Скачать книгу

birləşir. Bu çayların adları onların daşıyıb gətirdikləri palçığın rəngləri ilə uyğunlaşdırılıb. Çayın öz axını da təbiətə görə dəyişir. Qayalar bərkdirsə, su şəffaf axır, əgər çay yatağı dərindirsə, çayın rəngi tutqunlaşır, belədə, qara və tutqun çay adlanır. Əgər qayalar yumşaqdırsa, çay özü ilə palçıq daşıyır və çay qayaların rəngini alır. Ağ Arqava çayı boyunca şimala doğru hərəkət edirik. Yaşıl rəngə bürünmüş, meşələrlə örtülü vadidən köpüklənə-köpüklənə çay üzüaşağı axır. Vadinin qərb tərəfindəki çayların əksər hissəsi gürcü kəndləri olsa da, az miqdarda Osetin kəndləri də var. Osetin kəndləri dərhal kasıb görünüşü ilə diqqət çəkir. Vadi boyunca sabit sürətlə üzüyuxarı qalxırıq. Yol getdikcə daha çox dikəlir. Hündürlüklərdə, dağ döşündə, vadinin qərb tərəfində qədim müdafiə qalaları ilə Osetin kəndləri sanki asılı qalıb. Ora qalxan yol o qədər yoxuşdur ki, samanı və taxılı ya gərək belə yükləyib, ya da kirşədə daşıyasan. Kəndlər belə əlçatmaz yerlərdə tikildiyində, əsasən, müdafiə məsələləri nəzərdə tutulurdu. Qala ilə möhkəmləndirilmiş bu yerləri yadların götürməsi elə də asan deyildi. Şərtlər çətin idi. Hər zaman döyüşlər gedirdi, hər zaman hücumlara və soyuğunçulara qarşı mübarizə gedirdi. Bu kəndlərdə həyat heç də asan deyildi.

      Xevsurların torpağına doğru, vadinin şərq tərəfində görüləsi bir kənd belə yoxdur, onlar çöl dünyadan uzaq durmağa dağ döşlərindəki kəndlərində yaşamağa üstünlük verir. Mleti kəndi (dəniz səviyyəsindən 1513 m. yüksəklikdə yerləşir) Araqvanın köpüklü sularının üzərindən keçən körpü istiqamətində yerləşir. Və məhz burada sözün əsl mənasında dağ dünyası başlayır. Bura kimi yol çay boyunca, tədricən qalxmaqda olan vadini izləyə bilirdi, amma burada buna son verilir. Və biz özümüzdən asılı olmadan sual veririk: həqiqətən də qarşımızda ucalan bu sıldırım qayalara, dağlara bu təhlükəli yolsuzluqla dırmaşmağa dəyərmi? Dolanbac yollar gözdən itənə kimi dağlara sarılır.

      Dolanbac dalınca dolanbac qalxaraq ancaq yuxarı qalxırdıq. Hər dönüşdən sonra vadi daha da dərinliklərə yuvarlanırdı. Bəzi yerlərdə döngələr elə qəfil olurdu ki, biz dönə bilmək üçün maşını uçurumun lap kənarına gətirib sonra döndərməli olurduq.

      Yuxarı qalxdıqca qarşımızda aşağıdakı vadinin daha geniş və aydın mənzərəsi canlanırdı. Uçurumdan dərinliklər-də hazırda Araqva çayı bizə ağ köpük lenti kimi görünürdü. Aşağımızda, digər tərəfdə isə kəndlər bir-bir qaranquş yuvası kimi dağlara sığınmışdı. Kəndlərin arxasında isə göz işlədikcə uzanıb gedən qarlı dağlar vardı. Bir zirvənin ardınca digəri ucalırdı – Qırmızı dağ, onun ardınca isə Yeddi qardaş dağı. Hər ikisi qırmızımtıl vulkanik qayalardan düzəlib. Hər tərəfdə qar və buzlaqlar gözə dəyirdi, onların arasında isə perpendikulyar ölçüdə yarğanlar və vadilər, ən dibdə isə ağ köpüklənən çay vardı. Nəhayət, biz uçurumun kənarına yetişə bildik. Və indi sol tərəfimizdə Qud-xevini, Şeytan dərəsini görə bilirdik. Dağlardan gələn Araqva dərənin içi ilə burula-burula axırdı. Başgicəlləndirici dar uçurum, dərin, lovğa dağların, demək olar, perpendikulyar divarları… Sanki bir qüdrətli nəhəng gəlib bura və qəzəb içində hər şeyi daşa çevirib. Tezliklə biz dəniz səviyyəsindən 1600-2000 metr yüksəklikdə olan Qudara yetişdik. Bura bütün yolun ən yüksək dayanacaq stansiyası idi. Orda-burda meteoroloji stansiyalar da gözə dəyirdi. Yol Araqva dərəsinin şərq istiqamətindən baş gicəlləndirici sıldırımlara doğru qalxırdı. Getdikcə ətraf daha da yabanılaşırdı. Bir çox yerdə yol qar uçqunu ilə, yuxarıdan sürüşüb gəlmiş daş qalaqları ilə örtülmüşdü. Tez-tez dağ döşündəki kasad otlaqlarda mal-qara otaran uşaqların yanından ötüb keçirdik. Onlar uçurumun lap kənarında, maşınımızın önündə rəqs edirdi. Bizi salamlayaraq, “xoş gəlmisiniz” mənasında güllər atırdılar maşınımızın önünə. Bu diyarın adəti belə idi, amma onlar dilənmirdi. Sonra biz Krestovu keçidinin ən hündür nöqtəsinə yetişdik – bura təxminən dəniz səviyyəsindən 2380 metr hündürdə yerləşirdi. Daş sütunla qeyd edilib və qarşıda, yolun sağ tərəfində qədim bir xaç qoyulub – çox güman elə bu zirvə də onun adı ilə adlanmışdı. Deyilənə görə, çar Tamara tərəfindən qurulmuşdu. Burada, uca dağlarda onun adı hələ də yaşayır. Bir çox yerlərdə qədim, daş kilsələr, yaxud onların qalıqları var. Əfsanəyə görə, onları da o tikib. Deyilənə görə, özü ordusu ilə bu dağlıq ərazilərə soxulub, dağ xalqlarının müqavimətini qırıb və onları xristianlığa gətirib. Bu hadisə Svanetiyada insanların dilində nəğməyə dönüb:

