Скачать книгу

oyanan hisslərin üçün əlindən gələni elədiyini qiymətləndirir. Və qəlbən pıçılda:

      – Yaşayırsansa, mənim baharlı ömrümə xoş sözlər səpdiyin üçün sağ ol. Mənim payızlı həyatıma cüzi də olsa can verdiyin, xatirələrimə qaytardığın üçün minnətdaram.

      – Yaşamırsansa, Allah sənin qəbrini nurla doldursun. Bir əlçim işıq düşsün qəbrinə.

      Məni qınama, oxucum. Kitabı xoş ovqatla vərəqlə və özünü Dünyanın ən qiymətli varlığı san ki, yaşadığın ömrünə pislik, xəbislik, qəddarlıq… daxil olmasın. Necə ki, Mən pis-yaxşı sovurdum illərimi və bir gün böyük risqə gedib sənin ixtiyarına bildiyimi, yadımda qalanı verməli oldum.

      Mən hər xatirəm üçün göz yaşı da tökmüşəm, xoşbəxt günlərimə bələnib sevinmişəm də. Təsəllim o olub nə qədər Dünya var, insan da var və bu insan məxluğu yaşamalıdır.

      Bilirəm, sevinməmiş keçinməyəcəksən söhbətlərimdən. Və hər bir məqamı necə istəsən o cür də qəbul elə. Amma unutma ki, sevincim sənindir, göz yaşı mənim.

      

      BİRİNCİ SÖHBƏT

      MƏHƏBBƏT ELMİ

      Xeyli götür qoy elədim bu kitabın məqsədini necə mənalandırım:həyatın bir damlasından, yaxud yaşanmış ömrün qeylü-qalından qoparılmış xoşbəxt günlərin xatirəsi? Amma bununla nöqtə qoymaq da yaramaz. İnsan Dünyada yaşayır və yaşayırsa qadına münasibətdə passiv rol oynamamalıdır.Eləcə də kişiylə məsud günlərinin həsrətini duymalıdır. Bunların ayrılıqda mənaları saysızdır. Amma məni düşündürən odur ki, kişini, eləcə qadını bir-birinə bağlayan eşq, məhəbbətdir.Və bu eşqin, məhəbbətin cazibəsi. Şair demişkən:

      Cəzbeyi-eşq olsa gətirrəm, necə gəlməz,

      Gər cəzbeyi-eşq olmasa gəlsə, vecə gəlməz.

      Bir məsələdə fikrimi çəkdi özünə: Bu kitabın səhifələrindən boylanan təəssüratlar nəyin cazibəsindən doğub?

      Aydın desək: Qadın-kişi münasibətindən yaranan təəssürata oxucu ilə dialoqa elm gözüylə baxmaq necə? Suala müsbət cavab verməsəm də, o fikirdəyəm ki, münasibətlərin psixologiyasından doğan çalarların özü də elmdir: Məhəbbət elmi. Hərçənd biz “seksologiya” anlayışını bəlkə də nadir halda işlədirik və ona görə yox ki, bu söz elmi səslənir. Bəlkə də. Amma seksologiyadan fərqli olaraq, qadın-kişi münasibətləri sözün ecazkar gücünə güvənc olanda rəqabət aparır. Necə ki, seksologiya da qarşısına mühüm 4 mərhələnin həyata keçirilməsini qoyur:

      Birinci mərhələ: ixtisas-peşə əməyidir.

      İkinci mərhələ: istirahət və əyləncədir.

      Üçüncü mərhələ: ər-arvad və ailədir.

      Dördüncü mərhələ: intim həyatdır.

      Və sonuncu intim həyatdır ki, onun nüvəsini İntim oyun (cinsi akt, əlaqə) təşkil eləyir. Bu isə münasibətlərin mahiyyətindən irəli gəlir: psixoloji, sosial, pedaqoji, əxlaqi-etik, hüquqi, etnoqrafik, antropoloji, bioloji, gigiyenik, dini və tibbi aspektləri özündə birləşdirir.

      Seks anlayışından uzun illər qorxmağımızın bir səbəbi də mənanın birbaşa dərkindən və anlamadan şüurumuz dərhal qərarını veribdir: Seks-cinsi əlaqə. Seks-intim yaxınlıq… Lakin bir həqiqəti unutmuşuq ki, Cinsi akt-İntim oyun İnsan həyatının mənasıdır, elə isə niyə cinsi tərbiyədən, intim münasibətlərin doğurduğu xoş təsiri təzədən yaşamaqdan qaçırıq? Halbuki Dünyanın ən sivilizasiyalı dövlətləri

