ТОП просматриваемых книг сайта:
Bibilər. Cyriel Buysse
Читать онлайн.Название Bibilər
Год выпуска 0
isbn
Автор произведения Cyriel Buysse
Издательство Alatoran yayınları
Ayrılıq zamanı yetişdi. Adrian, – ortancıl bacı – yola düşməzdən öncə əynini dəyişməsinə kömək etmək üçün Mari ilə bərabar yuxarı qalxdı. Klara və Edmi isə şam edilən zala döndülər.
Qısa hisslər tutqusundan sonra özünə gələn cənab Dufourun təkidi ilə qonaqlar öz yerlərinə qayıtdı. Cənab Dufour bir neçə çırağın yandırılması barədə göstəriş verdi. Və qarmaqarışıq masalar yenidən bayram mənzərəsi aldı. Söhbət ucadan və şən gedirdi, qədəhlər isə yenidən doldurulmuşdu. Cənab Dufour hər kəsin qəhvə və likör üçün yerində oturmasını təklif etdi. Və bu mümkün gedişat sevincə sevinc qatdı, masa arxasındakı hər kəsin siqarlarının tüstüsü havada buğumlandı.
Digər bir emosional məqam iki atın dartdığı faytonun açıq giriş qapının ağzında dayandığı an yaşandı. Faytonçu silindr şlyapa qoymuşdu, qamçısına ağ yay dolamışdı.
– Onlar yola düşür! Budur gedirlər! – kimsə qışqırdı. Ailə üzvləri və bir neçə dost yerlərindən dik atılıb pəncərə önünə tələsdilər. Çöldəki alatoranlıqda onlar yüklənən çamadanları görə bildilər. Maraqlanan tamaşaçılar evin qarşısında küçə boyu toplaşmışdılar, faytonu ilə ötüb keçən bir fermer atlarının başını çəkdi.
Mari qapıdan çıxdı və faytona doğru tələsdi. O geri çevrilib pəncərələrdəki insanlara gülərək əl etdi. Əynində tünd qəhvəyi kostyum, başında isə ona yaraşan dəbli qara qadın şlyapası vardı. O, artıq qız yox, gənc bir xanım idi. Maks və Adrian onun arxasınca gəlirdilər, Maks öz dəbli yeni qış paltosunda çox şıq görünürdü. Adrianın əynində xəz jaket vardı. Maks da faytona daxil olmazdan öncə pəncərələrə tərəf zərif və özünə güvənən əda ilə əl elədi. Faytonçu qamçısını şaqqıldatdı və fayton cırıltı ilə yola düşdü. Pəncərədən geri baxaraq son dəfə əl yellədilər. Onlar yola düşdülər. Maraqlı izdihamın gözləri yola düşən nəqliyyat vasitəsini təqib etdi.
Qonaq otağında qonaqlar yerlərinə qayıtmışdı və Adrian da yenidən Maksın əziz dostu Raymondun qarşısında yerini almışdı. Bacılarından daha çox təsirlənən Adrian köks ötürərək son göz yaşlarını da sildi.
– Partis, mademoiselle? ( Madmazel yola düşdü? Fransızca tərcümə) – nəzakətli ünsiyyət quraraq Raymond masanın bu başından xəbər aldı.
– Oui. (Bəli.) Onlar yola düşdü, – o, gözlərini aşağı dikib utancaq təbəssümlə cavab verdi.
Oğlan hər zamankı kimi xarici görünüşü ilə onu heyran edirdi. Qara saçlı, səliqəli bığlı, ifadəli gözləri ilə Raymond yaraşıqlı biri idi. Onda cavan, yaraşıqlı, xanımların sevimli kişi tipini görmək asan idi. Daha kosmopolit bir şəraitdə qüsursuz bir incəliklə o, daha yaraşıqlı, daha bəzənib-düzənmiş görünə bilərdi. Amma burada, bu kənd çevrələrində, təbiətə daha yaxın yerdə belə ifrata varmırdı. Onun sağlam, gözəl görkəmi və gündən yanmış dərisi, hərəkətlərində isə canlılıq vardı. Gülüşü təravətli və açıq olmaqla onda olan qətiyyətli və cəsarətli nəyisə təklif edir, bununla yanaşı şübhəsiz həm də səmimi və gözəl keyfiyyətləri büruzə verirdi. Ona baxmaq xoş idi. Bir qədər ehtiyatla – əsas da onun gözlərindəki güclü, bəzən də demək olar ki, dəlib-keçən baxışa görə ona doğru cəzb edildiyinizi hiss edirdiniz!
