ТОП просматриваемых книг сайта:
Xəmsə. Низами Гянджеви
Читать онлайн.Название Xəmsə
Год выпуска 0
isbn
Автор произведения Низами Гянджеви
Серия Uşaq ədəbiyyatı
Издательство Hədəf nəşrləri
– Çəkin! Sirrini heç kəsə açma! Əgər baş saxlamaq istəyirsənsə, boşboğazlıqdan çəkin. Bütün aləmə gündüz kimi sirrini açma. Dilini saxlayanların nə işi dolaşır, nə də çaşqın vəziyyətə düşürlər. Yersiz hürmək yalnız qudurğan köpəklərin işidir. Kimin dili uzundursa, onun dilini kəsərlər. Dil ağızda gizlənəndə daha gözəldir. Qılınc isə qınında olanda daha möhtəşəm olur. Bu öyüd insanın rahatlığının təminatçısı və rəhmidir. İnsanın başına həmişə dilin ucbatından bəla gəlir. Qanlı ləyəndə başının ah çəkməsini istəmirsənsə, dilini dişinlə kəs! Hər kəsə sirrini açmaqdan daşın! Dilin şəkər olsa belə, dodaqlarını açıb sirrini faş etmə. Bil ki, ağzından çıxan hər sözü kimsə dinləyə və eşidə bilər. Bənövşələr kimi iyini, rayihəni yaymasan, üzülməzsən. Eyibləri görsən də, susmağa, lal olmağa çalış! İndi elə bir vaxtdır ki, gərək çox deyilənləri eşitməzliyə vurasan. Susmaq səni çox bəlalardan xilas edə bilər. Yazarkən də qələminin başını cilovla. Səndən dediyin hər kəlmə üçün hesabat verəcəyini unutma. Axar su kimi pak olmağa çalış! Nə eşitsən, məhəl qoyma. Paklığınla hər şeyi yumağa cəhd göstər. Dünyagörmüş, uzaqgörən kişilər heç vaxt hədlərini aşmazlar. Onlar gecə gördüklərini gündüzlər heç kimə danışmazlar. Ulduzlu göylərə mən heyran qalmışam. Heç vaxt ulduzlar gündüzə gecədən xəbərçilik etməmişlər. Sən bir qədər pərdəli qalmağa çalışmaq istəyirsənsə, gecə gördüyünü, eşitdiyini gündüzlər bir kimsəyə agah etmə. Gecənin sirlərlə dolu ürəyində neçə gizlin xəzinələr var. O, minlərlə işıqlı dürrü qaranlıqda gizlin saxlayır. İldırım kimi odlu ürək sahibləri gördüklərinin yanından saymazyana soruşub keçərlər. Dillə göz yaxın olsa da, gərək onları bir-birindən uzaq tutasan. Həmişə eşqin gizli qalması onu möcüzəyə çevirir. O aşkara çıxanda xarabalıqda bayılaraq öz dəyərini itirir. Sirr düyününü vurarkən din ipliyini seçmək məsləhət bilindi. Həllacın da ipini bu pambıqdan eşib düzəldiblər. Nə qədər ki qönçə açılmayıb bağlıdır, o, rahat və salamatdır. O, açılan kimi qan çanağına dönür. Ağız susmaq səadətinə çatarsa, ağlından keçənləri qəlbinin dililə dilə gətirər. Bu neməti könlünün kasasından yesən, sənə xoş olar. Həm də bu nemət dilinə dəyən kimi atəş kəsilər. Bu gün ən gözəl natiqliyin adı sükutdur. Sükutu üstün tut ki, o səni zəfərə çatdırsın. Könülləri işıqla dolu kəslər sükutu sevərlər. Onlar ağız açmazlar, bəy haqqını onlar özgəsinə bağışlayırlar. Könüllər dünyasında könül sözü lüğətdə gizli saxlanılır. Lüğətdəki bu sözü şərh edən yalnız ürəyin dilidir.
Ey Nizami, sənə qənaət mülkü layiqdir. Çünki dilin hərcayi deyil, əksinə, xəsisdir. Qəlbin isə sonsuz xəzinədir.
HARUN ƏR-RƏŞİD İLƏ DƏLLƏYİN DASTANI
Harun xəlifəlik taxtını ələ almışdı. Buna görə də Abbas oğullarının bayrağı ucalmışdı.
Bir gecə o, yataq otağından çıxaraq dincəlmək məqsədilə hamama sarı gəldi. Saçını taraş etmək istəyən xəlifəni saray bərbəri şirin bir xəyala dalmış halda qarşılayıb dedi:
– Ey xəlifə, razılıq verin, mən sizə kürəkən olum. Ömrümdə bir dəfə də olsa, mən xoşbəxtliyin dadını bilim. Toy-düyünün xəbərini hər yerə xəbər versəz, nə olar? Qızını öz quluna nişanlayanda sizi kim qınayar?
