Аннотация

Аннотация

Повесть «Отрочество» – вторая часть знаменитой трилогии Льва Николаевича Толстого «Детство. Отрочество. Юность». У Николая Иртеньева в Москве появляется новый наставник. Жизнь вокруг кипит, но Николай чувствует себя все более одиноким и мечтает скорее преодолеть «пустыню отрочества»… «Случалось ли вам, читатель, в известную пору жизни, вдруг замечать, что ваш взгляд на вещи совершенно изменяется, как будто все предметы, которые вы видели до тех пор, вдруг повернулись к вам другой, неизвестной еще стороной? Такого рода моральная перемена произошла во мне в первый раз во время нашего путешествия, с которого я и считаю начало моего отрочества».

Аннотация

В книгу вошли трогательные истории классиков отечественной литературы Л.Н. Толстого, К.Д. Ушинского и Б.С. Житкова. Ребята совершат путешествия через море, узнают секреты старухи-зимы и познакомятся с милой и забавной обезьянкой. Рассказы любимых детских писателей научат малышей доброте, дружбе и состраданию. А крупные буквы и ударения позволят ребятам прочитать все истории самостоятельно. Для дошкольного возраста.

Аннотация

"Necə oldu ki, L. Tolstoy “Hərb və sülh”, “Anna Karenina” kimi böyük əsərlərdən sonra mənəvi-fəlsəfi səpkidə hekayələr yazmağa başladı? Bu, dahi yazıçının katarsisi idimi? Xeyr, Tolstoy öz katarsisini 50 yaşında yaşamışdı. İnsan tövbə eləyəndən sonra bir sıra suallar onu çənginə alır: “həyatımın mənası nədir?”, “mən nə üçün varam?”. Yazıçı “Etiraf” adlı avtobioqrafik əsərində bu suallarla “əlləşir”. Digər tərəfdən, Tolstoy öz qınına çəkilmir, xoşbəxt cəmiyyətin, insanlar arasında səmimi, TƏMƏNNASIZ münasibətin əsasını təşkil edən ünsürü tapmağa çalışır: “İndi başa düşürəm ki, Tanrı insanların ayrı-ayrılıqda yaşamağını istəmir. Ona görə də onlara ayrıca nəyin vacib olduğunun sirrini açmır və istəyir ki, insanlar birgə yaşasınlar. İnsanlar ancaq sağ qalmaqdan ötrü əbəs yerə gündəlik qayğılarla məşğul olmağın vacibliyini düşünürlər. Əslində isə, sırf sevgiyə görə sağdırlar. Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı – elə sevgi deməkdir”."

Аннотация

"Ağa Vasili Andreyiç üçün yaşamağın (жить) mənası qazanmaq, yığmaq, toplamaqdır (нажить). Onu yalnız əldə edəcəkləri maraqlandırır, ona görə də dayanmadan çalışıb-çabalayır, borana, çovğuna fikir vermədən “qaraltı”ya çatmaq üçün vurnuxur, daim irəli can atır. Nökər Nikita isə mehriban, heyvansevər, sakit və aramdır, ağasının göstərişlərinə sözsüz-sovsuz itaət edir, əməli şəkildə “indi və burada” fəlsəfəsinə riayət edir. Bir gün ağa yeni mülk almaq məqsədilə yola çıxır və nökəri ilə birlikdə hekayədə həyatı simvolizə edən boranın içinə düşür. Və bu boranda ağanın özünükəşf səyahəti başlayır. “Ağa və nökər” transformasiya, özünüislah hekayəsidir, sevgi haqqında təsirli pritçadır. Moralist Tolstoyun içindəki əxlaqi dilemmanın metaforik, bədiiləşmiş formaları olan bu iki xarakterik qəhrəmanı qarşı-qarşıya gətirməklə böyük yazıçı mühüm bir suala cavab axtarır: insanı xoşbəxt edən nədir?"

