ТОП просматриваемых книг сайта:
Alisa möcüzələr diyarında. Льюис Кэрролл
Читать онлайн.Название Alisa möcüzələr diyarında
Год выпуска 0
isbn 9789952243321
Автор произведения Льюис Кэрролл
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
Varsa əgər danışan,
az danışsın, az dinsin, sən qatil
və oğrusan, cəzan ölümdür sənin!”
Siçan qəzəblə Alisaya dedi:
– Sən diqqətsizsən! Nə haqda düşünürsən? Dillən bir görək!
– Bağışlayın, – deyə Alisa çox təvazökarlıqla cavab verdi. – Mən diqqətlə onu izləyirəm. Zənnimcə, siz beşinci döngəyə çatdınız.
Siçan əsəbiliklə qışqırdı:
– Sən hər şeyi tərsinə başa düşürsən! Məni hələ heç kim belə utandırmamışdır…
– USANMISINIZ! – Alisa düz eşitməyib onun sözünü kəsdi. Həmişə bacardığı qədər yaxşılıq etməyə hazır olan qız qayğıkeşliklə Siçana baxdı: – Ah, icazə verin nədən usandığınızı bilim!
Durub getmək istəyən Siçan dedi:
– Mənim heç nəyə ehtiyacım yoxdur. Sən boş danışığınla məni təhqir edirsən.
– Mən heç də bu niyyətdə deyildim! – deyə zavallı Alisa üzr istədi. – Siz çox tez inciyirsiniz!
Siçan cavab verməyib mırıldadı.
– Xahiş edirəm, geri qayıdın və əhvalatı danışıb qurtarın! – deyə Alisa onu çağırdı.
Hamı bir ağızdan ona qoşuldu:
– Bəli, xahiş edirik, qurtarın!
Siçan isə başını bulayıb tez çıxıb getdi.
– Çox təəssüf ki, onu saxlamaq mümkün deyil! – o gözdən itəndən sonra Lori ah çəkdi.
Qoca Yengəc də vəziyyətdən istifadə edib qızına dedi:
– Ah! Mənim əzizim! Qoy bu sənə dərs olsun, həmişə özünü saxlamağı bacar!
– Az danış, ata! – deyə qızı bir qədər kobud cavab verdi. – Sən ilbizi də özündən çıxartmağa qadirsən!
Heç kimə müraciət etməyən Alisa ucadan dedi:
– Əgər bizim Dina burda olsaydı, nə edəcəyimi bilərdim. Dina tez onu geri qaytarardı!
– Cəsarət edib soruşa bilərəmmi: o Dina kimdir? – deyə Lori soruşdu.
Alisa məmnuniyyətlə cavab verdi – sevimlisi barədə o, həmişə danışmağa hazır idi.
– Dina bizim pişikdir. Siz təsəvvür edə bilməzsiniz ki, o, siçanları necə məharətlə tutur… və… eh, bircə görəydiniz o, quşları necə qovur! O, balaca quşu bir saniyədə udur.
Bu sözlər bütün dəstəni həyəcana saldı. Bəzi quşlar o saat qaçdılar. Qoca Sağsağan büzüşə-büzüşə dedi:
– Mən hökmən evə getməliyəm, gecənin soyuq havası boğazıma ziyandır.
Sarıbülbül qorxa-qorxa balalarını çağırdı:
– Bura gəlin, mənim əzizlərim! Çox gecdir, siz indi gərək yatağınızda olaydınız.
Hərə bir bəhanə ilə qaçıb dağıldı. Alisa tək qaldı. O, kədərlə dedi:
– Mən Dinanı yada saldığım üçün çox heyifsilənirəm. Deyəsən, burda, aşağıda onu sevən yoxdur, buna baxmayaraq əminəm ki, o, dünyada ən yaxşı pişikdir. Ah, mənim əziz Dinam! Səni bir də görmək mənə qismət olacaqmı?! – Özünü tək-tənha hiss edən, tamam ruhdan düşən Alisa yenə ağlamağa başladı.