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAkEBdwDAREAAhEBAxEB/8QAHgABAAAHAQEBAAAAAAAAAAAAAAECAwQFBgcICQr/xAAdAQEAAwADAQEBAAAAAAAAAAAAAQIDBAUGBwgJ/9oADAMBAAIQAxAAAAHwD5j0XmXv+CAAIQl4tpM4hCS8RglNDc8NtM5WKJliNsw5GDy0p7YRppSmtOZgTlasz1metoWQK+V5qSK10C5ibchMZyyaEhAoFuXNl5DZbXuk1i8LaViWxEmKxaXXFGai17M2qtWGwRps8a7ZnrsmWnX+Ny9oidkrXoOkbGVjYVNiVrKVSMsXVqtFlNucXtgpYSXI9HN7Y8434vMWFrMSwmlnCRO1LbLW+yTaBncdOkZ8iaI37OM4XaJgYhOQRhEW6+FMUrmF5iUxlqY+1dhi2wRbIzMkJazqWzSrrC1KSNyptdJECmznaapemp2ieyrC4pXMxfecI2+ilMdVtnlLNq0Xcxt+lMzadUqzlq5VWZF6wkicPFqFpyauSUqpz1yVaaXm+WOoydqbFfPYb44yu2evx7m2esratE8+pfW62xFb1yBULRbEL7TbPYE+aa2xsWxCOp0tkk8hVrxX5ZcXfzJ33ASAEIQ4d6Vc7vjbQtFlyc5pCepMyTA7/wAbbd8OR5ZvVeqIhW1vpSrWakXAAmrNbG4udJvk5fUrGKytkJjdLsai3MgVpRicnC9leTbCFtKcuCyIgFkUzZovNM14m+TsVb5ut+s8XlbJS+XrfIxpu9Kb1aNgmN8mNlRkJieIyt6YREqbWrC0azE8yvfGGkXcUvTnWnH5JrxdYnOeJSiQMqnYE3EMzF880RHfePzZ5z6hg3NpSmtkzyLXUFceiKCdTlcxbIJsigrYzFynKrZ4o2VqXt06HpeExjL531Zzi9NFK0QBMjSr01GYyi2ahsudtzi8tM+l5TsVq7Natzeuf2yzFohN82YIxktqmbtSSWXjjXVdcXZjFbgupru0ZxuShSNdZWcx0LWdn0ymvlr9or2peTF/NOTZoxaNbaOvRiYAqmwXvJDg9NLSY2ittgqinglopI+YXV7eYPRdbPeYyEIQ4l6FaXnG1iWfJyWAQhseemJtWztX2VxOXlMtfGF847ZMtUgAAEK+N6szf6TkJZWZzaKJeROZiKKcNMV5i4ibuJuU3J1nLkotzHbi29kkTZTFMvxCjKim8LiL52mu2tb2G0567nlrtNNLOsbFW+40isr2PSNzV2cqk6L20ZO1akNYhbllVpebmummDOW6uPWy4zyOFyieNq96wWsZZuJy6mbXzVLRMwvv0bZbO3Qc9pb8fr/H06NXfJNKMVw6lpMYlOOVImTRpfX7xiZrfxN3FqMqEstdKmmtYrY2bWtqXlbZGJvEiztSvFstE4a+et2pSNlrffMSZwdnRs6Z+G1Xps++VzatzZXmJa6ExLGbVpZO9Nhrna2iuXtJr1lK0mucnPJaYExrFYwrPcr6QMryOLJalvNcdMZu+doz0ik3FbWcxiFsFW+Pi0TZb3o1cirrTExlaW1aKaUjF2n5kdVr5i9L1kIvPeYQcW1vnW8w1UtGYsuXhFKQzuV+/V5XHZw0bXH6pcXfzDnt5atEZAACBd0tWpNazL6TuK+FmM9FtxrGKRkYtWMJalhWaF4y1bbZW2Wi9eJ2qumYX4FtxsxE9By5N2nmF+Psq88sSrRtFes7LXXYK3zldKKc7W+Vid0z0vasxS17C/ive747BNoFybDLdNcqMLWJyiMDE4WqzhpObmV76LeePaOCcjr+R34/ObZ42K28Vv76TRGUmt/eM9TTbKaZuZ2Km23VmrM5Crsudejcbk7PO1dbAsrBSUoxewLSYuaTrN4sJXMTSmaaLiWdnWwmmLaW69mRJ0Xqa5hL1GQi2arW+Ti7V2ylqcN/pnZm0q5K0XBtXJzy9865sVtbZWxiZIVChe9BMVb62N9EUZiqrcRa+rFVe7imb04qJGYtFsXCKk2ntnW1yylqXU0pa4yTSzidGrFvC5iaExqFNcPF8lM3Od8TW2EvpryOR1peqxB8sODr5i9F10KpK3myvRxrd4aK6RIRENKWm+UJVaT0DPkdcvtziuWpTT2R

Скачать книгу