Аннотация

"“Taledən şikayətlənmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarıb tapmaq acınacaqlıdır: bu bizim milli psixologiyamıza xas bir xüsusiyyətdir…” Hovanes Kacaznuni Ermənistanın ilk baş naziri H. Kacaznuninin adı çağdaş Ermənistanda, demək olar ki, unudulub, ya da qəsdən unudulmağa məhkum edilib. Onun məruzəsindən ibarət olan bu kitab isə nəinki Ermənistanda yox edilərək müasir nəsillərdən gizlədilib, eləcə də dünyanın önəmli kitabxanalarından yığışdırılıb. Belə bir kiçik kitabın ermənilərdə bu qədər hiddət doğurmasının səbəbi Kacaznuninin başqa erməni müəlliflərdə nadir görünən özünütənqid, hadisələri nisbətən obyektiv şəkildə təsvir və dərk etmək istəyi, bir də gəldiyi nəticələrdir. Kitabda ən yeni tarixi dövrdə ermənilərin ambisiyaları, bunları gerçəkləşdirmək üçün əl atdıqları metodların yararsızlığı, qonşu xalqlarla düzgün münasibət qura bilməmələri, ən əsası da, dövlət qurmaq və onu idarə etmək qabiliyyətlərinin olmaması açıq şəkildə dilə gətirilərək qismən tənqid edilir. Bu məruzəni eyni zamanda ibrətamiz etiraflar kitabı kimi də saymaq olar."

Аннотация

"“Saxta kupon” kiçik bir günahın kəpənək effekti ilə necə böyük fəlakətlərə, hətta ölümə gətirib çıxardığını göstərən didaktik bir hekayədir. Dahi yazıçı “aləmdə hər şey bir-birinə təsir göstərir” ideyasını bu qısa, amma olduqca məzmunlu, dolğun hekayəsində qurduğu mükəmməl kompozisiya vasitəsilə bədii cəhətdən nümayiş etdirir. Bizim bu gün gördüyümüz pis və ya yaxşı bir əməl özümüzdən savayı, həm də ətrafımızdakı insanların – hətta onları tanımasaq belə – həyatına birbaşa təsir edir, onların gələcəyini müəyyənləşdirir. Yazıçı bu rakursdan yanaşaraq ictimai məsuliyyət hissinin əhəmiyyətini bir daha xatırladır. Hekayədə həmçinin XIX əsrin sonlarında Rusiyada ruhanilərin mənəvi cəhətdən aşınmaları, dini təşkilatların riyakarlığı xüsusi olaraq vurğulanır. Ömrünün sonlarında daha çox “insan necə kamilləşə bilər?”, “pak və əqidəli bir insan necə olmalıdır?” kimi mövzular ətrafında düşünən böyük yazıçının bu hekayəsi həmin əzəli suallara verilən cavablardan biridir. "

Аннотация

"“İvan İliçin ölümü”nü yazanda Tolstoyun 58 yaşı var idi. Ölüm qorxusu yazıçını ən çox narahat edən mövzulardan biri idi. O bu əsərlə ölüm qorxusunu fəlsəfi-psixoloji cəhətdən təhlil edərək, onun səbəblərini tapmağa çalışdı və nəhayət, bu uzun hekayə ilə ölümü “öldürdü”. İvan İliç bacarıqlı, mehriban, hamıyla qaynayıb-qarışan bir insan idi. Özünü bütünlüklə işinə – prokurorluğa həsr etmişdi və bundan məmnun idi. Ancaq bir gün böyründə başlayan ağrı onu çənginə aldı; sakit, adi həyatını cəhənnəm əzabına çevirdi. İvanın canını ölüm xofu bürüdü: “Mən olmasam, guya nəsə baş verəcək? Heç nə olmayacaq. Bəs gedəndən sonra məkanım hara olacaq? Doğrudanmı, bu, ölümdür? Yox, istəmirəm…” İvan fiziki əzabla yanaşı, mənəvi əzab da çəkirdi. Ölümünə yaxın onda belə bir fikir formalaşdı: sən demə, bütün ömrünü, şüurlu həyatını yanlış yaşayıbmış, ruhi iztirabının səbəbi də bu imiş. Nəhayət, İvan İliç dincliyini əlindən alan həyati suallara cavab tapır."

Аннотация

В книге собраны лучшие классические сказки русских писателей, рекомендованные для прочтения в 3—4 классах. Здесь вы найдете произведения Николая Карамзина, Василия Жуковского, Антония Погорельского, Ореста Сомова, Владимира Одоевского, Льва Толстого, Дмитрия Мамина-Сибиряка, Владимира Короленко, Всеволода Гаршина, Лидии Чарской, Алексея Ремизова и Алексея Толстого.

Аннотация