ТОП просматриваемых книг сайта:
Dərbənddən başlanan əzablı yol. Ağababa Rzayev
Читать онлайн.Название Dərbənddən başlanan əzablı yol
Год выпуска 0
isbn
Автор произведения Ağababa Rzayev
Серия Milli ədəbiyyat
Издательство Hadaf Neshrleri
Cümə
namazından
yorğun
gəlmiş
və
bayaqdan oğlu ilə dünyanın gəlişindən-ge-dişindən söhbət açan Hacı Qasım yerindən qalxdı, geyinib-kecindi. Bayıra atılmaq istəyən oğlunun qabağını kəsib, əli tüfəngli əsgərlər həyətə
doluşdu. Qısa sorğu-sualdan məlum oldu ki, quldur kimi gecə xalqın evinə soxulan əsgərlər imperator həzrətləri adından Hacını həbs etməyə
gəliblər. Hacının sifətini nurani bir təbəssüm bürüdü.
‒ Gündüz qəlbimə çökən narahatlıq bu imiş.
Bütün haqsız və alçaq işlər gecənin qaranlığında görülərmiş.
Məhəmmədəli dəstənin dalınca yola düşdü.
Dəstə qalaya tərəf yol aldı. Narınqalanın önündə xeyli adam toplanmışdı. Əsgərlər adam-19
ları yara-yara Hacı Qasımı Narınqala qapısından içəri saldılar.
Məhəmmədəlinin ürəyi partlayırdı, amma bu fəryaddan kim xəbər tuta bilərdi, kim ona həmdəm ola bilərdi. Nə biləsən… “Gecənin xeyrindən səhərin şəri yaxşıdır”, ‒ deyə Məhəmmədəli kor-peşman evə qayıtdı.
Gecə həbsə alınmış Hacı Qasımın və onun on dörd nəfər yoldaşının məhkəməsi səhər, Qalanın divanxanasında başlandı.
Məhkəmə rus dilində aparılırdı. Hakimlərin hamısı hərbi paltardaydı. Nə Hacı Qasım, nə
Məhəmmədəli, nə də divanxanada ayaq üstə dayanmış camaat rus dilini bilirdi. Hakimlər öz-ləriylə üz-gözündən kütlük tökülən bir tərcüməçi də gətirmişdilər və Allah da bu başa-bəla tər-cüməçinin dediklərindən bir şey anlaya bilməzdi.
Hakim Yermalovun əmri ilə Dərbəndə gəlmiş
komissiyanın tərtib etdiyi sənədləri oxudu. Komissiyanın başçısı artilleriya podpolkovniki Mi-şenko yazırdı ki, Hacı Qasımın keçmiş Dərbənd xanı Şıxəlibəylə əlaqəsi var.
Hacı Qasımı İranın xeyrinə, Rusiya imperiyasının əleyhinə apardığı fəaliyyətdə təqsir-20
ləndirdilər. Hacı Qasım özünü “öldürdü”, əlin-dəki Qurana əl basıb and içirdi ki, bu yalandır, ağ yalan! Özü də, nəsli də Rusiya dövlətinin tərəfində olublar, can qoyublar, rusların Dərbənddə və Azərbaycanda hökmran mövqeləri üçün canlarını əsirgəməyiblər. Hacı Qasımın fər-yadlarına məhəl qoyan olmadı.
Məhkəmə çox tez qurtardı. Hacı Qasımın və
on dörd yoldaşının sürgün edilməsi barədə hökmü oxudular. Bütün əmlakı da müsadirə edilmişdi.
Divanxanadan Hacını həbsxanaya apar-madılar. Hacı Qasım Dərbənd camaatının gözü idi və rus despotizmi xalqın gözündə əziz olanları sürgünə də hörmətlə yola salırdı. Bu, rus imperiyasının Qafqaz xalqları qarşısında duyduğu qorxu və vahimə idi.
Hacı Qasımı yoldaşlarından ayırıb Narın-qalanın qapısından dənizə tərəf apardılar.
Camaat Dübarə küçəsi ilə axın-axın dəniz sahilinə tərəf üz tutdu. Hacı Qasımı Həştərxana aparmaq üçün göndərilmiş hərbi gəmi sahildə
gözləyirdi.