Bir az keçmiş o, yenə uzaqdan gələn zəif ayaq tappıltısı eşitdi və səbirsizliklə gözlərini qaranlığa zillədi. Qız hələ də bu ümiddə idi ki, Siçan öz qərarını dəyişib geri dönəcək, hekayətini nəql edib qurtaracaq.
IV fəsil
DOVŞAN BALACA BİLLİ EVƏ YOLLAYIR
Bu, Ağ Dovşan idi. O, yavaş-yavaş geri qaçırdı və sanki nəsə itirmiş kimi yolda hər şeyə diqqətlə baxırdı. Alisa onun donqultusunu eşidirdi:
– Hersoginya! Hersoginya! Ah, mənim əziz əllərim! Ah, mənim dərim, bığım! O əmr edəcək ki, məni öldürsünlər. Mütləq əmr edəcək, buna söz ola bilməz! Heç bilmirəm yelpiyi, əlcəkləri harda itirmişəm!
Alisa o saat başa düşdü ki, Dovşan yelpiyi və bir cüt ağ dəri əlcəyi axtarır, o da ürək açıqlığı ilə ətrafa göz gəzdirməyə başladı. Ətrafda heç nə yox idi – göldə üzməyə başladığı vaxtdan hər şey sanki dəyişmişdi – böyük zal, şüşəli masa, balaca qapı yerli-dibli yox olmuşdu.
Dovşan tezliklə Alisanın da nə isə axtardığını gördü və acıqla onu səslədi:
– Hey, Meri Anna, sən burda nə edirsən? Tez evə qaç, mənə bir cüt əlcək və yelpik gətir! Di tez ol!
Alisa elə qorxdu ki, Dovşanın səhv etdiyini belə deməyib o saat göstərilən səmtə qaçdı.
– O məni öz qulluqçusu bildi, – qız qaça-qaça dedi, – əslində, mənim kim olduğumu bilsəydi, çox təəccüblənərdi! Nə isə, yaxşısı budur, gedib yelpiyi və əlcəkləri ona gətirim. Əlbəttə, əgər tapsam.
Alisa elə bunu demişdi ki, qapısının mis lövhəciyində “A. Dovşan” adı həkk edilmiş təmiz, kiçik bir ev gördü. Qız qapını döyməmiş evə girdi, yüyürüb pilləkənlərdən qalxdı. O qorxurdu ki, əsl Meri Annaya rast gələcək və yelpiyi, əlcəkləri tapmamış evdən qovulacaq.
– Ağ Dovşanın qulluğunda olmaq nə qəribədir, – deyə Alisa öz-özünə dedi. – Güman edirəm ki, bir azdan Dinanın da buyruq qulu olacağam.
O təsəvvür etdi: “Miss Alisa! Tez ol, bura gəl, biz gəzməyə gedirik!” – “Bu saat, dayə! Mən siçan yuvasının keşiyini çəkməliyəm ki, Dina qayıdana qədər siçan qaçmasın…” Lakin Dina da insanlara Ağ Dovşan kimi hökm etsə, şübhəsiz, onu evdən qovarlar.
Bu zaman o, balaca, səliqəli otağa girdi. Pəncərənin yanındakı masada (güman etdiyi kimi) yelpik və iki, ya üç cüt çox kiçik ağ dəri əlcək vardı. Otaqdan çıxmaq istəyirdi ki, gözü güzgünün yanında duran balaca şüşə qaba sataşdı. Bu dəfə şüşədə “İÇ MƏNİ” sözləri yazılmış kağız yox idi. Amma buna baxmayaraq Alisa şüşəni açdı və dodağına apardı.
– Bilirəm ki, mən hər dəfə nə isə yesəm, ya içsəm, maraqlı hadisə baş verir. Görək indi nə olacaq. Zənnimcə, yenə böyüyəcəyəm: cırtdan boyda olmaq lap zəhləmi apardı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала,