ТОП просматриваемых книг сайта:
Bakı - 1501. Азиза Джафарзаде
Читать онлайн.Название Bakı - 1501
Год выпуска 0
isbn 9789952244984
Автор произведения Азиза Джафарзаде
Серия Azərbaycan ədəbiyyatı
Издательство Altun Kitab
– Əşi, siz necə müsəlmansınız?! Vallah, ayırd eləyə bilmirəm. Gavur sizdən yaxşıdır…
Vaxtilə islamı təbliğ edən qoca bu tayfanın «Odlu» adını dəyişib «Məhəmmədli» qoymuşdu. Amma şəhərlilərin dilində kənd «Gavurlar» olub qalmışdı.
Hekayәtimizin baş verdiyi illәrdә qәbilә yarımköçәri hәyat keçirirdi. Əslindә, köçәrilikdәn yalnız iz qalmışdı. Belә ki, qәbilәlilәr hәm heyvandarlıq, hәm də әkinçiliklә mәşğul olurdular. Kişilәr Günәşli çayının hәr iki sahilindәki torpaqları әkir, elə Günәşlinin suyu ilә də suvarırdılar. Bu il sağ sahildә taxıl әkәndә gәlәn il hәmin yerdә bostan becәrirdilәr. Çox da uca olmayan vadini әhatә edәn dağların hamar döşlәrini dә becәrirdilәr. «Dәmyә yeri» adlandırdıqları bu yerlәrin çoxunu meşәlәri qıraraq əldə etmişdilәr. Qalan dikdirlәrdә mal vә qoyunlarını otarırdılar. Yazın axırına yaxın arvad-uşaq bir neçә çobanın müşayiәti ilә dağa köçürdü. Kişilәr vә qarılar aranda qalır, taxılı, bostan mәhsulunu yığıb yerbәyer elәyirdilәr. Biçib-sovurmağa, adәtәn, yayın lap axırında, payızın əvvәllәrindә başlayırdılar. Çünki yalnız bu zaman məhsulu sovurmaq üçün münasib külәk olurdu. Elə bu zaman da kәndә yadların ayağı açılırdı. Öncə vergiyığan gәlirdi. Onun dalınca da xırmanın qırağını dәrvişlәr, gәzәri seyidlәr, mollalar, әfәndilәr, daha kimlәr, kimlər kәsdirir, çuvalının ağzını açıb biri şahın, biri әmirin, bir çoxu da cәddinin payını istəyirdi. Öz qәdim dәdә-baba dinindәn ayrılan, lakin həlә dә yeni dini dәrk etmәyən tayfa əhli seyidlərdən, mollalardan xüsusilə qorxur, onlar nə istәsә verirdilər.
Qalan buğdadan bir qәdәrini payızın әvvәli üçün kәndin qənşərindәki su dәyirmanında un çәkdirәr, qış azuqәsini də evlәrin böyründә, damların dibindә qazılmış quyularda basdırardılar.
Qәbilәlilәr bazar-dükan tanımaz, şәhәrin yolunu bilmәzdilәr. Kәndә arabir «məmələsatan» adlandırdıqları səyyar satıcılar gələr, özlәri ilә buraya meyvә, hәmin kәnddә olmayan başqa matah gәtirər, buğda-arpa ilә dəyişərdilər. Hərdən də qəbiləyə çәrçilərin, xırdavatçıların yolu düşәrdi. Qız-gәlinlәr dərhal onları dövrələyib güzgüdәn, daraqdan, әlvan sap, qaytan, hәrәmi, bafta, saçaq, müxtәlif parça vә s. alardılar. Əksәr geyim evlərdә, yer hanalarında toxunan parçalardan olardı. Xüsusilә kişilәrin geyimi yer hanasında toxunan şal, çuxalıq, patavalıq idi. Ayaqları çarıqdan başqa ayaqqabı tanımazdı.
Qәbilәdəkilər dünyada baş verәn hadisəlәrdən yalnız səyyar satıcılar sayəsində xəbər tutardılar. Bir ay, bəlkә dә, beş ay sonra bilәrdilәr ki, dünyada qan su yerinә gedirmiş. Çünki üç ay qışı, üç ay da yazı bu yerlərə çərçi ayağı dəyməzdi. İlin, demәk olar ki, altı-yeddi ayını qәbiləlilər özlərindən başqa heç kimin üzünü görmәzdilәr.
Qəbilənin çobanı, naxırçısı, biçinçisi olmazdı. Bütün bunlar ev başına növbə ilә görülür, «nobat» kimә düşsә, hәmin ailәnin bir üzvü naxıra gedәrdi. Başıpapaqlısı olmayan evlәrdә arvad naxıra getmәz, onu qonşu başıpapaqlı әvәz edәrdi.
