Скачать книгу

edirdilər…

      Axı Cavidin əsərləri bəşəri duyğuları tərənnüm edir, zülmə, istibdada, dini xurafata, şahlara, “ulu xaqanlara”, “çılğın dərəbəylərə” qarşı mübarizəyə çağırır, humanizmi, ədaləti, xalqlar dostluğunu təbliğ edirdi, buna görə də müasir idi və daimi müasir olaraq yaşayacaqdır.

      Lakin həqiqəti deməyə heç kəsin cəsarəti çatmırdı.

      (“Xalq düşməni” damğası dəhşətli damğa idi. Döşünü qabağa verib, bu damğaya qarşı çıxmaq hər oğulun hünəri deyildi!.)

      Ona görə də yazıçıların, ədəbiyyatşünasların bir smqovrula-qovrula susur, cınqırını da çıxara bilmirdi. Bir qismi də ümumi “axına” qoşulub, Cavid yaradıcılığı haqqında insafsızcasına mühakimə yürüdürdü.

      Bu cür təsəvvürün nəticəsi idi ki Hüseyn Cavidin sədaqətli pərəstişkarları da bəzən, qeyri-iradi olaraq səhvlərə yol verirdilər… Bir misal:

      “CAVİD QIRILAR, ƏYİLMƏZ”

      1935-ci il SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının salonunda geniş iclas çağırılmışdı. Söhbət “atinkişaf yolları”ndan gedirdi. Mən birinci cərgədə əyləşmişdim.

      Məruzəçi keçmiş maarif komissarı Mustafa Quliyev idi. O, vəziyyəti əsasən düzgün təhlil edirdi. Quliyevin mülahizələri tənqid hədəfləri iradları tutarlı idi.

      Yaxşı yadımdadır, Mustafa Quliyev məruzəsinin sonunda, Cavid yaradıcılığı haqqında danışanda sözünü belə bitirdi: “Üçüncü zəng çalınıb, Cavid əfəndi, tren yola düşür, gecikərsiz minməyə tələsin”.

      Məruzəçi Cavid əfəndini guya ki, müasir mövzuya dəvət edirdi.

      Cavid qələminin qüdrətinə yaxşı bələd olan Mustafa Quliyev öz məruzəsində sənətkarın istedadına yüksək qiymət vermişdi. Eyni zamanda “müasir həyatla” ql məsələsini irəli sürürdü. Lakin məsələnin qoyuluşu böyük sənətkarımızı, haqlı olaraq, təmin etmirdi. O şəkildə ki, Cavid əfəndidən tələb edirdilər, ona bu tələb-karlıq əcaib görünürdü, çox pis təsir bağışlayırdı. Elə uxqeyd etdiyim yanlış təsəvvürün təsiri idi ki, mən Cavid əfəndiyə dedim:

      – Ay Cavid Əfəndi, axı belə olmaz, sən çox da sol getmə, inadkarlıq eləmə, sən gəl daşı ətəyindən tök! Mustafa Quliyevin, sənin bəyəndiyin məlumatlı ziyalılardan olan bu adamın müddəalarında müəyyən həqiqət də var, axı mən görürəm, sənin söhbətlərindən, suallarından hiss etmişəm ki, nəsə hazırlayırsan, müasir mövzuda, gənclərin həyatından nəsə yazacaqsan, hələ bəlkə, – buna mənim heç şübhəm yoxdur, – qeydlərin, yaddaşların da vardır. Sən elə bilirsən mən bunu hiss etməmişəm, lap yaxşı hiss etmişəm, Cavid əfəndi var, bilirəm ki var.

      Cavid əfəndi xəfifcə gülümsədi:

      – Nə bilim sən nə hiss edibsən?.. – Yenə gülümsədi.

      – Hiss etmişəm, Cavid əfəndi var, yazacaqsan, axı bunu məndən gizlətməyin nə mənası? Mənlə hər barədə açıq danışırsan, amma bunu etiraf etmək istəmirsən. Bir halda ki, belədir, yəni demək istəyirəm ki, bir halda ki yazacaqsan, – çox ehtiyatla əlavə etdim, – nə üçün Mustafa Quliyevin müəyyən mülahizəsi ilə razılaşmayasan?

      Elə bunu eşitməyə bənd idi. Cavid əfəndi çəliyini qəzəblə yerə çırpıb qışqırdı:

      – Cavid qırılar, əyilməz!

