Скачать книгу

ailə və məişət mövzusunda yazılan “Maral”, “Uçurum” və “Afət” faciələri öz məzmunları və

      daşıdıqları ideya yükü ilə bir-biriləri ilə üzvi surətdə

      bağlı olan bir silsilə təsiri bağışlayır, elə buna görə də

      bu əsərlər ardıcıl tədqiqata cəlb edilmiş, hər bir obraza diqqət yetirilmişdir. Bədii qəhrəman ənənəsində

      onlardan başlanan yeniliklər və

      Qadın! Ey sevgili, şəfqətli mələk!

      Bu qədər səbrü-təhəmmül nə demək?

      O lətafət, o nəcabətlə sana

      Bu əsarət, bu həqarət nə rəva!?

      Sən nəsin?.. Kəndini bil, zəfi bıraq!

      Həp nəsibinmi sənin sillə-dayaq?!

      14

      – deyən Cavid romantizmində qadın azadlığı prob-leminin necə böyük önəm daşıdığı müəyyənləşdiril-mişdir.

      Elmi işimin üçüncü fəsli “H.Cavidin romantik qəhrəmanları inqilab və müharibə kontekstində” adlanır. “İnqilabın qəhrəmanların taleyi ilə açılan fəlsəfi mahiyyəti” adlı birinci bölmədə H.Cavidin inqilaba münasibəti araşdırılmışdır.

      Sovet dövründə H.Cavid yaradıcılığına, xüsusilə

      də inqilabi mövzuda yazdığı əsərlərinə obyektiv ger-çəklikdən kənar münasibət bəslənilmişdir. Bu qəbildən olan tənqidçiləri iki qrupa bölmək olar; birincisi, vəzifə hərisləri, “ölüm qədər zəhərli” həyatda yaşamağı üstün tutanlar, Cavidi proletar inqilabının mahiyyətini anlamamaqda günahlandıranlar, ikincisi isə

      H.Cavidi sevənlər, qorumaq üçün, yaşatmaq üçün sü-ni şəkildə Cavid yaradıcılığında Sovet ideologiyasını təbliğ edən, onu alqışlayan ünsürlər taparaq Cavidin də bu dövrün adamı olduğunu demək istəyənlər. Bu fəsildə Cavidin inqilab və müharibə kontekstində təqdim etdiyi qəhrəmanlar ədəbiyyatşünaslıqda rastlaşdığımız yanlış təhlillərlə polemikada tədqiq olunur.

      XX əsrin əvvəllərindəki istər dünyadakı, istər Ru-siyadakı, istərsə də Azərbaycandakı inqilabi proseslə-ri diqqətlə izləyən Cavid inqilab mövzusuna da biganə qalmamış, dahiyanə fikirlərini “Şeyda”, “Knyaz”

      pyesləri və “Azər” poeması ilə ortalığa qoymuşdur.

      Yüksək siyasi təfəkkürə malik Cavid yaratdığı heç bir əsərdə tələskənliyə yol verməmiş, xeyli düşünüb-da-şındıqdan sonra ortalığa çıxarmışdır. Apardığımız tədqiqat göstərir ki, sovet tənqidçilərinin söylədikləri 15

      “Cavid proletar inqilabının mahiyyətini anlamır” ki-mi fikirlər kökündən yanlışdır. Bu öz əksini istər xalqın zəhmətkeş təbəqəsinin ağır güzəranını, acınacaqlı vəziyyətini görərək müasir və aktual mövzuda qələmə aldığı “Şeyda” faciəsində, istərsə də proletar inqilabının qələbəsi nəticəsində bir sinif kimi əzilən, məhv olan “knyazlar” dünyasının faciəli həyatını əks etdirən “Knyaz” faciəsində daha qabarıq şəkildə gös-tərmişdir.

      H.Cavidin romantikasının özünəməxsusluqlarından biri də onun bir mövzuya müxtəlif prizmalardan baxmasıdır. Ümumilikdə, inqilabi şair olmayan Cavid inqilabın təntənəsini alqışlasa da, məğlub olan sinfin də bəlalarını, problemlərini göstərməyi özünə borc bi-lərək “Knyaz” faciəsini yaratmışdır.