Günlərin bir günü qəbilədə söz gəzdi ki, Ərdəbil şəhərində bir padşah peyda olub, özü ilə də təzə din gətirib. «Müsəlman olmağına müsəlmandır, amma bizim kimi müsəlmanları qırır. Deyir, Şirvanşahın dədə-babası ilə onun dədə-babası qanlıdırlar. Gəlir intiqamını almağa».
Xəbəri gətirən çərçiyə qulaq verən qəbilə ağbirçəklərindən Çiçək arvad əlindəki sərnicini yerə qoyub soruşdu:
– Bəs necə müsəlmandırlar ki, müsəlmanı qırırlar?
– Başqa cür müsəlmandırlar. Padşahları batman Qurana, on iki imama and içdirir, sonra iman gətirdir, – deyə çərçi cavab verdi.
– Batman Quranı görmüşәm. On iki imam kimdir?
– Mәn dә sәnin kimi, nә bilim.
– Yaxşı, bәs bizim kimlәrnәn nә işi var? Hәrә öz dinində, öz yolunda qalsın, dayna.
– Yox! Bizi dә o dinә çәkmək istәyir. Dönmәyәni dә, deyir, qılıncdan keçirir.
Çiçək qarı ilə yanındakı Gümüşbikә hәr ikisi birdәn sәslәndi:
– Allah, sәn saxla!
– Düzdür, deyəsən, elә «Allah, sәn saxla»dan başqa çarәmiz yoxdur, – kənd ağsaqqallarından Məhəmməd-Bulud dilləndi, sonra da üzünü çərçiyə tutub soruşdu: – Yaxşı, sənin bu xәbərlәrinin kökü düzdür, görәsәn, ya elə ağzını avara qoyanların uydurmasıdır?
– Nә danışırsan, qardaş? Elə bu xәbәrlәri düz-tamam bilməsәydim, ilin bu çağında bura gәlib at bağrı çatladardım? Dedim, mәn sizə xәbәr elәyim, sәrvaxt olasınız, hәm dә buralarda bir az alacağım var, onu yığım…
– Çox yaxşı elәmisən, xәbәr elәmisәn. Amma alacağın barәdә zәhmәt çәkmisәn. İndi camaatda borc qaytarmağa güc hanı? Yaman quraqlıqdır, məhsul-zad yoxdur.
– Orası elədir, amma Tanrı haqqı biz dә siz gündәyik. Evlәrdәn qulağa kәfkir səsi gәlmir. Quraqlıq biz tәrәflәrin da amanını kәsib. Dedim, bəlkә, azdan-çoxdan bir şey әlimə düşdü.
– Heyvan, bәlkə də, oldu, amma dәn söz verә bilmәrəm…
– Bu qırğının, davanın içindә mәn heyvanı neynirәm, qardaş?
– Nә deyim, özün bil, onu alacaqlı olduqlarına deyәrsәn. Hәlә keç çörәkdәn-zaddan bir şey ye! Ağa durub, ağacan durub.
Məhəmməd-Bulud çərçini evinə dəvət elədi, Çiçәk qarı isə sərnicini götürüb bayaq eşitdiklərindən təlaşlanmış halda öz-özünə danışa-danışa yola düzəldi.
«A gözәgörünmәz Tanrı, elә bircә bu qalmışdı fağır-füqəranın başına gəlmәmiş? Bu nə işdir düşdük, Tanrı? Bu dava salanı milçәk olsun divara yapışsın, it olsun öz qapısında hürsün. Biznәn nə işi?»
Çərçi çörәyini yeyib-qurtarmamış dava xәbәri ayaq alıb kәndi gәzdi.
Bütün dünyası bircә öz qәbilәsindәn – kəndindәn ibarət olan Çiçәk qarı müharibә haqqında yalnız nağıllarda eşitmişdi. Cavanlığında bir neçə dәfә əqrəba davası görmüşdü. Məsələn, bir dəfə kәnddә iki cavan oğlan bir gözәl qızı sevib istәmiş, qız bunlardan birinә meyil etdiyi üçün cavanların arasına küdurət düşmüş, qohum-әqrәbaları ikiyә bölünmüş vә sapand davası başlamışdı. Hәr iki tәrәf sapandlara qoyduqları daşları bir-birinә tullamış vә xeyli yaralanan olmuşdu. Axırda kənd ağsaqqalları araya düşüb mәrәkәni yatırtmışdılar. Bir dәfә dә hansısa köçәri tayfa onların yerlәrinә gәlib çıxmış, otlaqları otartmış vә qәbilә əhli bütünlükdә köçәrilәri qovub öz yerlәrindәn çıxarmışdı. Onda da kişilәr çuxalarını qollarına dolayıb çomaqlarını işә salmışdılar. Yenә xeyli yaralanan, başı-gözü әzilәn olmuşdu. Amma ölәn olmamışdı. Çiçәk qarı ölümü yalnız xәstәlikdәn vә qocalıqdan bilirdi. Ağlına da gәlmirdi ki, nağıllardakı kimi azğın bir hökmdar