу

Məgər Əhməd Cavad xalqının azadlığı, müstəqilliyi uğrunda canını fəda etməyibmi? Bu gün azad, müstəqil addımlarla yürüdüyümüz torpaqda qürurla dalğalandırdığımız üçrəngli bayrağımızın, sədaları ilə ayağa qalxdığımız dövlət himnimizin yaranmasında Əhməd Cavadın haqqı və payı yoxdurmu? Əlbəttə ki, var! Gerçəkdən də, bu tarixi olaylar yüksək əməl etibarilə danılmazdır. Gerçəkdən də, Əhməd Cavada aid sadaladığım bütün yüksək keyfiyyətlər xəyalımızda onun doğma paytaxtımızda ucaldılmış məğrur, şax, əzəmətli heykəli, abidəsi canlanır. Bu xülyanın gerçəkləşməsi ümidilə çırpınaraq dururuq. Əhməd Cavad əzəməti, Əhməd Cavad qüruru, Əhməd Cavad vüqarı, Əhməd Cavad yolu, Əhməd Cavad şəxsiyyəti Türk-Azərbaycan mənəviyyatının insanlıq, ləyaqət timsalı, vicdan və qeyrət rəmzidir.

      Elə bu gün də şairin doğulduğu qədim Şəmkir torpağına ayaq basıb onun doğma yurdu Seyfəli kəndində hansı qapını döyürsən-döy, hansı ocağa üz tutursan-tut, barəsində bu xoş sözləri eşitmək olar: “Kişinin boynumuzda haqqı, üstümüzdə xətir-hörməti var!” Gerçəkdən də, Əhməd Cavad işıqlı, xeyirxah əməlləri ilə, nəinki öz həmyerlilərinin, hətta bütün Türk-Azərbaycan millətinin qəlbində yaşayan əbədi, unudulmaz şəxsiyyətdir və daima belə qalacaq.

      Əhməd Cavad istiqlaliyyətimizin elə parlaq, nəhəng kəhkəşanıdır ki, çevrəsində dolaşaraq bərq vuran ulduzlar ondan xüsusi nur, ziya almış bir sıra vətən aşiqləri, mücadilə yolçularıdır. Əhməd Cavad müdrik, uzaqgörən şəxsiyyət olduğu qədər bütün azadlıq mübarizlərinin, Turan yolçularının möhtərəm ustadıdır. Şairin də dediyi kimi:

      Şeirim sınıq bir türk sazı, ağladaraq tellərini,

      Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!

      Bən bir Turan yolçusuyam, əlimdə bir sönük məşal,

      Aman, şeirim, hümmət eylə, aman, təbim, bir qanad çal!

      Açın qəlbin qubarını, baxın, nədir baş yazısı?

      Əvvəl Allah göndərəndir, sonra türkün bayatısı!

      Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı

      Kölgəsində düşər yerə türkün əyilməyən başı!

      Şairin məhvinə bais olan prinsiplər, “Öldü var, döndü yox” şüarına sığınan türklük sevdası, Turan xülyası danılmaz gerçəkdir. Şair hətta məşum dəmirbarmaqlılar arasında da “Haqq”ı söyləməsilə şərəfli görəvini layiqincə yerinə yetirib. Çünki onun gedər-gəlməzə düçar olduğu durumda dönüş yolu yox idi. Bircə dönüş yolu var idisə də, o da Haqqa doğru idi… Şairi haqlayan acı və şərəfli alın yazısı Tanrının hökmü ilə dünyaya gəldiyi andan taleyində müəyyənləşmişdi.

      Nə yazıq, şairin türklük şüarı, türklük məfhumu cəmiyyət arasında peyda olmuş danosbazlar tərəfindən heç də müsbət qarşılanmayıb, daima qınaq obyektinə çevrilib, şəninə böhtan və ləkə yaxanların əlində mühüm tənqidi vasitə olub. Bütün varlığı və inancıyla özünü kommunizmə səmimi göstərənlər qarşısında boyun əymədən dəfələrlə susmaq məcburiyyətində qalmışdı. Həqiqətdən boyun qaçıran bir yığın “rəngi solğun”, “ruhu az” mənəviyyatsızların tikanlı sözlərinə əhəmiyyət verməməyə çalışırdı. Sanki dövr, zəmanə şairi buna alışdırmışdı. Fəqət bunların da bir həddi var idi, təbii ki. Səbir kasası daşmaq üzrə olan şairin daxilində baş qaldıran üsyan artıq onu hayqırmağa, həqiqəti sillə kimi dövranın məşum sifətinə çırpmağa vadar edirdi.

