ТОП просматриваемых книг сайта:
Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər. Шамиль Садиг
Читать онлайн.Название Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər
Год выпуска 0
isbn
Автор произведения Шамиль Садиг
Серия Çağdaş ədəbiyyat
Издательство Hədəf nəşrləri
Ədəbiyyatla
bütövləşmiş
şəxsiyyətlər
1
I FƏSİL
Şəxsiyyətlə bütövləşmiş yaradıcılıq 2
Hüseyn Cavid – 132
Cavidi tanıya bilmək üçün sadəcə əbədi adın köl-gəsində kölgələndik… Elə tanıtmaq üçün də bu kölgə-nin böyüklüyündən danışdıq. Amma sadəcə özümü-zə… Heç yovşan ətirli əngin çöllərə Cavid deyə hayqı-ra bilmədik.
Bu böyük kölgəni yaradan isə Cavid dühası idi.
Həmin düha bir günəş idi ki, Cavid adının üstünə işıq saçaraq bu kölgəni yaratdı.
İnsandan danışdı, insandan yazdı… İnsan yetişdir-di… İnsan yetişdirmək üçün ideyalar aləmi yaratdı…
İnsanı dərk etdi… İnsandan bəhrələndi… İnsan xis-lətini gördü, onu anladı…
İnsanın uydurduğu həqiqətlər sistemindən şübhə-ləndi… Həqiqətin kağızlarda, əşyalarda yox, düşüncələrdə olduğuna inandı…
İnsanın özü yaradıb əsirinə çevrildiyi İblisin kim olduğunun tərifini verdi… “İblis” əsəri ilə insanlara insanı tanıması üçün güzgü verdi.
İnsanı sevdi, insan oldu… Amma insanın qara niyyətlərinin qurbanına çevrildi…
Elə bir ana obrazı yaratdı ki, xeyir aynası, insanlıq aynası, mərhəmət dünyası…
Şeyx Sənan haqqı arayıb bulmuş, həqiqətin sadəcə
sevgidə olduğuna inanmış, inandığını yaşamış, yaşa-dıqca haqqa doğru gedən yolda göylərlə vəhdətdə olmuşdur. Bütün dinlər onun ideyalarından qat-qat aşağıda qaldı.
3
Məktəbli bir qız yaratmaqla sadəliyi, gözəlliyi, insanları sevdiyini ən pak bir varlığın dili ilə səsləndir-di.
Öksüz Ənvər Azərbaycan pedaqogikasına böyük töhfə verdi, müəllimliyin nə olduğunu anlatdı.
Maral mollaların əsrlərlə qurduğu sindromu sın-dırdı, Qadına-Ürəyə azadlıq istədi. Amma Cəlilin, Sabirin, Cəfərin qadın azadlığından fərqli, romantik üsyan yaratmaqla… Amma bu azadlığa dəvət edənlərin zatı qırıq olması azadlığın məzar olması deməkdir de-di…
Ərəb İbn Yəmini yaratdı… Şərin özünü…
Türk Elxanı yaratdı – Tanrının ədalət yaradan qılıncını…
Afəti yaratdı… Anjeli yaratdı… Südabəni yaratdı…
“Hep qadın cürmi-ehtirasatı!” – dedi və gözəlliklə
şeytanın vəhdəti…
Göyərçin yaratdı paklıq və saflıq rəmzi… Xumar yaratdı, dinlərin daşıya bilməyəcəyi eşq yaşatdı ruhunda… İsmət yaratdı namusu ilahi kimi toxunul-maz… Sevda yaratdı, sevgisi hökmdarlara diz çökdü-rən. Sürüklənən bəşəriyyətin qadınla yüksələcəyinə
inandı.
Səyavuş yaratdı, İranla Turanın ayrılmaz, danılmaz həqiqəti, odla günahların yuyulmasını göstərdi.
Çin sərhəddinə qədər türk ellərinin yaşadığını və
hökmünü bağırdı, bu hökmün və Tanrı qılıncının bir qadın gücü ilə necə yox olmasını hayqırdı.
Turan ellərinin ərlik rəmzi olan Teymuru yaratdı, təkəbbürün və nəfsin qardaşa necə zərbə vurduğunu göstərdi… Bu dünyanın zərrə qədər dəyəri olmadığını 4
dedi, amma “Cahan bir nazənin dilbər” də söylədi.
Bu nazənin dilbərin isə bir igidə layiq olduğuna inandı da…
Ana yaratdı… Aşiq yaratdı… Məşuq yaratdı… Xə-yanətkar ər yaratdı… Qatil yaratdı… İnqilabçı yaratdı… İnqilabın əzdiklərini yaratdı… Ər-Ərən yaratdı…
Hökmdar yaratdı… Mələk yaratdı… İblis yaratdı…
Peyğəmbər yaratdı – Bəşər yaratdı, Bəşəriyyət yaratdı…
5
Həyat və yaradıcılığın bütövləşməsi
Təkcə dövrünün yox, məhəlləsinin yox, regionu-nun yox, bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə
araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair və yazıçılarımızı misal çəkə bilərik.
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda par-lar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa və
ümumilikdə bəşəriyyətə xidmət edərsə, o zaman bütün maneələri asanlıqla dəf edər və zirvədə görünər.
Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tol-stoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahilərin yaradıcılığını misal çəkmək olar.
Hüseyn Cavid (1882-1941) XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan istifadə edən sənətkar Azərbaycan romantizminin ba-nilərindəndir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi pyesləri dünya ədəbiyyatının incilərindəndir.
6
Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən H.Cavidin əsas qayəsi, ideyası humanizm, insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələ-rinə sevdirməyi bacarmaqdır.
***
Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun sə-madan yerə enişi və batışı olmadı. O, sönməz bir fikir işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin fəlsəfi fikirləri və bəşəriliyi ilə Nizami Gəncəvidən sonra Türk, o cümlədən Azərbaycan ədəbiyyatında parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min illər insanlığın qəlbində, düşüncəsində, yaşayışında daşlaşmış ehkamları, bəzən incə, bəzən isə sərt şəkildə qaşıdı, dağıtdı.
Cavidin yaradıcılığı romantik ideyalar üstündə
qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və
tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik ki, Cavid yaradıcılığında reallıq romantik şəkildə elə
düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt realizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qay-ğılarından bəhs edən “Ana”, “Uçurum”, istər yerlə
göyün vəhdətini ifadə edən “Şeyx Sənan”, istər insan, mələk, Tanrı kimi fəlsəfi məsələlərini özündə əks etdirən “İblis”, “Peyğəmbər”, “İblisin intiqamı”, istərsə
də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu
“Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi əsərlərində oxuduğumuz və rastlaşdığımız həqiqətlərdən 7
utanmır, əksinə, dərs alır və bəzən də qürurlanırıq.
Bu, Cavid həqiqətidir, bu, Cavid fəlsəfəsidir, bu, Cavid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və
qürurla qucaqlaşmış, bütövləşmiş halı…
Cavid