ТОП просматриваемых книг сайта:
Kopenhagen trilogiyası. Тове Дитлевсен
Читать онлайн.Название Kopenhagen trilogiyası
Год выпуска 0
isbn
Автор произведения Тове Дитлевсен
Издательство Alatoran yayınları
Amma əlimdə “Səfillər” evə döndüyümdə atam kitaba baxır, bəyənərək deyir: – “Hə, Viktor Hüqo, çox yaxşı yazır”. Mən isə üzümə vacib bir görkəm verib didaktik aura ilə dedim: – “Onun adı Hüqo yox, Üqo kimi tələffüz edilir.” – “Mənim nə vecimə onun adı necə deyilir”, – o sakitcə dedi, – “ bütün bu cür adlar necə yazılır, elə də deyilməlidir. Başqa hər bir şey sadəcə olaraq göstəridir.”
Bizim küçəmizdə yaşamayan bir insanın dediklərini gəlib evdə valideynlərimə danışmağın heç zaman bir faydası olmayıb. Bir dəfə məktəbdə diş həkimi mənə demişdi ki, anana de, sənə diş fırçası alsın, mən də axmaq kimi gəlib demişdim. Anam məni it kimi qapdı: – “Gedib ona deyərsən ki, zəhmət çəkib diş fırçasını sənə elə özü alsın.” Amma onun dişi ağrıdığında, bir həftə əziyyət çəkir, evdə dolaşır, bütün evdə onun ağrı-acı içindəki iniltiləri əks-səda verir. Sonra başqa bir qadından məsləhət istəyir, o da deyir ki, viskini tök cod pambığın üzərinə, xəstə dişin üstündə saxla. Anam məsləhətə dəqiqliklə əmək edir, bir neçə gün daha belə keçir, amma dişağrısı kəsmir. Yalnız bu zaman bəzənib-düzənib Vesterborqata küçəsinə – həkimimiz burada yaşayır – qədəm basır. Həkim alətini götürüb onun dişini çəkir və yalnız bundan sonra bir müddətlik anam sakitləşir. Dentist heç zaman bir də görüntüyə çıxmır.
Orta məktəbdə qızlar daha yaxşı geyinir və ibtidai məktəbdən daha az mızmızlanırlar. Heç birinin saçında bit-birə olmur. Atam deyir ki, indi sən “yaxşı təminatlı” insanların övladları ilə bir sinifdə oxuyacaqsan. Amma bu öz evinə yuxarıdan aşağı baxmaq üçün bir səbəb deyil. Bu həqiqətən belədir. Uşaqların atası əksər hallarda bacarıqlı işçilər olur və mən atamı çevirib eləmişəm maşinist. (Mənə görə bu peşə dəllaldan daha yaxşı səslənir.) Sinfimizdəki ən varlı qızın atasının Qasverksvay küçəsində gözəllik salonu var. Onun adı Edit Şnurdur və lovğalığından cırılır. Bizim sinif rəhbərinin adı xanım Matiasendir. O öyrətməkdən zövq alan cılız, canlı qadındır. Xanım Mollerup xanım Klausenlə birgə və köhnə məktəbin direktoru (küpəgirən qadına oxşayan həmin o) məndə belə bir aşkar təəssürat oyadır ki, qadınların da iş dünyasında böyük nüfuzu, təsiri ola bilər. Yetər ki, yastısinə olsunlar. Anam istisnadır. Ondan başqa küçəmizdəki bütün qadınların gəzərkən fəxarətlə nümayiş etdirdikləri iri sinələri var. Mənə maraqlıdır, niyə belə edirlər? Xanım Matiasen bizim yeganə qadın müəlliməmizdir. O, mənim şeiriyyatı xoşladığımı kəşf edib və onunla özümü axmaq yerinə qoymaq işə yaramır. Bunu mənə maraqlı olmayan fənlər üçün sonraya qoyuram – amma belə fənlərin sayı çoxdur. Yalnız danimarka dili və ingilis dili dərslərini sevirəm. Bizim ingilis dili müəlliməmizin adı Damsqaardır və o, hərdən xeyli səbirsiz ola bilər. O, yumruğunu masanın üzərinə çırpıb deyir: and içirəm, mən sizi öyrədəcəm! Bu yumşaq andı o qədər çox işlədir ki, bir müddət sonra elə bu adla tanınır: And içirəm! Bir dəfə o, xüsusi çətin olan bir cümləni bizim üçün ucadan oxuyur, sonra məndən təkrar etməyimi istəyir. Cümlə təxminən belə idi: “Sizin sorğunuza cavab olaraq mən xüsusilə Voburn Playes 11dəki internat məktəbi təklif edə bilərəm. Dostlarımdan bəziləri keçən qış orada qalmışdılar və onların fikirləri müsbət idi.”O, mənim düzgün tələffüzümü tərifləyir. Elə bu səbəbdən həmin axmaq cümləni heç zaman unuda bilmirəm.
