Скачать книгу

Fiziki mövcudluğumuzun genetik təməlləri üzərində qənaət edilib-edilməyəcəyi məsələsinin, bizim həyat tərzimiz və əxlaqlı canlılar olaraq özünüdərkimiz baxımından daşıdığı önəm, mənim gen texnologiyası sahəsində hər hansı bir nizamalamaya ehtiyac olub-olmadığına dair müzakirələrə münasibətimi müəyyən edir. (İ) Abort mübahisələrində istifadə olunan arqumentlər, məncə, debatları yanlış yönə aparır. Çünki manipulyasiya edilməmiş genetik materiala sahib olmaq haqqı, hamiləliyə son vermə tənzimləmərindən fərqli bir mövzudur. (İİ) Başqa bir tərəfdən isə, gen manipulyasiyası növ-kimliyi ilə bağlı məsələlərə toxunur. Amma gəlin unutmayaq ki, növ-yaradılışı olan insanın özünüdərki ilə bağlı hüquq və əxlaq təsəvvürlərinin kök saldığı kontekst də bu sahədə yaranmaqdadır. (İİİ) Xüsusilə maraqlandığım məsələ, “doğub yetişən” ilə “edilib hazırlanan” arasındakı ənənəvi fərqin biotexnologiya sayəsində ortadan qalxması ilə subyektiv və obyektiv arasındakı indiyə qədər olan növ-etik ozünüdərkimizin necə dəyişəcəyi (İV) və genetik olaraq planlanan bir şəxsin öz mahiyyətinə necə təsir edəcəyidir. (V) Genetik materialın yevgenik olaraq proqramlanmış olduğu biliyi şəxsin, öz həyatını müstəqil olaraq şəkilləndirmə azadlığının məhdudlaşdırılacağını, azad və bərabər fərdlər arasındakı əsasən simmetrik olan münasibətləri laxladacağını güman edə bilərik. (Vİ) Embrion istehlak edən tədqiqatlar və İÖD, sürətlə yaxınlaşan liberal yevgenikanın gizlətdiyi təhlükələri əks etdirən nümunələr olduqlarını düşündüyümüzə görə, böyük etirazlara səbəb olmaqdadır (Vİİ).

      İNSAN TƏBITƏTININ ƏXLAQILƏŞDIRILMƏSI NƏ DEMƏKDIR?

      Molekulyar genetika sahəsində yaşanan və böyük təbəddülatlar doğuran yeniliklər, yavaş-yavaş “təbiətimizlə bağlı” sahib olduğumuz hər şeyi biotexnoloji müdaxilələr sahəsinə çəkməkdədir. Təcrübi təbiət elmləri bucağından baxıldığında insan varlığının bu qədər texnologiyalaşdırılması, əslində, ətraf mühit üzərində qənaət imkanlarımızın gedərək artmasına gözəl bir nümunədir. Real həyat pəncərəsindən baxanda isə, texnologiyalaşdırılma “daxili” və “xarici” təbiət sərhədini aşdıqdan sonra bizi ciddi bir problemlə üz-üzə qoyur. Məsələn, Almaniyada qanunvericilik, həm İÖD, həm də embrion istehlakı tədqiqatları, həm də başqa ölkələrdə aparılmasına icazə verilən məqsədli klonlama, “daşıyıcı analıq” və evtanaziya tətbiqinin Almaniyaya gətirilməsini qadağan edir. Hazırda, dölyatağına müdaxilə edilməsi və insan orqanlarının klonlanması dünya miqyasında qadağan edilmişdir, səbəbi isə, sadəcə özü ilə gətirdiyi risklərə görə deyildir. Volfqanq van den Daelenin sözü ilə desək, burda “insan təbiətinin əxlaqiləşdirilməsindən” bəhs edilir: “Elm vasitəsilə texnoloji tərəfdən əldə edilməsi mümkün olan şeylər əxlaqi kontrollarla normativ olaraq tətbiq edilməz hala gəlir27.”

      Yeni texnoloji nailliyyətlər adətən bəzi yeni tənzimləmələri də məcbur ortaya çıxarır. Normativ nizamlamalara baxdığımızda isə, onlarin indiyə qədər ictimai dəyişikliklərə sadəcə ayaq uydurduğunu görə bilərik. İstehsal və mübadilə, rabitə və nəqliyyat, hərbi və tibbi sahələrdəki texnoloji yeniliklərin səbəb olduğu ictimai dəyişikliklər o birilərlə müqayisədə bir qayda olaraq həmişə öndə olmuşdur. Məsələn, klassik cəmiyyət nəzəriyyələri belə, hələ də, post-tradisional hüquq və əxlaq təsəvvürlərini modern bilik və texnologiyada yaşanan yeniliklərlə eyni mənada inkişaf edən mədəni və ictimai rasionallaşma halları kimi qiymətləndirir. Bu yeniliklərin təşviqi mərkəzi kimi də təşkilatlanmış tədqiqatlar qəbul edilir. Liberal konstitusiyalı dövlət nöqteyi-nəzərindən isə tədqiqatların toxunulmazlığı qorunmalıdır. Amma təbiət üzərindəki texnoloji ağalığımızın əhatə və dərinliyi artdıqca, həm məhsuldarlıq və rifah artımını vəd edən iqtisadiyyatın, həm də fərdi qərar vermə imkanlarının artacağını vəd edən siyasətin bir daha önəm qazandığı aydın olur. Belə ki, seçim azadlığımız artdıqca fərdin azadlığı da artırsa, deməli, elm və texnologiya indiyədək əsas liberal təsəvvürlərimizlə (yəni “hər vətəndaş öz həyatını sərbəst olaraq şəkilləndirmək barədə bərabər imkanlara sahib olmalıdır” düsturu ilə) öz-özlüyündə bir uyğunluq təşkil edirdi.

