ТОП просматриваемых книг сайта:
Ayna. Qan Turalı
Читать онлайн.Название Ayna
Год выпуска 0
isbn
Автор произведения Qan Turalı
Серия Çağdaş ədəbiyyat
Издательство Hədəf nəşrləri
Qocanın səsinə ayıldı. “Bəlkə deyirəm siz… O film… İndiki cavanlar hər şeyi bilirlər… Bəlkə o film yadınızda ola. Bir qız olur. Evə gəlir. Blokda yubkasını qaldırıb ayaqlarına dezodorant vurur. Sonra da evə girir. Evdə bir oğlanla yatağın üstündə atılıb düşürlər. Guya ki… Başa düşdün də. Sonra qonşu qapını döyür. Bəlkə baxmısan o filmə”.
Sərxoş adamlara məxsus aşırı diqqətlə qocanı dinlədi, dediklərindən məna çıxartmağa çalışdı, lakin anlamadı. “Siz nə soruşurdunuz? Başa düşmədim”. Qoca eyni sözləri təkrar edəndə başa düşdü ki, düz eşidib. “Hə, siz o filmi deyirsiniz”. Qoca açıqca sevindi: “Hə, adını bilirsinizsə, deyin. O filmi axtarıram. Qız blokda ayaqlarına dezodorant vurur. Sonra da…”. “Sizə o filmin necə bitdiyi lazımdır? Yoxsa nə?”. Qoca duruxdu: “Yox, mənə o filmin adı lazımdır”. “Neynirsiz o filmi?”. Qoca “İstəyirəm o filmə təzədən baxım, o filmin adı lazımdır mənə.” Telefonunu çıxartdı, amma inanmırdı bu qırıq-qırıq məlumatlarla filmin adını tapa bilə. Telefonun batareyası bitmişdi. Amma qocanı ümidsiz qoymaq istəmədi: “Telefon nömrənizi verin, kinodan yaxşı başı çıxan dostlarımdan soruşub sizə deyərəm”. Kişi cibindən qələm-kağız çıxartdı, nömrəsini yazıb ona verdi, sonrada təşəkkür edib uzaqlaşdı.
Taksi blokun qarşısında saxlayanda pilləkənləri çıxmağa həvəsi qalmadı. Siqaret heç bir ləzzət vermirdi, bədən bir neçə günlük nikotin tələbatını almışdı, amma yenə də ritualı pozmamaq naminə birini yandırdı. Orta yaşlı kişi yaxınlaşdı, məhəllənin avaralarından idi, gecəyarı da, səhər obaşdan da, nə vaxt baxsan həyətdə olurdu.
– Salam, qaqaş.
– Salam.
– Mənim quşumu görməmisən?
– Quş?
– Xallı quş, görməmisən?
– Görməmişəm.
Quşbaz başını yelləyib uzaqlaşdı. O da pilləkənləri çıxıb liftin düyməsini basdı, liftdən düşən iki oğlan “Bağışlayın, həyatı köçürdürük deyə lifti məşğul elədik” dedilər. Evə girib dəhlizdən qonaq otağına göz atdı, bir həftə bundan qabaqkı otaq idi, boş pivə butulkaları, başından bir az yeyilmiş çips qutusu, külqabıya çevrilmiş boşqablar. Bütün paltarlarını soyunub özünü yatağa saldı. Yerə tökülən qəpiklərə fikir vermədi.
Oyananda alatoran idi. Hamama girib duş aldı, mətbəxdən bir pivə götürdü. Yatağına uzandı. Telefonu yüklənməyəqoydu. Pivə içə-içə telefonu açdı. Qeydlər bölməsinə baxdı. Sonra da təqvimə. Bu gün tək gün idi. Operatorun yaddaşında qalan ismarıclar telefonuna tökülürdü, endirimlər, lotereyalar, kompaniyalar, ardınca cavabsız zənglər…
Kök qadın onu görən kimi gülümsəyib salam verdi. Divanda oturan qızlar isə sözlərini kəsib olduğundan daha gözəl görünməyə çalışdılar. Qızları bir-bir süzdü. Gedib uzaqdakı stolda oturdu. Kaş üzünü, ya da heç olmasa, gözlərini xatırlayaydı. Cibindən qələm çıxardıb salfet kağızda fotorobotlar çəkməyə başladı. Son çəkdiyi Hitlerə oxşadı, yanına svastika da çəkib salfeti külqabına atdı. Saçlarını sarıya boyamış arıq qızı çağırdı. Arxa otağa keçdilər. Hamama girdi, nəmli duş kabinin şüşəsinə “Nuray” yazdı. Qız yataqda onu gözləyirdi, o da qızın yanına uzandı. Sonra zəngi basıb bir şüşə viski istədi. Stəkanı doldurub başına çəkdi, ürəyi bulandı, özünü güclə saxladı. Yenə hamama girdi, su damcıları “Nuray”a hücuma keçmişdi, “N” hərfinin başı pozulmuşdu.
