Аннотация

Зима. Холод, снег, вьюга… И как здорово в такое время читать сказки о зиме – добрые и мудрые, справедливые и поучительные, знакомые и не очень. В сборник вошли сказки разных народов: норвежцев, латышей, эстонцев, литовцев, словаков, коряков, якутов, бурятов, японцев. Вы найдёте здесь сказки про зиму и лето, про мороз и ветер, про сыновей Деда Мороза, про приключения Марушки в зимнем лесу, про путешествие храброго мальчика в зимние владения Северного ветра. Добрых вам зимних вечеров вместе с героями сказок!

Аннотация

Salam, əziz dostum! Mən bu nağılları sevərək oxudum. Əminəm, sən də çox bəyənəcəksən. Qurbağalar yanlış yönə baxsa da, bunu heç vaxt bilmədiklərini öyrənəndə güləcək, dənizin nə üçün duzlu olduğunu biləndə heyrətlənəcək, Saburonun bacarığına heyran qalıb, O-Tiyonun halına acıyacaqsan. Nağılların sonunda verilmiş testləri həll etmək, nağıl ağacındakı sualları cavablandırmaq mövzunu daha aydın mənimsəməyə kömək edəcək.

Аннотация

Min bir gecə – Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800-900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadinlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizadə hər nağılı belecə tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını xilas edir. Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.

Аннотация

Poeziya antologiyasına çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, dəst-xətti ilə seçilən orta və yaşlı nümayəndələrinin müxtəlif illərdə qələmə aldıqları sevgi şeirləri toplanıb.

Аннотация

Fars ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə” özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, “Qabusnamə” başdan-ayağa həyati məsələləri öyrət-mək, yaşamaq qayda-qanunlarını təbliğ etmək arzusundan ibarətdir.

Аннотация

Atalar sözləri insanların həyat tərzini və düşdüyü vəziyyətləri ifadə etmək baxımından ümumbəşəri, ayrı-ayrı xalqların həyat və məişətini əks etdirmək baxımından isə məxsusidir. Müxtəlif xalqların fərqli həyat şəraiti fərqli ifadə formalarına gətirir. Bəzi xalqların düşdüyü situasiyalar Azərbaycan oxucusuna tanış olmaya bilər. Hörmətli oxucu, diqqətinizə təqdim edilən kitab məhz bu baxımdan orijinal və maraqlı olacaqdır.

Аннотация

Bu kitabda toplanmış rəvayətlər Çin xalqı tərəfindən yaradılmışdır. Bu dərin mənalı və hikmətli parçaların bir qismi təəccüb ediləcək dərəcədə qədim – iki min illik ömrə malikdir. Bu rəvayətlər yarandığı vaxtdan geniş xalq kütləsinin dərin məhəbbətini qazandığı üçün dillər əzbəri olmuş, nəsildən-nəslə keçərək uzun əsrlər boyu yaşamışdır. Bunlar Çin kəndlisinin ən səmimi söhbətlərinə zinət verən, Çin uşaqlarının dərsliklərində özünə görkəmli yer tutan, gənc döyüşçülərə və qoca fəhlələrə ilham verən bədii əsərlərdir. Bu rəvayətlər (təmsillər) insanları mərdliyə, namuslu olmağa və əməyi sevməyə çağırır. Burada özünü öymək, tənbəllik, yalançılıq, xəsislik və başqa mənfi sifətlər kəskin tənqid olunur.

Аннотация

Hər kəsin hikmət dəryasına, müdriklərin kəlamlarına ehtiyacı vardır. Biz də öz süzgəcimizdən keçirib bəyəndiklərimizi bu kitabımızda toplamağa çalışdıq. Gözyorucu mövzulardan qaçanda, burada dahilərin hikmətli kəlamlarını oxuyub az da olsa təskinlik tapmaq ümidi ilə… Xoş mütaliələr!..

Аннотация

Osmanlı imperiyası Dəniz Donanmasının əfsanəvi Baş komandanı, Avropada Barbaros (Kürənsaqqal) adı ilə məşhur olan Xeyrəddin (Xızır) Paşanın (1478-1546) öz dilindən yazılmış və 1965-ci ilə qədər türk dilində nəşr edilməmiş xatirələri sizi türk hərb tarixinin zəngin səhifələrinə götürəcək, bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış edəcəkdir.

Аннотация

Azərbaycanın xalq qəhramanı Qaçaq Nəbi daim haqqı-ədaləti qorumuş, haqlının yanında olmuş, ona görə də xalqımızın xatirəsində daim yaşamaqdadır. Sevilə-sevilə oxunan dastanın növbəti nəşrini oxuculara təqdim etməyə məmnunuq.