Скачать книгу

zəif və epizodik oxuma qaydasi “şərtsizliyin” həm səhv çıxarılan və həm də şübhəsiz olan mənasını saxla-maqdadır. Dilin loqosu bizim nəzarətimizdən kənar olsa da, bu alət vasitəsi ilə ünsiyyət və hərəkətdə olma bacarığına sahib oluruq. Dil həmişə “bizim dilimiz” olaraq qalır. Həqiqət və azadlığın şərtsizliyi həyat təcrübələrimizin əsas şərtini əmələ gətirsə belə, bu şərtsizlik bizim həyat formamızı şəkilləndirməkdən başqa hansısa ekzistensial təminatın xaricindədir. Beləliklə, məlum olur ki, “doğru” etik anlayış nə vəhy edilmiş, nə də başqa bir yerdən verilmişdir. Doğru etik anlayış, ancaq və sadəcə ortaq bir zəhmət nəticəsində əldə edilmişdir. Bu perspektivdən baxıldıqda bizim özümüz olmağımızı mümkün edən şeyin mütləq bir gücdən daha çox, fərdlərarası bir güc olduğu anlaşılmaqdadır.

      III

      Kyerkoqorun post-metafizik etikası ugursuzluğa uğramamış bir həyatı, yuxarıda bəhs edilən post-dini baxımdan da səciyyələndirmə imkanı verir. Özün olma imkanının variantlarına dair ümumi ifadələr, sıx təsvirlər olmasa da, normativ məzmuna, həmçinin yön verəcək gücə sahibdirlər. Bəhs etdiyimiz dəyərləndirmə etikası ekzistensial formanın deyil, amma fərdi həyat dizaynları ilə cüzi həyat formalarının müəyyən istiqamətlərinin xaricinə çıxsa belə, sekulyar plüralizmin bütün tələblərinə cavab verir. Çox maraqlıdır ki, post-metafizika səssiz qalma “sub-etikası” ətrafında meydana gələn suallar qarşısında acizdir. Fəlsəfə danışmaq və hərəkət etmək bacarıqlarına qabil fərdlərin etika anlayışından bütün olaraq bəhs etdiyi vaxt, məzmuna dair mütaliələrə girməkdən qaça bilməyəcəkdir.

      Bu gün belə bir vəziyyətlə üz-üzəyik. Bioelmlərdəki inkişaf və biotexnologiyalardaki tərəqqi tətbiq sahəsindəki imkanları artırmaqla yanaşı, yeni bir müdaxilə fürsətini təqdim edir. Bu günə qədər orqanik təbiət olaraq “verilmiş” olub da, olsa-olsa “yetişdirilmə potensial”ı olanlar, hədəfə yönəlik müdaxilələrin sahəsinə düşürlər. Artıq insan orqanizminin də bu müdaxilə sahəsinə daxil olduğunu düşündükdə, Helmut Plessnerin bəhs etdiyi “vücud olaraq mövcud olmaq” və “bədən sahibi olmaq” arasında fenomenoloji bölgü yeni və şiddətli bir aktuallıq qazanır. “Mövcud” olaraq gördüyümüz təbiət və öz-özümüzə verdiyimiz təbii forma arasındakı sərhəd itməkdədir. Beləliklə, vücuda gətirmə qabiliyyətinə malik fərdlər olaraq bizlər üçün, təbii olanın daha dərin qatlarına enən, tamam başqa bir daxili əlaqəqurma üsulu ortaya çıxmaqdadır. Çünki bundan sonra bu yeni seçimetmə və qərarvermə imkanının necə istifadə olunacağı, fərdlərin özünüdərketməyindən asılı olacaq. Bu ya demokratik iradə formalaşdırma səviyyəsinə çatan normativ mülahizələrin işığında avtonom, ya da bazarın tənzimlədiyi şəxsi seçimlərə əsaslandığı üçün ixtiyari olacaq. Burada müzakirə etdiyimiz məsələ, elmin alqışlanmalı olan inkişafına qarşı mədəni-tənqidi bir yanaşma deyil. Yeganə məqsədimiz elmi nailiyyətlərin tətbiqinin reallıqda yaratdığı məsuliyyətin bizə necə təsir edib-etməyəcəyini, əgər təsir edəcəksə, necə olacağını araşdırmaqdır.

