ТОП просматриваемых книг сайта:
Çippolinonun macəraları. Джанни Родари
Читать онлайн.Название Çippolinonun macəraları
Год выпуска 0
isbn 9789952244564
Автор произведения Джанни Родари
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Kimdir? – Qaragilə içəridən səsləndi.
– Oğrulardır.
– Gəlirəm, bircə dəqiqə gözləyin.
O, xalatını geyinib qapını açdı. Qapıda iki iricüssəli, hündürboy, saqqallı oğru dayanmışdı. Qaragilə onlara icazə verdi ki, bütün evi axtarsınlar. Onun gözünə saray kimi görünən, əslində, quş damından böyük olmayan bu evə oğruların girməsi mümkün deyildi. Odur ki növbə ilə başlarını qapıdan içəri salıb hər yerə göz gəzdirdilər, ancaq oğurlamağa bir şey tapmadılar. Oğruların əliboş qayıdacaqlarına üzülən Qaragilə dedi:
– Əgər üzünüzü taraş etmək istəsəniz, sizə ülgüc verə bilərəm. Düzdür, bir az paslanıb, amma yaxşı ülgücdür, ulu babamdan qalıb.
Havayı taraş olmağı qənimət bilən oğrular razılaşdılar. Üzlərini taraş eləyəndən sonra çıxıb getdilər. Hətta gedərkən Qaragiləyə təşəkkür etməyi də unutmadılar. Bu isə onların pis adam olmadıqlarını göstərirdi. Kim bilir, hansı ehtiyacdan oğurluqla məşğul olmaq məcburiyyətində qalmışdılar!
Qaragilə yenidən yatağına uzandı. Gecə saat 2-də qapının zəngi növbəti dəfə onu yuxudan oyatdı. Bu dəfə də iki oğru gəlmişdi.
– Buyurun, baxın, – Qaragilə dedi. – Ancaq bir-bir, yoxsa evi uçurarsınız.
Bu oğruların saqqalı yox idi, lakin onlardan birinin gödəkçəsinin bütün düymələri qopub düşmüşdü. Qaragilə iynə-sapını ona bağışlayıb dedi:
– Gedərkən ayağınızın altına diqqətlə baxın. Yolda həmişə çoxlu düymə olur. Götürüb bu iynə-sapla tikərsiniz.
Həmin gündən oğrular hər gecə zəngi çalıb Qaragiləni yuxudan oyadırdılar. Onlar evdən oğurlamağa bir şey tapmasalar da, bu balaca, xeyirxah və nəzakətli ev sahibi ilə tanışlıqdan razı qalırdılar.
Gördüyünüz kimi, Kudu lələnin evciyi etibarlı əllərdə idi…
Baron Portağalla hersoq Naringi qrafinyalara qonaq gəlirlər
Nəhayət, Albalı qrafinyaların qəsrinə baş çəkmək vaxtı gəlib çatdı. Qrafinyalar qəsrin yerləşdiyi kənddəki bütün torpaqların, evlərin, kilsələrin sahibi hesab olunurdular.
Çipollino öz dostları ilə birlikdə Kudu lələnin evciyini meşəyə aparan gün qəsrdə canlanma müşahidə olundu. Qrafinyalara qohumları baron Portağal və hersoq Naringi qonaq gəlmişdilər. Baron Böyük qrafinyanın, hersoq isə Kiçik qrafinyanın vəfat etmiş ərinin yaxın qohumu idi.
Çox kök olan baron Portağalın qarnı özündən böyük idi. Burada təəccüblü bir şey yoxdur. Axı Portağalın işi-peşəsi yemək yeməkdi. Ağzı bütün gün durmadan işləyirdi. Çənəsinə yalnız yuxuya getdiyi vaxt bir-iki saat istirahət verirdi.
Baron Portağal gəncliyində axşamdan səhərə kimi yatırdı. Həmin müddətdə mədəsi də onun yediklərini həzm eləməyə imkan tapırdı. Lakin sonralar baron düşündü və bu qərara gəldi:
– Yatmaq vaxt itkisidir. Axı mən yuxuda olduğum vaxt yemək yeyə bilmirəm.
Odur ki gecələr də yeməyə başladı. Baron Portağalın qarnını doyurmaq üçün kəndlilər ona araba-araba yemək daşıyırdılar. O, qısa vaxt ərzində kənddəki bütün yumurtaları, toyuqları, keçiləri, donuzları, qoyunları, inəkləri yeyib-qurtardı. İki qulluqçusu gələn yeməkləri durmadan onun ağzına dürtüşdürürdü. Yorulanda isə onları başqaları əvəz eləyirdilər. Nəhayət, kəndlilər bildirdilər ki, artıq yeməyə heç nə qalmayıb, o hətta ağaclardakı bütün meyvələri də mədəsinə ötürüb. İşi belə görən baron əmr elədi ki, ağacları qırıb gətirsinlər. Portağal ağac yarpaqlarının və köklərinin üstünə zeytun yağı ilə duz töküb yeməyə başladı.