      Lakin çox təəssüf ki, Cavid əfəndinin müasir həyat haqqındakı düşüncə və təsəvvüründən çox az adam agah idi. Onun müasir həyata nə cür münasibət bəslədiyini, gənclərin düşüncə və amalları ilə nə qədər dərindən maraqlandığını çox az adam bilirdi. Mən inanmışdım və unzərrə qədər də şübhəm yox idi ki, ona ikinci il də aman versəydilər, Cavid əfəndi müasir gənclərin həyatından bəhs edən gözəl bir əsər yazacaqdı. Onun qüdrətli qələmi buna qadir idi. Lakin nə etməli aman vermədilər…

      Yenə də təkrar edirəm: belə müqəddəs bir insanı, gözəl, ziyalı bir sənətkarı “xalq düşməni” adı ilə məhv etdilər… Özü də doğma xalqını bütün varlığı ilə sevən, onun misilsiz pərəstişkarı olan bir şəxsiyyəti…

Bir haşiyə.

      Mənim Cavid haqqındakı xatirələrimdən müəyyən qismini yazıçı dostlarımdan birinə oxuyanda qabarıq bir ifadəyə xüsusi diqqət yetirmişdi. Həmin ifadə haqqında öz irad və mülahizəsini dəqiq şəkildə nəzərimə çatdırdı. Dostum tamamilə haqlı olaraq mənə dedi: “Hüseyn müəllim, dahi şairimiz “Daşı ətəyindən töksəydi”, Cavid olmazdı!”

      Bu mənim yuxarıda Cavid əfəndiyə dediyim sözlərə işarə idi. Məhz elədir! Daşı ətəyindən töksəydi, Cavid olmazdı! Mütəfəkkir sənətkarımızın xasiyyətindəki bir-iki cəhəti də qeyd etmək istəyirəm. Məncə, çox zəruri cəhəti.

      Cavid əfəndinin qətiyyən xoşlamadığı məsələlərdən biri də yerliçilik söhbəti idi. Vay o gündən ki, kim isə onun yanında şəkili, bakılı, qarabağlı, naxçıvanlı, yaxud başqa yerli söhbəti edəydi. Yaxşı yadımdadır, bir dəfə dostlarımdan biri Cavid əfəndinin iştirak etdiyi mötəbər məclisdə kiminsə kölgəsini qılınclayanda belə dedi: “Əşi, ondan nə gözləyirsən, ey, filan yerli deyil? Onların hamısı belə adamdır”.

      Bu söhbət Cavidi lap bərk əsəbiləşdirdi. Lakin böyük sənətkar təmkinini itirmədən çeşməyini düzəltdi, üzünü dostuma tutub həmin rayona pərvəriş taparaq yaşamış bir neçə adlısanlı adamın adını çəkdi.

      – Bunları tanıyırsanmı?

      – Bəli, Cavid əfəndi, tanıyıram.

      – Bəs nə üçün o yerin bütün camaatına qara yaxırsan, heç utanırsan?

      Dostum lap özünü itirdi, alnını tər basdı. Ayağa lxkor-peşman halda Cavid əfəndidən dönə-dönə üzr st.

      Cavid əfəndi bircə bunu dedi:

      – Belə sözləri heç vaxt dilinə gətirməyəsən! Onların hamısı bizim namuslu, qeyrətli xalqımızın öz vətənini, xalqını dərin məhəbbətlə sevən istedadlı oğullarıdır.

      Cavid yaradıcılığının pərəstişkarları olduqca çox idi. Cavan, qoca, qadın, kişi – hamı ona hörmət edir, əsərlərini minnətdarlıq duyğusu ilə qarşılayırdılar. Onun st gənclər arasında daha çox idi.

      Cavidi tamaşaçılara, oxuculara sevdirən nə idi? Heç tərəddüd etmədən, cəsarətlə deməliyəm ki, böyük istedadı, əsərlərindəki zəngin şeiriyyət, yüksək bəşəri duyğu, misilsiz insanpərvərlik, nəhayət, dərin səmimiyyəti. Ümumiyyətlə demək lazımdır ki, səmimiyyət mücəssəməsi idi. Şəxsən mən onu ancaq belə bir insan kimi tanımışdım. Görkəmli mütəfəkkir şair olduqca sadə bir insan idi. O, böyüklə böyük idi, kiçiklə kiçik…

      Cavid əfəndi ilə zarafatımız da az olmurdu. Mən ona yüngülvari sataşmağı xoşlayırdım. Bir dəfə xanımların çox olduğu bir məclisdə qonaqlar dağılışanda mən ağyeriyib Cavid əfəndinin paltosunu tutdum. Geyindirə-geyindirə ona dedim:

      – Cavid əfəndim, qoca kişisən, qoy sənə hörmət

Скачать книгу