      İnsan genomuna (irsi özəllikləri daşıyan biokimyəvi, yəni genetik material – tərc) müdaxilə etmə imkanının (kateqorik baxımdan bu yepyeni bir imkandır) normativ olaraq nizamlanmağa ehtiyac duyulan bir haqq olaraqmı, yoxsa hansısa bir məhdudlaşdırmağa ehtiyac olmayan və fərdin seçiminin yerinə yetirilməsi kimimi görürük? Bu əsas sual, birinci variantı seçib və ona cavab vermədiyimiz müddətdə, xəstəliklərin ortadan qaldırılmasını hədəfləyən və neqativ imicdə olmadığı üçün yanlış anlamaya yer verməyən “yevgenika” əsasında müzakirə edilə bilməz. Bu mövzu ilə bağlı suala onun sadəcə bir tərəfini ələ alaraq toxunmaq istəyirəm: Modern azadlıq anlayışının bu səbəblə qarşı-qarşıya qaldığı meydan oxuma tərəfi ilə. Belə ki, insan genomunun şifrəsinin həlli ilə mümkün olan müdaxilələr, normativ özünüdərkimiz baxımından təbii olduğunu zənn edərək indiyə qədər bəhs etmədiyimiz, amma artıq xüsusi bir yanaşma tələb etdiyini gördüyümüz “azadlıq” kəlməsinə tamamilə başqa bir bucaqdan baxmağımızı zəruri edir.

      Çağımızın Avropasında həm sekulyar düşüncə, həm də dini inanc indiyə qədər bir yeni-təbiətin genetik materialının və bununla bərabər onun gələcək həyat hekayəsinin organik başlanğıc şərtlərinin “başqa şəxs”lərin proqramlaşdırma və qəsdlə manipulyasiyalarına məruz qalmayacaqlarını güman edirdi. Şübhəsizdir ki, həyat tarixçəmiz onu “özümüzə xas edəcəyimiz” və Kyerkoqorun bəhs etdiyi mənada “məsuliyyət daşıyaraq sahib olacağımız” bir maddədən yaradılmışdır. Amma artıq günümüzdə tamam başqa mətləblər müzakirə olunur; iki fərqli xromosom dəstinin əvvəlcədən müəyyən olunmayan kombinasiyasından əmələ gələn müsbət bir döllənmə müddətinin ortada olduğundan söhbət getmir. Elə də diqqət çəkməyən bu müsbət gedişat, ona sahib olduğu andan etibarən insanın özü olma imkanının əsas şərtinin və insanlararası münasibətlərimizin əsasən bərabərlik üzərində qurulduğunu təhdid edən bir səviyyəyə çatmaqdadır. Çünki günün birində, böyüklər uşaqlarının genetik formasını şəxsi arzu və istəklərinə görə seçəcək. Və bu uşaqlar sanki, müəyyən bir dizaynda şəkilləndirilən məhsul halına gələcək və valideynlər genetik olaraq manipulyasiya olunmuş bu məhsullar üzərindəki spontan əlaqələrinin somatik təməllərinə və “başqa şəxsin” etik azadlığına müdaxilə etmiş olacaqlar. Halbuki, indiyə qədər insana deyil, yalnız əşyalara qarşı münasibətdə belə yanaşmaya yol verilirdi. Belə olan halda uşaqlar genom istehsalçılarını mühakimə edəcək və həyat hekayələrinin özləri üçün uyğun olmayan orqanik başlanğıc şərtlərinin doğurduğu nəticələrə görə onları cavabdeh biləcəklər. Bu yeni cavabdehlik növü, şəxs ilə əşya arasındakı fərqin ortadan qalxmasından doğur. Məsələn; günümüzdən bir nümunə olaraq uşağı əlil doğulan bir cüt valideyn, bu əlilliyin maddi xərclərini qarşılamaq üçün doğumöncəsi yanlış diaqnoz qoymuş məsul həkimlərə qarşı məhkəmədə iddia qaldırmışdı. Nəticə olaraq isə, həkimlərin gözlədiyinin əksinə, xəstə doğulan uşağın hüquqi cəhətdən maddi ziyan kimi qiymətləndirilməsini tələb etmişdilər.

      Bir şəxsin başqa bir şəxsin “təbii” təchizatı ilə bağlı geriyə dönüşü olmayan bir qərar verməsi ilə, eyni zamanda bundan əvvəl heç bir zaman yaşanmamış insanlararası münasibətlər meydana çıxır. Bu yeni münasibət növü modern cəmiyyətlərin hüquqi cəhətdən təşkilatlandırılmış münasibətlər sistemində fərqli qəbul olunduğu üçün əxlaq hissiyatımızı zədələməkdədir. Birinin o biri üçün geriyə dönüşü olmayan, onun organik materialına dərinləməsinə nüfuz edən bir qərar verdiyində, azad və bərabər fərdlər arasında əsasən var olan məsuliyyət simmetriyası məhdudlaşdırılmış olur. Belə ki, genomumuzun doğumöncəsi təşəkkülü ilə qarşılaşdırıldıqda yaşadığımız cəmiyyətimin içində taleyimizin fərqli bir azadlığa sahib olduğunu görürük. Bir gün gələcək, inkişaf dövründəki gənc öz həyat yolunun və öz varlığının məsuliyyətini üzərinə götürəcəkdir. O özünün yetişdirilmə mərhələsi üzərində düşünüb fərqli fikirlərə gələ bilər, özünüdərketməni təftiş edə bilər və beləcə, uşağın yetişdirilməsində

Скачать книгу