Bağlardakı bütün ağaclar tar-mar edildikdən sonra baron sahib olduğu torpaqları satıb puluna ərzaq aldı. Artıq yaşamağa yeri olmadığından Böyük qrafinyaya məktub yazıb onlara qonaq gedəcəyini bildirdi. Kiçik qrafinya bu xəbəri narazılıqla qarşıladı:
– Baron bizim bütün var-dövlətimizi yeyib-qurtaracaq! Hətta o bizim qəsri bir qazan makaron kimi uda bilər!
Böyük qrafinya ağlamağa başladı:
– Sən mənim qohumlarımı həmişə gözümçıxdıya salmısan! Onları görməyə gözün yoxdur. Mənim yazıq, bədbəxt baronum axı kimə nə eləyib?
– Yaxşı, yaxşı, – Kiçik qrafinya naəlac qalıb razılaşdı. – Çağır gəlsin, ancaq bil ki, onda mən də öz qohumum hersoq Naringini qəsrə dəvət eləyəcəyəm.
– Buyurub gəlsin! – Böyük qrafinya bacısının şərtini qəbul etdi. – O ki quş qədər yemək yeyir. Ümumiyyətlə, sənin mərhum ərinin bütün qohumları cılız adamlardır, elə bil həmişə pəhriz saxlayırlar. Mənim ərimin qohumları isə hündürboy, kök, gözəgəlimlidirlər.
Həqiqətən, baron Portağal kök olduğu qədər də ucaboy idi. Lakin, ilk növbədə, qarnı diqqəti cəlb eləyirdi. Portağalın qarnı o qədər böyük idi ki, onu daşımağa gücü çatmırdı. Harasa getmək istəyəndə kimsə əl arabasında onun qarnını daşımalı idi. Bir sözlə, «qarınqulu» ifadəsi baron Portağalın lap boyuna biçilmişdi. Artıq uzun illərdi ki, o öz qarnının quluna çevrilmişdi.
Senyor Pomidor cəld Lobyanın yanına adam göndərib əmr elədi ki, öz arabası ilə birlikdə onun hüzurunda hazır olsun. Ancaq Lobya arabanı yerində tapmadı. Bildiyiniz kimi, onun oğlu Lobyacıq gəlib arabanı aparmışdı ki, Kudu lələnin evciyini meşəyə daşısınlar. Əlacsız qalan Lobya rəngsazların əhəng daşımaq üçün istifadə elədikləri əl arabasını götürüb gəldi. Senyor Pomidor baron Portağalın qarnını zorla arabaya yerləşdirib qışqırdı:
– İrəli!
Lobya nə qədər güc versə də, arabanı yerindən tərpədə bilmədi. Çünki baron yenicə qəlyanaltı eləmişdi. İki nökər də çağırdılar. Nəhayət, bu üç nəfərin köməyi ilə araba hərəkətə gəldi. Lakin yoldakı daşlar təkərlərə dəydikcə araba atılıb-düşür, baronun qarnı sağa-sola yırğalanırdı. Lobya və nökərlər nə qədər ehtiyatlı davransalar da, təkərlər tez-tez yoldakı çuxurlara düşürdü. Bütün bunlardan təlaşlanan Portağalı soyuq tər basmışdı. Elə ki qonaqlar qəsrə çatdılar, həmin gündən qrafinyaların qara günləri başladı. Böyük qrafinya ağzı dayanmadan işləyən baron Portağala yemək çatdıra bilmirdi. Hersoq Naringi isə Kiçik qrafinya və onun qulluqçularını lap boğaza yığmışdı. O, baron kimi qarınqulu olmasa da, başqa pis cəhətləri var idi. Hersoq Naringi həmişə hər şeydən narazı idi. Məsələn, qulluqçu qız Çiyələk səhərdən axşama kimi hersoqun köynəklərini ütüləməkdən zinhara gəlmişdi. Çiyələk ütülənmiş köynəyi ona gətirəndə isə Naringi qızın işini bəyənməyib çığır-bağır salırdı. Şkafın başına çıxıb qrafinyaları özünü oradan aşağı atmaqla təhdid eləyirdi.
– Əziz Naringi, sizə nə olub? – Kiçik qrafinya qorxa-qorxa soruşurdu.
– Görmürsünüz, mənim köynəyimi necə pis ütüləyiblər?! Belə qırış-qırış köynəkdə gəzməkdənsə, ölsəm, yaxşıdır!
Onda