      Bütün bu mübahisələrə baxmayaraq elm və texnologiyanın cəmiyyət tərəfindən qəbul edilməsində sosioloji baxımdan hər hansı bir azalma olmayacaq, təki, insan təbiətinin instrumentalizasiyası tibbi baxımdan daha sağlam və uzun bir ömür təmin etməyə davam etsin. Çünki azad yaşama imkanını reallaşdır-maq arzusu, “daha sağlam və daha uzun bir ömür” şəklində anladığımız o böyük kollektiv hədəfə doğru gedir. Onda tibb tarixi nəzərindən baxıldığında “insan təbiətinin əxlaqiləşdirilməsi” cəhdlərini şübhəylə qarşılamaq lazımdır: “Peyvəndin kəşfindən qəlb və beyin üzərindəki ilk əməliyyatlara, orqan nəqlindən süni orqanlara və hətta, genetik müalicələrə qədər insanın tibbi məqsədlərlə instrumentalizasiyanın ən son mərhələsinə çatıb-çatmadığımız, bu inkişafın doğru olub-olmadığı haqqında çoxlu ixtilaflar yaratmışdır. Amma belə mübahisələrin heç biri texnologiyanın inkişafının qarşısını kəsə bilməmişdir28.” Empirik kəşflərdən yola çıxaraq ağlımızı başımıza gətirməyə çalışan bu görüşə görə, bioloji tədqiqatlara və gen- texnoloji yeniliklərə yönəlik məhdudlaşdırıcı qanuni müdaxilələr, modern cəmiyyətin təməl azadlıq tendensiyalarına dirənməyə çalışan lazımsız cəhdlər olaraq görülməlidir29 Məsələ bu kontekstdən təhlil edildiyi vaxt, insan təbiətinin əxlaqiləşdirilməsi cəhdi mübahisəyə açıq bir “yenidən müqəddəsləşdirmə meyli” kimi görünməkdədir. Buna görə elm və texnologiya, azadlıq meydanımızı xarici dünyanın cəmiyyətsizləşdirilməsi və sehrsizləşdirilməsi hesabına genişləndirdiyindən bəri, qarşısıalınmaz görünən bu tendensiya bəzi süni qadağalar qoyularaq (yəni iç dünyamızı yenidən sehrli etməklə) maneə olunmağa çalışılır.

      Bu kontekstdən çıxış etsək, şübhəsiz ki, belə bir şey tövsiyyə olunacaq: Gen texnologiyası ilə yaradılan “monstrları”, yetişdirilən və klonlanan insanları, təcrübi məqsədlərə sərf edilən embrionları ikrah doğuran nümunələr kimi göstərən belə arxaik duyğu nümayişlərini bütün çılpaqlığı ilə aydınlığa qovuşdurmaq ən yaxşı yoldur. Belə ki, “insan təbiətinin əxlaqiləşdirilməsini” növ etikasına uyğun bir düşüncənin hakim olması mənasında baxıldığında (çünki özümüzü həmişəki kimi öz həyat hekayəmizin bölünməz müəllifi olaraq dərk etməyimiz və bir-birimizi azad davranan şəxslər olaraq qəbul etməyimiz burdan qaynaqlanır) qarşımıza tamam başqa bir mənzərə çıxır. Belə olduqda, liberal yevgenika ilə gizlin-gizlin tanış olmağımıza kömək edən yeniliklərə hüquqi vasitələrlə əngəl olmağa çalışmaq və ya törəməyə, yəni ana-atanın xromosom dəstlərinin bir-biri ilə qarışması aktına bir yolla mütləqlik və ya təbiilik qaranti etməyə çalışmaq, radikal bir anti-modernist dirənişdən çox fərqlənən bir hal olacaq. Çünnki modernizmin praktik dərkinin mühafizə şərtlərini sığortalamaq mənasına gələn bu təcrübə, özü-özünə işarə edən əxlaqi hərəkətin siyasi bir təzahürünə çevriləcək. Şübhəsiz ki, belə

Скачать книгу


<p>27</p>

W. van den Daele, “Die Natürlichkeit des Menschen als Kriterium und Schranke technischer Eingriffe”, Wechsel/Wirkung, İyun-Avqust 2000, s. 24-31.

<p>28</p>

Yenə orada səh. 25

<p>29</p>

W. van den Daele, “Die Moralisierung der menschlichen Natur und die Naturbezüge in gesellschaftlichen Institutionen”, Kritische Vierteljahresschrift für Gesetzgebung und Rechtswissenschaft 2 (1987), səh. 351-366.