Sinfimizdəki bütün qızların şeir albomları var və uzun müddət anamın baş-beynini apardıqdan sonra mənim də belə albomum oldu. Albom özü qəhvəyi rəngdədir və üstündə qızılı hərflərlə “Şeiriyyat” yazılıb. Qızların bəzilərinə ora adi şer misraları yazmağa icazə verirəm. Bəzi səhifələrə isə öz misralarımı qeyd edirəm ki, gələcək nəsillər mənim dahi uşaq olduğuma şübhə etməsin. Albomu yataq otağında dolabın aşağı gözlərinin birindəki siyirtmədə paltarların və can dəsmallarının altında gizlədirəm. Orada onun lazımsız nəzərlərdən və gözlərdən uzaq olacağını düşünürəm. Amma bir axşam mənlə Edvin evdə tək idik. Çünki atamla anam xalam və dayımla kart oynamaq üçün evdən çıxmışdılar. Başqa vaxt Edvin də adətən axşamlar harasa gedir. Amma artıq şəyirdliyə başladığından həmin axşam çox yorğun idi. İş yerinin çox pis olduğu haqda şikayət edirdi və atama tez-tez yalvarırdı ki, onun üçün başqa iş yeri tapsın. Bu bir işə yaramayanda isə başlayırdı qışqırmağa ki, oradan qaçacağam dənizə, evi tərk edəcəyəm, nə bilim nə. Onda atam da qışqırır, bu zaman anam davaya müdaxilə edir və Edvinin tərəfini tutur və qonaq otağında bir həngamə qopur ki, gəl görəsən, aşağıdakı Rapunzelgildəki davalar onun yanında “toya getməli” olur. Bu günlərdə qonaq otağında hər gün hüzurun pozulması Edvinin günahıdır və mən bəzən öz-özümə arzulayıram ki, kaş dediyi hədə-qorxuları həyata keçirərdi və evi tərk edib gedərdi. İndi qaş-qabağını sallayıb kefsiz oturub və “Sosial demokrat” qəzetini vərəqləyir, bu dəqiqələrdə evdəki səssizliyi yalnız divar saatının taqqıldayan əqrəbləri pozur. Mən ev tapşırığımı edirəm amma aramızdakı səssizlik məni sıxır. Qəfildən atamın gözləri qədər tutqun və melanxolik olan gözlərini mənə zilləyib deyir: – “Lənətə gələsən, hələ gec gedərsən yatmağa? Heç vaxt bu lənətə gəlmiş evdə tək olmaq mümkün olmur da!” – “İstəyirsən, özün get də yataq otağına”, – mən incik halda dillənirəm. – “Gedərəm, niyə getmirəm!”, – deyinir, qəzetini götürür, qapını arxasınca möhkəm çırpıb yox olur. Bir qədər sonra təəccübümə səbəb olacaq şey baş verir. İçəridən qəhqəhə, gülüş səsləri eşidirəm. Nə belə gülməli ola bilər? İçəri girirəm və qorxudan donuram. Edvin əlində mənim biçarə albomum oturub anamın çarpayısında. Qəhqəhələrdən başı tamamilə “qaçıb”. Utancdan qıpqırmızı qızarmış halda bir addım irəli atıb əlimi uzadıram: – “Kitabı mənə ver”, – deyirəm və ayağımı yerə çırpıram, – “sənin bu kitabı götürməyə