Скачать книгу

gözünü uşaqlarının üstündən qətiyyən ayırmazdı. İstəməzdi ki, balalarının əyin-başında bir balaca ləkə olsun, ya da ayaqqabılarında bir palçıq izi qalsın. Uşaqları da ona gəzib gördüklərindən, eşitdikləri musiqi-lərdən və dərslərindən danışardılar. Onlar danışdıqca ananın gözləri-nə işıq gələrdi. Ana onları sevinclə dinləyərdi. Çayırlıqlarda otlayan inəklərdən, bir gün qarşılarına birdən gözləmədikləri halda çıxan dovşandan danışanda ana özünü o qədər bəxtiyar sanırdı ki… Uşaq-ları ona bir hədiyyə gətirdikləri zaman dünyalar qədər sevinirdi. Ən çox da əkiz balalarının çöllərdən topladıqları çiçəkləri xoşlayardı. Gə-tirən kimi həmin çiçəkləri güldana qoyar, sonra da düz bir həftə onlara həvəs və qürurla tamaşa eləyərdi. Baxırdın ki, uşaqlar bəzən də içiboş balıqqulağı, ya da bir quş yuvası gətirdilər. Ananın sevinc-dən az qalırdı ürəyi yerindən oynasın…

      Günlərin bir günü ata əziz balalarına dedi ki, gələn bazar günü yaxınlıqdakı qəsəbəyə gedəcəkdir. Çünki orda bəzi işləri var.

      Atalarından bu sözləri eşidən uşaqlar sevinclə əllərini bir-birinə vuraraq:

      – Yaxşı oldu, səhər tezdən qatarla yola çıxarıq, axşam da qayı-darıq, – dedilər.

      Bu, qeyri-adi bir şey idi… bütün günü meşəlikdə, çayın kənarında əylənəcək, şənlənəcəkdilər. Tez nə almalı olacaqlarını fikirləşirdilər… Çiyinə atılan bir çanta, bardaq, futbol topu, tor yelləncək… daha nə qədər şey alacaqdılar… Uşaqlar öz aləmlərindəydilər, şirin-şirin da-nışırdılar.

      Ana bir tərəfə çəkilib yazıq-yazıq oturmuşdu. Bütün günü evdə tək başına qalacaqdı. Pəncərənin kənarında oturacaq, ürəyi sıxıla-sı-xıla gözlərini yollara zilləyəcək, nə isə bir şey oxumağa çalışacaqdı. Yenə də vaxt keçməyəcəkdi… Nə olardı uşaqlardan heç olmazsa biri yanında qalaydı. Ancaq heç bir kəlmə də demədi. Uşaqlarının kefini pozmağa haqqı yox idi…

      Günortadan sonra Yavuz anasının yanında oturub kitab oxu-yurdu. Bir sözü düz oxumayan kimi anası həmin sözü təkrar eləyir, oğlunun səhvini düzəldirdi.

      Bir azdan Yavuz kitabdan oxuduğu parçanı bitirdi. Elə bil anidən ağlına gəlibmiş kimi anasının qoynuna sığındı. Qollarını onun boy-nuna dolayaraq:

      – Anacan, bazar günü mən səninlə qalmaq istəyirəm. Ancaq heç kim heçnə bilməsin. Öz aramızda qalsın, olarmı?

      Anası oğlunu öpüb oxşayaraq:

      – Yaxşı, əziz balam. Bu hərəkətin məni çox sevindirdi… Bazar günü mənim də ürəyim sıxılmaz…

      Səhəri gün balaca qız mətbəxdə işləyən vaxt əlindən bir qəza çıxdı. Ayşə yuduğu tabağı silib qurulamaq istəyirdi ki, tabaq əlindən yerə düşdü və qırıldı. Uşağın canına birdən qorxu düşdü.

      Tabağın qırıldığını anası görmüşdü. Ona görə də qızına nəva-zişlə yaxınlaşıb:

      – Canın sağ olsun, quzum, qab-qacaq yerində başqa tabaqlarımız var, – dedi.

      Anasının belə səmimi münasibətindən balaca qız çox sevindi… Evdən çıxıb mətbəxə gedərkən:

      – Anacan! Bilirsənmi, bazar günü mən evdə qalacağam. Bir yerdə oturarıq. Ancaq bu söz aramızda qalsın, heç kim bilməsin.

      Axşamüstü ana öz otağına çəkilmişdi. Paltar tikməklə məşğul idi. Bu vaxt böyük oğlu içəri girdi. Sağına-soluna baxdı. Elə bil nə isə bir sıxıntısı vardı. Özü də sözlü adama oxşayırdı, nəsə demək istə-yirdi. Ancaq deyə bilmirdi.