Dəlləyin bu təklifindən xəlifə bərk təsirləndi. Qeyzini, qəzəbini cilovlayıb durdu. Birtəhər susub dözdü və nəhayət dedi:
– Bəlkə, dəlləyi mənim heybətli görkəmim, zəhmim çaşdırıb? Bəlkə, hamamın istisi, hərarəti onun başına vurub? Yəqin, buna görə o ağlını itirərək sayıqlayır. Belə olmasa, o, mənimlə göz-gözə dayana bilməz.
Xəlifə ertəsi gün bərbəri yenə bir az əylədi. Hiss etdi ki, dəllək eynilə öz iddiasından əl çəkmək fikrində deyil. O, bərbəri dəfələrlə sınadı. Gördü ki, bədbəxt usta hələ öz inadından dönməyib.
Bu işi ayırd etməyin artıq vaxtı çatdığını deyən xəlifə vəzirə tədbir görməyi tapşırdı. Xəlifə dəlləyin həyəcanına, təlaşına göz qoyulmasını tapşırdı ki, onun özünə alın yazısı yazmaq fikrinə necə düşdüyünü aydınlaşdırsınlar.
Xəlifə dedi:
– Bu bərbərin mənə kürəkən olmağı heç yaraşarmı? Onun üzündə həya-abır varmı? Yəqin ki, başıma qəzavü-qədər bəla gətirir. Yoxsa mənim gövhərimə daş atılması bir təsadüfdür? Dəlləyin ülgücü əlində, söz ülgücü ağzındadır. İndi mənim başım bu iki qılıncın arasında qalıb. Vəzir dedi:
– Ey şəhriyar, bəlkə, səbəb başqadır. Bəlkə, sənin ayağının altında bir xəzinə var. Sizə məsləhətim budur ki, bu cahil dəliqanlı yanınıza gəldiyi yerdən də yuxarıya keçsin. Əgər etiraz etsə, höcətləşsə, əmr edin, boynu vurulsun. Onda onun durduğu yeri qazaq görək ki, bu əfsun nədir?
Usta bərbər xəlifənin sözünü dinlədi. O özünü yığışdırıb cəld yerini dəyişdi. Ancaq durduğu yerdən ayrılan kimi rəngi qaçdı. Həmişə gur, ötkəm olan səsi batdı. Dəlləyin dili, nitqi dolaşdı. Onun sözündə, üz-gözündə tamam başqa bir əhvalın nişanəsi göründü. Ədəb-ərkan nuru da onun üzündə bərqərar oldu. Sən demə, dəlləyin ayaq basdığı torpaq xəzinəymiş. Onun kimi aynasında özünü görür.
Xəzinədən bir addım geri çəkilən kimi bərbəri yenə öz bərbər külbəsi qarşılayır. Onun ayaq basdığı yeri bellə qazıyıb çapdılar. Orada, doğrudan da, bir xəzinə tapdılar.
Kim ki dünyada xəzinə üstündədir, onun ağzından gövhər saçır. Yerə, göyə hökm edir.
Nizaminin tilsim qıran söz xəzinəsi alovlu qəlbi və büllur kimi saf sinəsidir.
BÜLBÜL İLƏ QIZILQUŞUN DASTANI
Bağlar, çöllər və çəmənlər donuna yaraşıq verəndə nəğməkar bülbül qızılquşun yanına gəldi. Bülbül qızılquşa dedi:
– Sən bütün quşlardan qəşəng və yaraşıqlısan. Bəs nə üçün hamının yanında susursan? Bu dünyaya gələndən bəri səsinlə, cəh-cəhinlə hələ heç kəsə bircə nəğmə bəxş etməmisən. Axı sən sultanların əlindəsən. Sənin gündəlik yeməyin bir kəkliyin döşüdür.
Mən isə ancaq ruh aləmindən xəbər verirəm. Cibimdən göz kimi işıqlı incilər çıxardıram. Amma buna rəğmən yediyim ot, ələf, yuvam isə tikanların dibidir, müqayisədə sən məndən daha gözəl oxumalısan.
Qızılquş cavab verdi:
– Sən məni yaxşı dinlə. Mənim sükutumu gör, məndən susmağı öyrən. Dünyanın sirrini mən də bir az bilirəm. Yüz mətləbdən xəbərim olsa da, heç birini demərəm. Zavallı, get! Sən alçaq zəmanəyə vurğunsan. Sən bir iş görmədən yüz yol boşboğazlıq edirsən. Mən isə məna əhliyəm, nədən zövq aldığım Tanrıya bəllidir. Bəli, o, mənə həm kəklik döşü verir, həm də sultan əli. Sən boş danışdığın üçün yeməyin