      Daha, “Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!” – söyləyəcək və gün gələcək, düz yetmiş il sonra şairin bu ibrətamiz misraları tarixin nəsildən-nəslə hopmuş yaddaşından köçürülüb nadir tapıntı kimi ortaya çıxacaqdı.

      Ustad Əhməd Cavad Azərbaycan ədəbi mühitində dəsti-xətti, imzası ilə sayılıb-seçilən, simaca nümunəvi, bənzərsiz şəxsiyyətdir. Hələ şairin pedaqoji fəaliyyəti, yaratdığı tərcümə məktəbi bir yana qalsın. Bir neçə dil bilməsi, bədahətən şeir söyləmək qabiliyyəti, bir sıra dini və dünyəvi elmlərə yaxından bələd olması şairin parlaq, yüksək, mədəni keyfiyyətlərindən xəbər verən müsbət xüsusiyyətlərdir. Belə insani və mədəni keyfiyyətlər hər adama nəsib olmur bu həyatda. Əhməd Cavad yiyələndiyi yüksək keyfiyyətlərinə qibtə edilən, səlist nitqli, zəkalı, dərrakəli, şüurlu, dərin düşüncəli, mötəbər şəxsiyyət idi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAMCAgMCAgMDAwMEAwMEBQgFBQQEBQoHBwYIDAoMDAsKCwsNDhIQDQ4RDgsLEBYQERMUFRUVDA8XGBYUGBIUFRT/2wBDAQMEBAUEBQkFBQkUDQsNFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBT/wgARCAiVBdwDASIAAhEBAxEB/8QAHQABAAICAwEBAAAAAAAAAAAAAAcIBQYBAwQCCf/EABsBAQACAwEBAAAAAAAAAAAAAAAFBgEEBwMC/9oADAMBAAIQAxAAAAG1AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAADjkHnPQ8Q9ryeg+wAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAADznoQpAJdOJKU+csVH8ajO43yD0cdA9Pd4Bsu2xaLLzLQMfqZ9fnHOBa1VzaieWr7OcgAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAHBy4jskTBVMg0tDXjWQ9vRuxo/X9fIOThls2af7d27TVOzZ/KaL1ffwAADMmMlDUfOWXkiiv0fpHlfzR2A/Q3mo02Emvj6OQAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAHEYEmxFVqNSUou4ADs69wPvwfeFPEe8+dt9fYc8Pk+nzq5m9b6s2az6t38pofHf0ADO4LsNkzOm5E2bFYf3mN8G7+c0l295sthatY8/TjK/mRZgtA83pAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAOMVh6HklQN8gA9XlDs+zI5rjyns0/edLPjfMLsZx147XjL+z2dprmW94A4j+Qeg0nqkLVTAGSMb7vDsJz5Nz+DVcdvvjMfl8D6DzYDYNZNvxOUwZs+lSN8Hzer82dkP0jaVuhyAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAABhM1R00LUOeA54HPGRM5qWfxJn8Tu+gm14vIY49vi79fN4xnVrBzvutbeDwHt+vjEHq9OIzwA07bY+Ngye3akaP9/A9fo9+zmp+7O+Ee3C4Q2HTs34DM4rz+4274wmRPdrO0dJrF8/z7yx+lvOtbKAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAADgiSj+/a2a909O0ni58ueNS2LWd4NW9Xgzhsej7prR6urj0ns0nd9ZMX7/AB72en68Gumb13H5E2DB47sNpy/k9YMcYvW/rvLNQ3ZivZFgPd2eXrMj78h7DyerxY49Oq5TFj2+Ic7tpW2mZ58HYeTTJJ1o3m+H5aXXJ2ccgAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAADQt9qoV+8Gw6WfUgantZpOw4TKGu7r4eDp+8xgzYdV9mPM535DgxuC2DTT73HRPQdPyB27QYjbe7g548Wnmwav8Bv2g2LJVhyatZKfPv4Nh68HtR5eMT7T3ZTq6jL43G9xisZs2smW+/H9Gx+bG7Ie3h9GH8frwB+luRq7aE5AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAoLfT82T16jsmtm2+77+DXMthtyPrXthxBksFmcMa9serbUe/IYHtMzomU8phwAbjxqHBlcb8AAfRl7f6HIhsfbtnuKYQbeKIyvH33eY2zAePOGCyfrw5teWj/IGe1HMYo8vPAz+T1T2m392tbKfGobnppz+kn5hXDLGAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA078+Lk03PTgM9r5I3Hk95q+0cYoy3k+MUevCdXqMJ39Azu

Скачать книгу