      bu məsələ ilə maraqlanmışlar, saysız-hesabsız əsərlər çapdan çıxmışdır, ayrıca ixtisasçı-seksoloqlar, həkimlər meydana gəlmişdir. Mən həyatımda, yaşımın müdrikliyində gizləndikcə bəzi elmləri bilməməyimin acısını çəkmişəm. Bu günlərimdə isə acımışam ki, kaş tibb mütəxəssisi olaydım və güman ki, ömrümün müəyyən hissəsini seksologiyaya, qadın-kişi münasibətlərinin psixologiyasına həsr eləyərdim. Daş atılmışdır artıq və o daşı geri qaytarmaq əbəsdir. Amma bir şey məni narahat buraxmadı: Qadın-kişi münasibətində, yaxınlığında elə nöqtələr dərinləşir, onun oyatdığı ilğım və xoş təsir, cazibə gizli qalır. Axı niyə bu belə olsun? Yaşın hansısa güneyində də, quzeyində də əvəzsiz hissi təəssüratı niyə qələmə alınmasın? Nə vaxtsa əgər bir şey hasilə gələrsə və kimsə onu vərəqləyərsə qazandığı, itirdiyi nə olar?

      Qazandığını deməkdə çətinlik çəkirəm; çünki bunu oxucuların öhdəsinə buraxıram. Və inanıram ki, müəllifin ünvanına sözlərini deməkdən çəkinməyəcəklər.

      İtirdiyini deməkdə tənqid yalnız müəllifə məxsus olacaqdır. Tanışlarım, xüsusilə yaxşı mənada ünsiyyət bağladığım qadınlar başlarını bulayacaq və bəlkə də açıq-aşkar deyəcəklər: Bu “Mən”də nələr gizlənibmiş! Bu “Mən”in başına nələr gəlibmiş! Bax burda da qabaqcadan üzr istəyirəm və pıçıldayıram: Mənim əzizlərim, “Mən” ədəbi priyomdur və yazdığımın cazibəli, şirin alınması üçün bu yolu tutdum. Və bir də yadınızda saxlayın: şairlər ki, gözəl qadından, sevgi əyləncələrindən bu qədər yazırlar-gərək qadınları ilə yeni faciəvi rola girsinlər! Oxucum məni başa düşər.

      Kitabın ilk səhifəsini “Məhəbbət elmi”ylə çevirməniz də təsadüfi deyil. İntim əlaqənin mahiyyətində də məhəbbət hissi hakimdir və əgər biz bunun fərqinə varsaq şübhəsiz, seksual mühitin bütün çalarlarında elmlik özünü göstərər. Bəli, oxucu məni qınamaz ki, intim hissdə nə elmilik axtarıram? Bəri başdan söyləyim ki, kitabın doğuracağı mülahizə və həqiqət itirdiyimizdə zərif gileyin sönən işığını yandıracaq. Axı, qadın gözəlliyi kişinin ehtirasına baş əyirsə və bu qovuşmada həzzalma, gümrahlıq, ümid… yaşayırsa, məni qınama, oxucum.

             Və sən yorğun, yaxud ovqatlı dəqiqələrində bu kitabı vərəqləyib, əlvan, parlaq rənglər aləminin yaşıl-sarı … işığında qadın-kişi münasibətlərinin yaddaş xatirəsini bərpa eləyəcəksən. Əminəm buna.

             Məhəbbət elminə dərindən yiyələnməliyik, təkcə ona görə yox ki, cinsi yaxınlıq hər şeydir. Xeyr, cinsi əlaqənin, münasibətin özünə xas qanunauyğunluğu: psixoloji və fizioloji, mənəvi və sosial tərəfləri mövcuddur. İlk illərdən hədsiz intim mühitə meylli olmaq, bütün məsələlərin fövqündə dayanmaq vaxt gələr ziyan gətirər. Bu gün sivilizasiyanın daha bir bədbəxt meyvəsi – SPİD – taunun meydanda at oynatması məhz məhəbbət elmindən xəbərsizliyin bir növ nəticəsi deyilmi? Cinsi yaxınlığın fantastikcəsinə doğurduğu bir sıra proseslər insan sağlamlığına balta çalmırmı? Sağ olsunlar, sovet və xarici ölkə alimlərinə, yazırlar, sözlərini deyirlər, laboratoriyalarda çalışırlar, pis-yaxşı xidmət eləyirlər. Bizdə isə. Məgər seksual xaosun faydalı ünsürlərini eşidib düşünmək, seksoloqa müraciət eləmək qəbahətdir? Acıyıram ki, ixtisasçı olmadığımdan gücümü həmsirdaşım qələmə verirəm, varlğımı yaşadan və yeri gəldikcə ürəyimin təsəllisini mənimlə bölüşdürən qələmimə inanıram. Ona da inanıram ki, daha bir sualı böyük

Скачать книгу