Скачать книгу

əsla niqab örtməzlər.

      … Gözəllikdə onları keçən olmaz. Qışı, baharı kefdə keçirirlər. Gücə qalsa, fil dişini, aslan çəngini qopararlar. Bir hücum çəksələr, Məğribdən Məşriqə aləm bir-birinə qarışar. Behişt huriləri şöhrət tapsalar da, onlar huri, bu yerlərsə cənnətdir.

      Sərtövləyə bir at bağlanıbdır ki, onun tozuna heç külək də çatmaz. Dördnala qalxsa, xəyaldan tez gedər. Rəngi şəvə kimidir. Şəbdiz adlı bu atı Şirin İshaq kimi çox sevir. Atın ayaqlarında qızıl zənciri var. Bu dünyada nə Şirindən şirin bir insan, nə Şəbdizdən qara bir köhlən gördüm.

      Elə ki söz bitdi, Xosrov bu söhbətdən çox narahat oldu. Qəlbi sevda və həyəcanla doldu. Bütün günü elə hey onu düşünməyə başladı.

      Xosrov bir neçə günü belə keçirdi. Şapuru xəlvətə çağırıb düşdüyü sevdadan özü söz açdı. Dedi:

      – Ey cavanmərd, vəfalı yoldaş! Mənim dadıma yet. Gözəl bir özül qoydun. Ustad kişisənsə, işi sona yetir.

      ŞAPURUN ŞİRİNİ AXTARMAQ ÜÇÜN ƏRMƏNƏ GETMƏSİ

      Şapur söz bilən idi. Xosrovun nə demək istədiyini anladı. Yeri öpərək dedi:

      – Xosrov gərək daim şad olsun.

      … Mən qələmlə naxış çəkən zaman Mani “Ərjəng”ini bir anda pozar. Adam başı çəksəm, hərəkət edər. Quş qanadı çəksəm, tez uçub gedər. Qəm yemə, bu işə bir çarə taparam. Bir an da olsun yubanmadan quşdan qanad, ceyrandan ayaq alaram. İnan ki, sevgilin də sənə yetər. Od kimi dəmirdə gizlənmiş olsa, gövhər kimi daşda bəslənmiş olsa, saf gövhəri daşdan, odu dəmirdən çıxarantək onu çıxararam. Səadət yar olsa, onu alar, Xosrovun əlinə salaram. Görsəm, gücüm çatmır, yubanmadan şaha xəbər çatdıraram.

      Şapur belə deyib ayağa durdu. Yola çıxmaq üçün hazırlıq başladı. Yolda nə yatdı, nə dincəldi. Bir aya Şirinin yanına gəldi. O gözəllər yayın qızmar çağı yaşıl dağları məskən edərdilər.

      Şapur gələn zaman otlar körpə idi. Mavi qayalar güllər içində idi. Orda ilk bahar min rəngə çalırdı. Dağların başındakı zümrüd xalı fikri, xəyalı heyran eləyirdi. Cərrum dağlarından Buğra çölünə qədər hər tərəf bahar gülünə bürünmüşdü.

      ŞAPURUN ŞİRİNƏ XOSROVUN ŞƏKLİNİ GÖSTƏRMƏSİ

      Gecə düşdü… Şapur çox gəzdiyi üçün yorulmuşdu. Ona görə də köhnə bir kilsədə özünə məskən saldı. Həmin yerin bilici qocalarına yalvardı ki, ona düzgün cavab versinlər. Desinlər görək, o gözəllər sabah hara gələcəklər? Hansı bulaq üstə, gülzara təşrif gətirəcəklər?

      Ağıllı qocalar xəbər verdilər ki, o şux pərilər çox da uzaqda olmurlar. Görünən dağın ətəyində yaşıl bir düzən onların məskənidir. Bu yerin ətrafı sıx meşədir.

