ТОП просматриваемых книг сайта:
Haydi. Йоханна Спири
Читать онлайн.Название Haydi
Год выпуска 0
isbn 9789952244304
Автор произведения Йоханна Спири
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
Sebastyanla Tinetta şam yeməyi üçün süfrə açmışdılar. Nökər Klaranın arabasını itələyərək yemək otağına gətirdi və qızı arabadan qaldırıb masanın ətrafındakı stullardan birinə oturtdu. Frau Rottenmayer də Klaranın yanındakı stulda əyləşdi, Haydiyə isə işarə ilə başa saldı ki, üzbəüzdəki kətildə otursun.
Haydinin boşqabının yanında bir kömbə var idi: ağappaq, yupyumşaq. Haydi öz-özünə fikirləşdi: «Bu kömbəni nənəyə aparsam, çox yaxşı olar. Yaylaqdakı çörəklər bərkdir, nənənin dişi kəsmir. Bu kömbəni görüb çox sevinəcək». Sonra qızcığaz kömbəni götürüb cibində gizlətdi. Əlində yemək dolu qabla gələn Sebastyan bunu gördü, gülməmək üçün dodağını dişlədi.
Haydi ona baxıb qəfildən dedi:
– Sən lap Keçi Peterə oxşayırsan!
Bu sözləri eşidən frau Rottenmayer yerində donub-qaldı. Sonra hirsini birtəhər boğub dedi:
– Sebastyan, yeməkləri masaya qoyun! Uşağa gərək hər şeydən əvvəl nəzakət qaydalarını öyrədim.
Bunun ardınca Rottenmayer evdəki qulluqçularla necə davranmalı olduğu barədə Haydini uzun-uzadı tənbeh etdi. Qızcığaz mürəbbiyənin dediklərindən bircə onu başa düşdü ki, heç kimə «sən» deyə müraciət etmək olmaz.
– Amma mənə «sən» deyə bilərsən, – Klara gülərək dilləndi.
İndiyə kimi onun üçün şam yeməyi heç vaxt bu qədər şən keçməmişdi.
Daha sonra frau Rottenmayer Haydiyə süfrə başında özünü necə aparmalı olduğunu başa saldı: nə cür oturmalıdır, çəngəl-bıçağı əlində necə tutmalıdır, ona tərəf uzadılan qabdan necə və nə qədər yemək götürməlidir və sair.
Klara gülə-gülə Haydiyə baxırdı; qız frau Rottenmayerin uzun-uzadı danışığından yorulmuş, başını masaya qoyaraq yuxuya getmişdi.
Ağzı qızışan frau Rottenmayer handan-hana bunun fərqinə vardı və bərk əsəbiləşdi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.