Əsgərlər Hacı Qasıma bircə Məhəmmədəli ilə
görüşməyə icazə verdilər. Ata-oğul bir-birinə sa-21
rıldı. Qəhərləndiklərindən danışa bilmirdilər.
Hacı Qasım bircə onu deyə bildi: ‒ “Özünü qoru.
Sən böyük bir nəslin son yadigarısan”.
Bəli, Məhəmmədəli tək idi və böyük bir nəslin son yadigarı idi.
Babası Hacı Məhəmməd xan çoxdan ölmüş, əmisi İsmayıl bəy vətəndən uzaqlarda, yad ölkələrdə itkin düşmüşdü. Nə ölüsündən xəbər verən vardı, nə dirisindən. O biri əmisi İbrahim bəy Dağıstan dağlarına çəkilmişdi. Elə bil, dağlarda qeyb olmuşdu. Kiçik əmisi Məhəmməd Cəfər bəyi isə tayfalar arasında gedən vuruşmalarda öldürmüşdülər. Fətəli xan sağ olsaydı, belə olmazdı. Əmiləri Fətəli xanın nazirləri olub, onun bütün fikirlərinə şərik çıxıblar. Rusiya dövlətinə sədaqət göstəriblər, qüdrətinə arxalanıblar.
Bəs bu məhkəmə nədir? Atası da ruslara bel bağlayıb. Ona deyirdi ki, Rusiya bizə əmin-amanlıq gətirib, o xalqımızı dağılmaqdan qoruyacaq. Bəs bu məhkəmə nədir? Bu nə rəzalətdir? Bu nə
zülmdür? Bu nə ədalətdir?! Bu nə müsibətdir!
Məhəmmədəli gəmi gözdən itənə kimi sahildə
dayandı. Yoldaşları aralı, atların yanında onu gözləyirdilər. Məhəmmədəli sahildən uzaqlarda duman içində görünən Dərbənd qalasına baxdı.
22
Nələri, kimləri görməmisən, möhtəşəm qala! Nələrə sinə gərməmisən, nələr eşitməmisən, möhtəşəm qala divarları! Bu nəhəng qapılar dost üzünə açılıb, düşmən üzünə bağlanıb. Bu dağlarda insanların qanı sel kimi axıb, torpaqlar göz ya-şıyla suvarılıb.
Məhəmmədəli doğma şəhərinin tarixini yaxşı bilirdi, o bu tarixə bağlı idi. Çox sonralar “Dərbəndnamə” kitabını çap edərkən yazacaq ki:
“Dərbəndnamə” mənim öz vətənimə olan münasibətin sübutudur və mənim bu vətənə
olan hislərimin təcəssümüdür… Yaxşı yadım-dadır, mənim on dörd yaşım olanda qış
axşamları yaşıdlarımla yığışıb qədim əlyazmaları oxuyuruq, atalarımızın, babalarımızın əfsa-nələrdəki,
dastanlardakı
qəhrəmanlıqlarına
həsəd aparırdıq”.
Məhəmmədəli Xəzərin coşğun dalğaları arasında itib-batan gəmini axtarırdı. Amma gəmi, elə bil, dalğaların qəzəbində qərq olmuşdu.
Gənc coşğun sularda itib-batan son ümidini, arxasını ‒ atasını görməyib yenə doğma şəhərin qaranlıq tarixlərinə daldı. Ona elə gəlirdi ki, Xəzər nə qədər qədimdirsə, Dərbəndin də bir o qədər tarixi var, ikisi də bir yaranıb, əkiz do-23
ğulublar… Oxuduqlarından, eşitdiklərindən on-da elə bir təsəvvür yaranmışdı ki, sanki dünyada Dərbənd qədər saysız-hesabsız hücumlara məruz qalan ikinci bir şəhər olmayıb. Viranələri fəryad qoparan, yana-yana külün içindən qalxıb yenidən şöhrətlənən başqa bir şəhər yoxdur. Neçə-neçə nəhənglərə sinə gərmiş, Romanın, Par-fiyanın dəhşətlərindən qorxmamış, İranın, Vizan-tiyanın mühasirələrini dağıtmış, ərəb xilafətinin, Səlcuq dövlətinin, Qızıl Ordanın, Səfəvilərin, Türkiyənin ona