      Üçüncü fəslin ikinci bölməsi “Müharibə; ideologiya və tarixi şəxsiyyət” adlanır. Bu bölmədə bəşəriyyətin ən böyük faciəsi olan müharibəyə Cavidin münasibəti, ideoloji görüşləri təhlil edilmişdir.

      Dramaturq müharibə problemini, əsasən, “İblis”,

      “Topal Teymur”, “Səyavuş”, “İblisin intiqamı” dram və faciələrində qaldırmaqla yanaşı, “Xəyyam”, “Peyğəmbər” dramları, “Azər” poeması və digər irili-xırdalı əsərlərində də bu mövzuya toxunmuşdur. Dövr, tarix baxımından bu mövzu Cavidin əsərlərində uzun bir müddəti əhatə edir. Dahi sənətkar bu mövzuya daxil etdiyi bütün əsərlərində müharibələri bəşəriyyətin fəlakətləri kimi qiymətləndirmiş, ona şər qüvvələrin törətdiyi bir faciə kimi baxmışdır. Bəşəriyyəti heçliyə sürükləyən bu problemi aradan götürmək üçün bütün insanların və böyük tarixi şəxsiyyətlərin şərdən 16

      uzaqlaşıb, xeyir ətrafında, sülhsevər insanların humanizm cəbhəsində birləşməsini vacib bilmişdir.

      Dünyanın həmişə ikilikdən – xeyirlə şərin mübari-zəsindən ziyan gördüyünü anlayan şairin düşüncələri bu gün siyasətdə “ikili standart” deyilən bir terminlə

      ifadə olunur. Cavidşünas Əjdər İsmayılovun təbirincə

      desək, necə ki, planetimizdə hərb allahları, həyata və

      insan səadətinə zəhər qatan ölüm mələkləri yaşayır, Cavidin demonik poeziyası öz estetik təsirində qalır, ideya kəsərliliyi ilə hər zaman mübarizənin ön cəbhəsində dayanmış olur. Elə buna görə də adı çəkilən əsərlərdə Cavidin qəhrəman konsepsiyasını XX əsrin qlobal hadisələri işığında tədqiq etməyə çalışmışıq.

      Dissertasiyanın dördüncü fəsli “H.Cavidin dini-fəlsəfi baxışları və romantik qəhrəmanı” adlanır. Bu fəsildə “Şeyx Sənan”, “Peyğəmbər” və “Xəyyam”

      pyesləri tədqiqata cəlb edilmişdir. Adı çəkilən əsərlərdə dramaturqun qarşıya qoyduğu məqsəd haqqa-həqiqətə qovuşmaq yollarını arayıb axtarmaq və bunun geniş həcmdə bədii həllini vermək olmuşdur. Şeyx Sənan da, Peyğəmbər də, Xəyyam da – hər üçü haqq-həqiqət yolunda müxtəlif təsəvvürləri olduğu kimi, ona qovuşmaq yolları da müxtəlifdir.

      Ömürboyu həqiqət axtarışında olan dahi şair Cavid tiranı göydə yox, yerdə axtarıb. Lakin şairin yaradıcılığını tədqiq edən bəzi alimlər nədənsə Cavidi Allahsız, ateist bir insan kimi qələmə verməyə çalışıb və

      onun ideyalarından çıxış edərək yerdəki bəlaların sə-bəbkarının göylərdə olduğunu sübut etməyə çalışırdı-lar, lakin Cavid yaradıcılığını tədqiq edəndən sonra 17

      görürük ki, Cavid heç vaxt Allahsız, dinsiz olmayıb, sadəcə olaraq o,

      Şübhədir hər həqiqətin anası,

      Şübhədir əhli-hikmətin babası

      – deyərək haqqa gedən yolun şübhədən keçdiyinə

      inanan bir insan idi. Bəzən bu fəlakətlərdən, dəhşət-lərdən, vəhşətlərdən usanıb yaradana da qarşı üsyan-çı bir mövqedə dururdu. Bizim fikrimizcə, bu da müdrikliyə doğru gedən yolun başlanğıcında hər bir bəşər övladının keçirə biləcəyi psixoloji haldır.

      H.Cavid özü müdrikləşdikcə, inkişaf etdikcə, həqiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri də dəyişir, sanki haqqa doğru gedən pillələri bir-bir keçir. Daima bəşəri

Скачать книгу