Viski şüşəsini götürüb yerinə qayıtdı, salfetləri qaldırıb fotorobotlara baxdı, yenə heç biri tanış gəlmədi. Qələmi götürdü, lakin əlləri sözünə baxmadı. Pivə istədi, bir qurtuma pivəni yarıladı, üstünü viskiylə doldurub qızın yanına qayıtdı. Qız yataqda hələ də çılpaq uzanmışdı. Kətildə oturub onu seyr elədi. Siqaret yandırıb parçı başına çəkdi. Cibindən kağıza bükülmüş marixuananı çıxartdı, siqaretlə yandırıb siqareti parça atdı. Uzaqlardan qulağına səs gəldi: “Çək nəşəni tüstüsü dağlara yayılsın”. Həyat kino lenti kimi gözlərinin önündən keçmədi, amma montajsız kadrlar gəldi qarşısına. Budur, doqquz yaşında, Kürün sahilindədir, lilləri ağac budağı ilə qarışdırır. Ya da on dörd yaşında məktəb yeməkxanasında SSRİ tarixi oxuyur. 11 yaşında bir qızla əl-ələ tutub dərsdən gəlir. Avtomatlı OMON-çular mindiyi avtobusun qarşısını kəsir. Uşaq vaxtı gördüyü yuxudu bu, göydə uçurdu. Dörd yaşlı mavi gözlü qızı xatırlayır. Bir qız onun qarşısına pivə qoyub otaqdan çıxır. Qızın çiyninə tökülmüş saçlarına baxır. Altı yaşında olanda qonşunun maşınının şüşəsini sındırması yadına düşür. Universitetin uzaq küncündəki hovuzun kənarında dayanıb göz yaşı tökdüyünü film kimi xatırlayır. Araq şüşəsi görünür: “Russkiy standart”. Qabağına qoyulan südlü sosislərə baxır. Uşaq vaxtı gördüyü zooparkı görür –ağ ayılar, qırmızı canavarlar, yorğun fil… Arıq polis, yanında dostu… O, parkda uzanıb. Yox, bu, daha xəyal deyil… Dostunun üzündə şən görünməyə çalışan pərt adamın ifadəsi vardı. Əlindəki butulkadan onun üzünə su çilədi, sonra polisin köməyi ilə onu maşına apardılar. Dostu elə hey danışırdı, arada qulağına nəsə çatırdı, lakin bu qırıq-qırıq sözlərdən söhbətin məzmununu anlamaq mümkün deyildi. Susuz idi, ac idi, bir cümlə qurub aclığını, susuzluğunu dostuna çatdırmaq istədi, lakin azğından “Görəsən, parkdakı ördəklər qışda harda qalır?” cümləsi çıxdı. Sonra bir müddət susdu, maşın işıqforda dayananda üzünü dostuna tutub dedi: “Acam!”. Dostu işıqfordan sola burulub kafenin qarşısında saxladı, içəri keçdilər. O, vitrindəki ayran bankasını başına çəkib hamısını içdi, salfetlə ağzını sildi. Qadın ofisiant içində kartof və toyuq qızartması olan iri tavanı onların qarşısına qoyan kimi toyuğun döşünü dişinə çəkərək yeməyə başladı. Yedikcə özünə gəlirdi, lakin doymurdu. Bir azdan çörək batırdığı tavanı ortalıqdan götürdülər. Qız süfrəyə kolbasa, pendir, dovğa, çoban salatı qoydu. Yedikcə üzündə tox insanlara xas məmnun ifadə yaranırdı. Qulağı səsləri ayırd edə bilirdi, nitqi qaydaya düşürdü, dostunun danışdıqlarını da anlayırdı. Süfrənin üstündə yeməyə bir şey qalmadığını görüb ofisiantı çağırdı. Ofisiant