      Elə ki sincab örtüyünə bürünmüş dövran başaq rəngli paltar geyindi – səhər açıldı, Əlbürzün başında günəş göründü, Şapur oyandı. O ürək oynadan gözəllərdən qabaq oyanmış Şapur onlardan əvvəl çəmənə gəldi. Bir kağız alıb üzərində Xosrovun şəklini yaratdı. Sənətkarlıqla yaratdığı həmin şəkli bir ağacdan asdı. Sonra isə bir xəlvətə çəkildi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAMCAgMCAgMDAwMEAwMEBQgFBQQEBQoHBwYIDAoMDAsKCwsNDhIQDQ4RDgsLEBYQERMUFRUVDA8XGBYUGBIUFRT/2wBDAQMEBAUEBQkFBQkUDQsNFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBT/wgARCAibBdwDASIAAhEBAxEB/8QAHAAAAgMBAQEBAAAAAAAAAAAAAgMAAQQFBgcI/8QAGwEAAwEBAQEBAAAAAAAAAAAAAAECAwQFBgf/2gAMAwEAAhADEAAAAencH7T8bp2Yin2hhNWsxqIHjz1sSJTk6hsyb8zWZj0SLeo226cbnD03nZLjUZKeCazIxhWgXKq00CiaIJSWWdDpbJ1E2E4ZDbWWdZAUi9i5rC0SnVz8jLxbUY5QGpo8ulguGKYbMebprmsoPoSH2wQLYA6IKGyBAopYL0ibkygtKulKslqdn0ULIIRhDQytSKEgvImgQr0I0uSUSnJWnMrmrn3Ou0Waqyy1rxtLu1TbWBGnrFQqoqnSijHNNvU5z6l1UozAee2lqGXlsdzaK08puSbXD1RrNah059RYmuaHaoMrBibnpuoGmUmKacMhbBJSZqlK04kxYm520ClhMYLKgxu3Ko4BiNHNSjNyZrdUEdmwiGGgiVEVUAlSrtOgBU2VE8cu0ONQ5rGlOpcar3r6VSPc5HVVedFJVmdq1ipBJBTFNVqaVkQHWy2rQ0RJNPQpscrz9FILHWI0EzKD5RACiUnezNpaaCY0YxaGpdnTSOsFaCcI60qe8yghUsqtAw5W3NGiWvMEDqS5W4GCJ6bqWUIIsgpVovNpYKG5wdasabT5+mddFqKszWIpuNZOaeLWoQUGZZ541IkPVGGlThUasdy7EN29qrVpcaU2qlabWmSm550kNieQ9Ch6qyaKzYJNcZy0Z1ecHgqz6Q0IU8bqGwbcwT5y0LTGEtJTaimLMY8XZzMul+5L3kQ0d52FqT1Xg1DYTF1ALNaY3dqq1Z9rRqUbMbSXLRmuRsRi1qxoHLSWYjgsEpR0MwhJwyKpvQJVky6IuwgAVDZK0tBEU7KqhMsa4dAJXYlAxaplZNxW0wK8c3S43dy6uTSjvAY2mlsFyaxNIUJ0qYY00pi9BIyjYyCIiWNAxdwLTrNvE5ipdBawcVLFWlLGrSag0paAxW4kZqHQqdVsvNAMid0eNUoTZOj1gNZvoXOYdCK0tBNgEDLyahVIFpqlhrzAinbVeeOz1mB0U0jUtoaLWemNQkoImIdIXDz0U7OYzliJFxq0lx1ZUDKclpysctXbGs5vAefNoRGlsJQmpsRszvUqPXgjWuEVZrW1SehLoAAdBWiZxIZn1zoegD0xZcpgKLFNZNYsjUWAdRUmhyhekU8z2sEh13SoGwEg4kmp2ZnVZ3Y0nZnWqxjqTOjFyBLSxU0DdWayKnKgZFUB4k2YnSY9BOXVYgMMBUvTY8NtzJrG7m22UqFtWSdia2hjGpwiytaFKFGzu+S9DHTxlkN4GpoKtAXHOdrcoyKMARYsaox6S2kdxnXsSCn2lDry6waAUyxgJhnfU0yFdQLITRXBKVE1JqyCZSm6UAygY4A1wYoaU0FR4KFzXKzK3IFYMURmnmo9RWMN+ZC3UAaVtS5O8lqmRDBaMmnGVegHCAtFOasoy+foQgLgTorQ4QzrYhaRlkIWzU4z1rVULcLhLYQtCq86pEj89xJt3lnY+hZDYwM00QaxYAjJbGgLSAIK3DmDfjSph6hqsrqKF4jzYjfNxOrMKnEIiYm2rKqZoIITZLEb6ppQkBAK7yCem2pABgMEtVOlWRAttradnMEzZnEbKW1AEDmMkjjTZPqBAwHAkIYmJVvyDFVxxuQArEhimKiGW0ZVYFITWVbURpPQef8AQRv53QpN5NaBEm6ktMrLpHZ5zEl1MGOvOsH3JUEzMAMRHoW40sOJaJcCJyJNUdHTm5lNPpYGpYAkc2OqrqESqTbYxqgFc1Zp0lVrzG4aSbqDIbC7jSgCQQmEBdsJNLEUGxAOaNa9AZdUcCcmxadMtrWPTdlMqljQg4oW68qq88CNjZHOBF91A6QS0+Z2AbV6XKpDDPnchU

Скачать книгу