      Axırda anası məcbur qalıb soruşdu:

      – Xeyir ola, nə olub, nə xəbər var?

      – Heeç.., Anacan! Mən bir oyuncaq təyyarə düzəldirəm. Olar ki, bazar günü evdə qalım onu düzəldib qurtarım? O birilər getsinlər. Mən burda sənin yanında qalsam necə olar? Ancaq bunu nə atama, nə də bacı-qardaşlarıma söyləməzsən, yaxşımı?

      – Belə təmizqəlbli və başa düşən uşaqlarının olmağından idi ki, ananın gözləri yaşla dolmuşdu. Axşam həyat yoldaşına olanları bir-bir gizlincə çatdıran zaman həyat yoldaşı da:

      – Bazar günü gəl belə bir iş eləyək. Mən fabrikin sahibi ilə danı-şaram, avtomobilini bir günlüyə alaram. Oturmağa dörd adamlıq yeri var. Yavuz sürücünün yanında otursa, biz də arxaya rahatca sığı-şarıq. Sən də gələrsən. Hə, nə deyirsən?

      Ana əlini əlinə vuraraq bu təklifi sevinclə qəbul elədi. Həmin bazar gününü onlar həqiqətən də çox gözəl keçirdilər. O sevinc dolu istirahət gününü illər boyu yadlarından çıxara bilmədilər.

      ANANIN ƏLLƏRİ

      Analar bayramı günündə müəllimimiz evə bir tapşırıq vermişdi. Anamızın əlləri haqında hər birimiz bir inşa yazmalıydıq. Tapşırığın mövzusunu müəllimimiz bir o qədər də geniş izah etmədi. Təkcə ananla-rımızın çalışqanlığından, heç bir şeyi bizlər üçün əsirgəməməyindən bəhs etdi. Onu da bir neçə sözlə başa saldı…

      İki-üç gün sonra müəllimimiz yazdığımız inşanı sinifdə bizə oxut-dururdu. Oxumaq növbəsi rəfiqələrimdən birinə gəlib çatmışdı. O, yazı-sına bu sözlərlə başlayırdı.

      “Anamızın əlləri… Əllərindən biri ilə anam nehrə çalxalayır, bir əliylə ürəyinin başında dini kitabımızı tutur, bir əliylə isə atamın pencə-yini yamayır, bir əliylə yemək bişirir, o biri əliylə məktəbə getməzdən əvvəl mənim saçlarımı hörür. Digər əliylə də…”

      Müəllimimiz gülə-gülə:

      – Bu nə deməkdir, qızım? O biri əliylə… Digər əliylə… Sənin anan qırxayaqdır, nədir yoxsa? Bir insanın da bu qədər əli olarmı? Bütün bunları özündən uydurursan axı?

      Ələ salırmışıq kimi biz də gülüşməyə başladıq. Rəfiqəm isə özünə arxayın, rahat bir şəkildə təmkinlə cavab verdi:

      – Xeyr, özümdən uydurmuram bunları, əziz müəllimim!..

      Anamın iki əli atam üçün.. Yeddi övladı var anamın. Hər biri üçün də iki əldən hesablasanız, on dörd eləyər. Mətbəx, tövlə, bağ-bağça işlə-rini görməyi elə iki əldən hesab eləyəndə bu da altı edər… Yoxsullar üçün iki əl, dua eləmək üçün iki əl… Bunları da hesaba alsanız düz iyirmi altı əl eləyər. Anamın düz iyirmi altı əli var. Hörmətli müəllim…

      Biz əvvəl gülüşdüyümüzə görə indi utanırdıq. Hamımız başımızı aşağı dikmişdik. Müəllimin üzündəki çaşqınlıq dolu heyrət ifadəsi də yox olmuşdu. Bu dəfə ciddi, həyəcandan titrəyən bir səslə:

      – Doğrudur, yazdıqların doğrudur, sevimli qızım! Allah anana kömək olsun! Ulu Tanrının rizası ananla bərabər olsun! Tapşırığı ən yax-şı sən yerinə yetirmisən. Sənə beş verirəm. Həm də ulduzlu beş, – dedi.

      BÖYÜK İSKƏNDƏRLƏ HƏKİMİ

      Böyük İskəndər səfərlərindən birində Kiçik Asiyadan keçib, Tar-sus şəhərinə gəlib çıxır. Şəhərin ortasından çox soyuq

Скачать книгу