ТОП просматриваемых книг сайта:
Brilyant məsələsi. Cəmşid Əmirov
Читать онлайн.Название Brilyant məsələsi
Год выпуска 0
isbn
Автор произведения Cəmşid Əmirov
Серия Milli ədəbiyyat
Издательство Hadaf Neshrleri
Belə zənn edirəm ki, indi pul almaq üçün Bakıya gedirsiniz.
– Tamamilə düzdür, qardaş, qınamasaydınız deyərdim ki, yəqin siz falçısınız.
– Falçılıq fırıldaqçıların işidir, bacı. Burada isə heç bir çətin iş yoxdur. Mən bunu sizə diqqət yetirməklə öyrənə
bildim. Cibinizdə “Kommunist” qəzeti görünür. Qəzetdə
üç faizli istiqrazın uduş cədvəli dərc olunmuşdur. Bayaq siz bir neçə dəfə həmin cədvələ baxıb sevinə-sevinə gül-dünüz. Mən də ötərgi cədvələ baxdım. Min manat udmuş
istiqraz nömrəsinin altından qırmızı karandaşla cızdığını gördüm. Buradan belə nəticəyə gəldim ki, siz istiqrazla pul udmusunuz. Əgər siz istəyirsinizsə, mən sizə istiqraz vərəqəsinin nömrəsini də deyə bilərəm. Biletin nömrəsi 01226, seriyası isə 19-dur.
– Dayanın, bir yoxlayım, – deyə qadın ayağa qalxdı.
jaketinin cibindən qəzeti çıxardıb istiqraz vərəqəsinin nömrəsini yoxladı, sonra əlavə etdi:
– Əcəb yaxşı hafizəniz var. Pulu mən udmuşam, dü-nəndən bəri neçə dəfə qəzetə baxmışam. Ancaq istiqraz vərəqəsinin nömrəsini əzbərləyə bilməmişəm. Siz isə bir baxışda bunu yadda saxladınız. Afərin!
11
– Mən bunu sadəcə olaraq vərdiş etmişəm. Hər şeyi yadımda saxlamağa, diqqətli olmağa alışmışam. Mən belə
hesab edirəm ki, adam yaxşı müşahidəçi və diqqətli olsa, həm də ən kiçik şeyləri yadda saxlamağa çalışsa, başqaları haqqında çox şeyi müəyyən edə bilər, – deyə qarabəniz kişi ayağa qalxdı. Pəncərəyə yaxınlaşdı. Qatarın hələ də
Ələt stansiyasında dayandığını görüb əlavə etdi:
– Dostlar, Bakıya hələ üç saat yolumuz qalıb. Əgər istəyirsinizsə mən sizə milis orqanlarının işinə dair bir hadisə danışa bilərəm. Bu hadisəni mənə qonşuluğumuzda yaşayan bir milis mayoru danışmışdır. O, Bakı şəhər milis idarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir.
Hamı ucadan dedi:
– Buyurun, danışın.
12
BİRİNCİ FƏSİL
CİBGİR RANTİK
Adi günlərdən birində axşamçağı Hüsü Hacıyev küçəsindəki Mərkəzi univermağa son moda ilə geyinmiş qarabəniz bir gənc gəldi. Gəncin qara bostondan kostyumu, yaxası açıq ağ köynəyi, burnu uzun qara ayaqqabısı vardı. Başına həsir şlyapa qoymuşdu. Üzünü təmiz qırxdır-mış, qaşlarını aldırmışdı, dırnaqlarını manikür etdirmiş-di. Müxtəlif rəngli qalstukuna qızıl sancaq vurmuş, döşü-nə idman çempionlarına məxsus medal taxmışdı.
Gənc bir şey almaq istəyən adamlar kimi mağazanın şöbələrini bir-bir gəzdi. Hazır paltar satılan şöbədə adamların növbəyə durduğunu görüb sevindi. Ağzındakı siqa-reti yerə atıb, ayağıyla tapdaladı. Dərhal özünü adamların arasına verdi.
Bir neçə dəqiqə keçdi. Birdən hazır paltar satılan yerdə hay-küy qopdu. Bir kişi mağazaya təzə gəlmiş bu gəncin qolundan möhkəm tutaraq onu növbədən dartıb çıxartdı. Ucadan dilləndi:
– Axmağın biri axmaq, heç bir vid-fasonundan, geyimindən utanmırsan? Xalq alın təri ilə qazandığı pula özü 13
üçün paltar almağa gəlib, sənsə cibimə girib oğurluq edirsən? Məgər ölkə dərəbəylikdir?
