ТОП просматриваемых книг сайта:
Silsilə qətllər törədən qatillər. Teymur Fərzi
Читать онлайн.Название Silsilə qətllər törədən qatillər
Год выпуска 0
isbn
Автор произведения Teymur Fərzi
Серия Çağdaş ədəbiyyat
Издательство Hədəf nəşrləri
– Qurbanlarını öz yaş qruplarından seçirlər, lakin sosial təbəqələrə fərq qoymurlar (varlı və ya kasıb olması);
– Bəziləri qurbanlarının ətini yeməyi xoşlayır;
– Cinayət törədərkən nə etdiklərinin fərqində olurlar;
– Özlərinin güclü olduqlarını sübut etmək üçün öldü-rürlər. Öldürmək istəklərini şiddətləndirən çox vaxt cinsi ehtiyacları olur;
– Yaşları 20-40 arasında dəyişir və 90%-i kişi cinsinə
mənsubdur;
6
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
– Əksəriyyəti ağ bədənli, heteroseksual və dindardırlar;
– Heç biri xarici görünüşünə görə qatilə bənzəmir. Dai-mi bir işdə işləyənlər 1 faiz təşkil edir. Çoxu tüfeyli həyat tərzi keçirənlərdir;
– Əksəriyyət qatillər ağır uşaqlıq keçirmiş və ya cinsi təcavüzə məruz qalmışlar;
– Zəka səviyyələri normadan yuxarıdır. 30 faizi güclü zəkaya sahibdir;
– 81 faizinin pornoqrafiyaya, 79 faizinin masturbasi-yaya, 71 faizinin gizlincə kimisə izləməyə və 7 faizinin də fe-tişizmə marağı var;
– 80 faizi 18 yaşına çatmazdan əvvəl qadınlara və ya ki-şilərə təcavüz etmə xəyalı qurur;.
– Kişi qatillərin çoxuna uşaq ikən qız paltarları geyin-dirilib.
7
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
* * *
“Qarındeşən Cek”
“Tarixə nəzər salanda XX əsri mənim başlatdığımı görəcəklər”.
“Qarındeşən Cek”in 1888-ci ilin 13 oktyabr tarixində Londonda nəşr olunmuş təsviri.
Qurbanların sayı: 5 (20-yə qədər olduğu ehtimal edilir) Cinayətlərin tarixi: 1888-ci il Ölkə (ərazi): Böyük Britaniya
əhşətli hadisə 31 avqust 1888-ci ildə səhər saat-larında başlayır. Saat 03:45 radələrində Londo-D nun İst-End bölgəsindəki kimsəsiz küçədə
gedən hambal Corc Kros linoleuma sarılı bir şeyə toxunur.
Yaxından baxanda bu bükülünün hissələrə bölünmüş qadın 8
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
bədəni olduğunu anladı. Sonralar qadının 42 yaşında olan Meri En Nikols adında pozğun qadın olduğu məlum oldu.
Boğazı kəsilib qarnı cırılmışı və cinsi orqanında bıçaq yaraları var idi.
O zamanlar heç kim fərqinə varmasa da, Meri En Nikol-sun bu qorxunc ölümü cinayət tarixində dönüş nöqtəsi olacaqdı. Bu cinayət əvvəlcə London, sonra da bütün dünyaya təsir dalğaları yayacaq cinayətlər çənbərinin ilk halqası idi. Eyni zamanda çox daha əhəmiyyətli bir şeyə işarə idi: silsilə seks cinayətlərinin müasir dövrü artıq başlamışdı.
Nikols cinayətindən bir həftə sonra ilk cinayət yerindən 800 metr uzaqlıqda pansionat olaraq istifadə edilən bir binanın arxasında vərəmdən əziyyət çəkən 47 yaşında fahişə
olaraq tanınan Anya Çapmanın parçalanmış cəsədi tapıldı.
Çapmanın başı az qala bədənindən qopmuşdu, qatil onun əzələlərini kəsmiş və onurğasını da qoparmışdı. Daxili orqanları da qarnından çölə çıxarılmışdı.
Qatilin gerçək kimliyi hələ məlum deyildi. Bir neçə həf-tədən sonra şəhər polisinə məktub gəldi. Məktub günahkar olduğunu etiraf edən şəxs tərəfindən yazılmış və ləqəblə im-zalanmışdı. Bu andan etibarən Vaytçapel qəssabı “Qarındeşən Cek” ləqəbi ilə axtarılacaqdı.
Bu məktub aşağıdakı kimi idi:
“Hörmətli şef!
Qulağıma tez-tez polisin məni tutduğu ilə bağlı xəbərlər gəlir, amma məni uzun bir müddət tuta bilməyəcəklər. Ağıllı və
doğru yolda olduqlarını deyəndə çox gülürəm. Mənə fahişələr lazımdır və tutulana qədər onları deşməyə davam edəcəyəm. Son cinayətim çox möhtəşəm idi. Qadına bağırmasına belə fürsət ver-9
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
mədim. Məni indi necə tuta bilərlər?! İşimi sevirəm və yenidən başlamaq istəyirəm. Yaxında mənim gülməli oyunlarımı yenidən eşidəcəksiniz. Bıçağım dözümlü və itidir. Əgər şansım olsa, yenidən başlamaq istəyirəm. Sizə uğurlar!
Bütün səmimiyyətimlə Qarındeşən Cek”
Polisin “qarındeşən”dən məktubu almasından iki gün sonra qatil Yelizaveta küçəsində yaşayan isveçli fahişə qadının boğazını kəsdi. Qurbanın üzərində başqa əməlləri edə
bilmədən yaxınlaşan avtomobilin səsi ilə işini yarıda qoy-maq məcburiyyətində qaldı. Oradan cəld qaçan qatil Kate-rina Eddouz adında küçədə sərxoş tapıldığı üçün polis bölməsinə aparılaraq ayılana qədər orada saxlanılan, sonradan evə buraxılan 43 yaşındakı başqa bir pozğun qadına rast gəldi. Onu sakit yerə apardı və orada boğazını kəsdi.
Sonra qadının üzünü tamamilə parçaladı, qarın nahiyəsini yarıb bağırsaqlarını çölə çıxardı və sol böyrəyini götürüb uzaqlaşdı.
“Qarındeşən” tərəfindən törədilən son cinayət eyni zamanda ən qorxuncu idi. 9 noyabr gecəsi 3 aylıq hamilə
olan 25 yaşındakı irlandiyalı fahişə ilə cinsi əlaqədə olmaq üçün onun otağına getdi. Gecə yarısı onu yataqdaca öldürdü, bir neçə saat boyunca cəsədi parçaladı, daxili orqanlarını çölə çıxardı, burnunu və döşlərini kəsdi, qıçlarının dəri-sini soydu.
Bu hadisədən sonra Vaytçapel cinayətləri birdən-birə
dayandı. “Qarındeşən” sonsuza qədər yox oldu, sanki real-lıqdan çıxıb əfsanələr aləminə qarışdı. O gündən bəri qatilin kim olması haqqında adi qəssabdan ingilis taxt-tacının vəliəhdinə qədər şübhəlilər irəli sürdülər. Bu deyilənlərin 10
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
çoxu