Аннотация

"Kitabi Dədə Qorqud" («Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan» (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər). Ənənəyə görə, «Kitabi Dədə Qorqud» da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.

Аннотация

Azərbaycan nağılları – Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: Heyvanlar haqqında olan nağıllar: M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar. ’’Göyçək Fatma’’, ’’Fatmanın inəyi’’, ’’Ovçu Pirim’’ və qeyri. «„Göyçək Fatma“» , «„Fatmanın inəyi“» Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. ’’Şəngilim, Şüngülüm, Məngülüm’’ və s. Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır. Məs. ’’Sehirli üzük’’, ’’Şəms və Qəmər’’, ’’Məlikməmməd’’ və s. Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır. Məs. ’’İsgəndər və fağır’’ ’’Saleh və Valeh’’, ’’Üç bacı’’ və s. Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar. Məs. ’’Hacının köpəyi’’, ’’Yeddi qardaş bir bacı’’, ’’Dərzi şagirdi Əhməd’’ və s. lk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür. Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür. Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur.

Аннотация

Azərbaycanda milli-azadlıq hərakatının özünəməxsus mərhələsi olan qaçaqçılıq hərakatının tanınmış nümayəndələrindən biri də Qaçaq Nəbidir. Xalq onun qoçaqlığını böyük məhəbbətlə vəsf etmiş, şəninə qəhrəmanlıq nəğmələri qoşmuş, haqqında dolğun məzmunlu rəvayətlər yaratmışdır. Bu kitaba Qaçaq Nəbi haqqında xalqın qoşduğu bədii dastan parçaları daxil edilmişdir.

Аннотация

Uyğur elindən Serbiyayadək böyük bir ərzidə geniş şöhrət tapmış, duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşardır. Molla Nəsrəddin lətifələri dövrün haqsızlığına, yalançı din xadimlərinin, dövlət adamlarının, hakimlərin rüşvətxorluğuna, ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayəylə, rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur…

Аннотация

Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər. Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.

Аннотация

Под одной обложкой этого богато иллюстрированного издания мы собрали самые яркие легенды о суровых скандинавских богах и благородных рыцарях-героях времён короля Артура. Они объединены духом приключений и сражений, отваги и мудрости. Легендарные скандинавские мифы познакомят читателей с волшебными мирами, населёнными гномами, драконами, великанами, и, конечно же, расскажут про величественных богов-асов: главного отца богов Одина, силача Тора, хитроумного Локи, совершенного и светлого Бальдура и многих других. А из героических и драматичных легенд средневековой Европы можно узнать о подвигах благородного и бесстрашного Парсифаля и его сына Лоэнгрина, несчастной судьбе красавицы Лорелеи. Все легенды представлены в лучших адаптированных для школьников пересказах от мастеров литературного слова Софьи Прокофьевой, Веры Марковой и Ирины Токмаковой и дополнены великолепными детализированными иллюстрациями Дениса Гордеева. Для среднего школьного возраста

Аннотация

Жили-были петушок и курочка. Петушок всё время торопился-торопился, не слушал наставлений курочки и попал в беду. Пришлось курочке его спасать. А если бы петушок всё делал не торопясь, то и спасать бы не пришлось. Прочитайте вместе с маленькими непоседами эту поучительную сказку, рассмотрите большие картинки и выполните задание от петушка и курочки.

Аннотация

Замечательные сказки, наполненные духом Японии, спешат влюбить в себя читателя! Захватывающие истории, наполненные магией и чудесами, погружают в мир фантастических существ и сказаний. Старинные предания собраны с островов Хонсю, Сикоку, Окинава, Танэгасима, Садо и Хатидзёдзима. Чарующие иллюстрации Геннадия Калиновского выполнены в традициях японского искусства. Поэтичный перевод Веры Марковой поможет погрузиться в атмосферу Страны восходящего солнца.

Аннотация

Bu kitabda Şəki şəhəri üçün xarakterik olan, mayası səmimi yumorla yoğrulmuş folklor örnəkləri toplanmışıdr. Burada dadlı-duzlu lətifələrlə, məzəli deyimlərlə, ayama-ləqəblərlə, hərəsi xırdaca bir tarix olan məhəllə və bulaq adlarıyla tanış olacaqsınız. Həm də görəcəksiniz ki, şəkililər istədiklərini necə alqışlayır, istəmədiklərini necə qarğayırlar.

Аннотация

Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər. Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır. Bu kitabda «„Şəhri və Mehri“», «„Mahmud və Ağcaquş“», «„Yaxşı və Aşıq“», «„Hüseyn və Reyhan dastanı“», «„Yəhya bəy və Dostu xanım“», «„Əsli Kərəm“», «„Qurbani“», ""Valeh Zərnigar "" dastanları yer almışdır.