Gənc onun əlindən qurtarmağa çalışaraq dedi:
– Ay əmi, sənin başın xarab olub, nədir? Mən də kostyum almağa gəlmişəm. Bax gör, heç mən cibgirə oxşayı-ram. Ayıb deyilmi? Mən mühəndisəm, özü də boks üzrə
çempionam. Sən məni təhqir edirsən. Qolumu burax, yoxsa şikayət edərəm. Böhtan üstündə səni məsuliyyətə cəlb edərlər.
Deyəsən, kişi gəncin sözlərinə inandı. Onun qolunu buraxaraq təəccüblə soruşdu:
– Bəs mənim pullarımı kim cibimdən çıxartdı?
– Mən nə bilim, axtar, oğrunu tap.
Kişi nəyi isə fikirləşib təzədən gəncin qolundan tutdu. Gənc hirsləndi:
– Sənə deyirəm qolumu burax, yoxsa peşman olarsan, – deyə qolunu dartıb kişinin əlindən çıxartdı. Aradan çıxıb getmək istədi. Ancaq mümkün olmadı. Hay-küy qopdu. Buraya gələn drujinaçılar gənci tutub univerma-ğın birinci mərtəbəsində yerləşən ştaba gətirdilər.
Bu gənc cibgir Qrant Nalbandyan idi. Dostları arasında “Qızılbarmaq Rantik” ləqəbi ilə tanınan Nalbandyan həyatında ilk dəfə belə ələ keçdi.
Rantik mağazada kişinin cibinə girən zaman bilmədi ki, onu diqqətlə izləyən, bütün hərəkətlərinə göz qoyan vardı. Bu, üz-gözündən dələduzluq yağan ortaboylu, çənəsi çapıq, üzü bir az çopur kişiydi. Bu kişinin otuz beş-otuz altı yaşı olardı. Cinayətkarlar aləmində “tapança Yədulla” ləqəbi ilə məşhurdu. Bu da səbəbsiz deyildi. O
həmişə cibində tapança gəzdirər, çox zaman lazım olsa 14
da, olmasa da silahını işə salıb hay-küy qaldırar, əlaltılarını qorxudardı.
Cavan olmasına baxmayaraq Yədulla indiyədək üst-üstdə otuz doqquz il iş almışdı. Axırıncı dəfə Yədulla adam soymaq üstündə məsuliyyətə cəlb edilmiş, üç il bundan əvvəl amnistiya nəticəsində həbsdən azad olunmuşdu. Yədulla əmək-islah koloniyasını tərk edərkən koloniya rəisinə söz vermişdi ki, cinayətkarlığın daşını birdəfəlik atacaq və namuslu həyata qayıdacaq.
Ancaq Yədulla öz əməllərindən əl çəkən adamlardan deyildi. Bakıya qayıtdıqdan və gözdən pərdə asmaq üçün bir mədəndə müvəqqəti işə girdikdən sonra Yədulla bir qədər “ağıllı” tərpənməyi, daha ələ keçməmək üçün hiylə
işlətməyi qərara aldı. Demək olar ki, Yədulla öz qərarına bacarıqla əməl etdi. O, cinayət işlərində şəxsən iştirak etmədi. Yədulla inanılmış, dəfələrlə sınaqdan çıxarılmış əliəyri adamları ətrafına topladı. Onları ölümlə hədələyərək özünə tabe etdi. Yalnız bundan sonra Yədulla müxtəlif cinayət planları tərtib etməyə, bu planları həyata keçirmək üçün adamlar ayırmağa başladı. Bu cinayətlərdən əl-də edilən gəlirin çoxu Yədullaya çatırdı. Çox zaman bu cinayətlər işləyənlər milis orqanlarının məharəti nəticəsində ifşa olunurdu. Lakin onların heç biri istintaq zamanı Yədullanın adını çəkmir, bütün təqsirləri öz üzərlərinə
götürürdülər.
Rantik Yədullanın dəstəsində deyildi. O, ayrıca,
“Zorba Səftər” ləqəbi daşıyan bir dostu ilə “işləyirdi”. Yədulla Rantikin mahir cibgir olduğunu əlaltılarından öyrənmişdi. Buna görə də o, Rantiki öz dəstəsinə cəlb etmək istəyirdi. Həmin gün Yədulla məhz elə buna görə Rantikin arxasına düşərək onu izləmiş və Mərkəzi univermağa 15
gəlmişdi.