O, tək idi, ailə qurmamışdı, ev işlərini görən qoca qadınla və işçiləri ilə kənd mərkəzinə yaxın yerləşən yarı ferma, yarı mülk olan, Karvin adı ilə tanınan bir yerdə yaşayır, təsərrüfat işləri ilə zərurətdən daha çox hobbisi kimi məşğul olurdu. “Mən fermerəm, mən torpaq adamıyam!” kimsə ondan sənəti haqda soruşanda o, azacıq təsirli səs tonu ilə məhz belə deməyi sevərdi, amma dostları və tanışları bunun gerçəklikdən daha çox görüntü olduğunu, eyni zamanda onun fermasının bahalı vaxt keçirmək yeri adlandırıla biləcəyini çox yaxşı bilirdi. Çox vaxt etdiyi şey, eyni zamanda etməyi daha çox sevdiyi şey ova getmək və yaxşı atları minmək idi. Onun kimi bir adamla görüşdükdə sən onunla yalnız atlardan və ov məclislərindən danışmalı idin. Sonra sanki yəhər qoynundaymış kimi stulunda oturub yırğalanardı. Gözləri parıldayar, yanaqları allanar, əlləri isə sanki yüyən tutubmuş kimi hərəkətlər edərdi. Sonra saatlar bir-birinin ardınca keçərdi: onu dinləyən hər bir şəxslə bütün gün oturub söhbəti davam etdirə bilərdi.
Maksın simasında o, həmin ehtiraslar ilə yaşayan bir insan görmüşdü. Onlar çox zaman birlikdə at minər, ov edər, digər hallarda isə görüşüb ortaq coşğularını müzakirə edərdilər. Onları bağlayan dostluq telləri möhkəm və qarşılıqlı idi və sanki ömürlərinin sonunadək davam edəcəkmiş kimi görünürdü. Baxmayaraq ki, hüquq təhsili alan Maks Raymond qədər boş zamana sahib deyildi, amma yenə də imkan elədiyi boş saatlarını dostuna sərf edirdi.
Maksın dəli-divanə aşiq olub evlənmə istəyinə düşməsi xəbəri Raymond üçün böyük zərbə və məyusluq oldu. Onun üçün bu addım aldanma, kafirlik və demək olar ki, xəyanət təsiri bağışlayırdı. Hər şeydən ümdə isə o, dostunu əlindən alan qadından narazı idi. Qadınlar! Onların boylu-buxunlu cavan oğlanın həyatında nə işi vardı? Nəhayətində onlara ehtiyacı olan onları harada tapmaq lazım olduğunu bilirdi… Əvvəl Raymond dostunu mərhəmətsiz şəkildə qınayır, ona sataşırdı, amma məsələnin Maks üçün necə ciddi olduğunu, məzəmmətlərinin ona necə dərin kədər və acıq gətirdiyini gördükdə asan və uyğunlaşan təbiəti ilə qaçınılmaz olaraq dayanıb geri çəkildi.
– Çox gözəl, – o, Maksa dedi, – əgər məcbursansa, evlən! Sənin evliliyinin bizim dostluğumuza heç bir təsiri olmayacaq. Biz at minməyə, ov etməyə davam edə bilərik, hətta hər zaman etdiyimiz kimi arada bir qızlara da baş çəkərik…
– Yox! Onu yox, heç vaxt! At minmə, ov etmə kifayət qədər yaxşıdır, amma o biri yox! Bir daha heç vaxt! – Maks dodaqlarını sıxaraq qətiyyətlə dedi.
– Yaxşı, yaxşı görək! Qoy yenilik solsun, tezliklə hadisələrə fərqli gözlə baxacaqsan. – Raymond yavaşdan gülərək cavab verdi.
Bu durum onlar arasında az qala dava-dalaşa və ayrılığa gətirib çıxaracaqdı. Maks onun bir də bu mövzunu açmamağında israr etdi və Raymond düşündü ki, ən yaxşısı bu barədə bir daha nəsə deməməkdir. Və hazırda o, dostunun toy məslisində, Maksın şirin, həlim, incə, eyni zamanda bəzən gözəl də görünən ortancıl bacısının düz qarışısında həqiranə şəkildə oturmuşdu. Bu axşam, misal üçün, o, öz yüngül mərasim libasında olduqca çəkici görünürdü, hərçənd riyakar, vasvası