Скачать книгу

gəmilərdə yaxşı nə tapılmışdısa, buraya daşınmışdı.

      Döşəməyə bahalı İran xalçaları salınmışdı. Divar çıxıntılarına bir neçə yaxşı Çin vazası qoyulmuşdu. Qara palıddan hazırlanmış oyma karnizlı qara divarlardan holland, ispan və italyan ustalarının: Velaskesin, Rubensin, Tisianın, flamand mənzərəçi rəssamı Teynerin gözəl şəkilləri asılmışdı. Burada marıta durmuş bir it etüdü vardı, yanında ipəkdən toxunmuş gözəl bir yapon şəkli asılmışdı. Şəkildə qarla örtülən ağac budaqlarına qonmuş durna və Fudziyama dağının konusu təsvir olunmuşdu.

      Böyük, dəyirmi stola on altıncı əsrə aid köhnə, təraşlı Venesiya vazaları, Direktoriya dövrünün bürünc şamdanları və çəhrayı rəngli bir neçə nadir balıqqulağı qoyulmuşdu. Üstünə donuz dərisi salınmış, kənarları qızıl haşiyəli mebel kayuta yaraşıqlı görkəm verirdi.

      Adanın qubernatoru Ferqus Sleyton isə kitab şkafına söykənib durmuşdu. O, digər sakinlərdən möhkəm bədən quruluşu, tərtəmiz qırxılmış sifəti və qəşəng kapitan kostyumu ilə fərqlənirdi.

      Bir az yastı burnu, iri çənəsi, ehtiraslı ağzı adamda elə də xoş təəssürat oyatmırdı. Boz, soyuq gözləri gələnlərə zillənmişdi. Dinməzcə və sakit-sakit onları süzür, sanki qonaqları öyrənir və özlüyündə nəsə götür-qoy edirdi. Bu, adamların talelərinə onların şəxsi arzu, zövq və maraqlarına məhəl qoymadan sərəncam verməyi öyrənmiş bir adamın baxışı idi. Baxışlarını Simpkinsin üzərində gəzdirib, görünür, onu diqqətəlayiq saymadan uzun müddət miss Kinqmana baxdı, nəzərlərini Qatlinqə, sonra yenə miss Kinqmana yönəltdi…

      Bu susqun baxışlar Viviananı utandırmış, Qatlinqi hirsləndirməyə başlamışdı.

      – İcazənizlə özümüzü təqdim edək: Recinald Qatlinq, miss Viviana Kinqman, mister Cim Simpkins. Qəzaya uğramış “Veniamin Franklin” paroxodunun sərnişinləri.

      Sleyton Qatlinqə əhəmiyyət vermədən hələ də miss Kinqmana baxırdı. Sonra ona yaxınlaşıb nəvazişlə salamlaşdı, əlini Qatlinqlə Simpkinsə saymazyana uzadıb oturmaq üçün yer göstərdi.

      – Hə, bilirəm, – dedi, – bilirəm.

      Sleytonun onların paroxodunun nə vaxt və harada qəzaya uğramasını dəqiqliklə deməsi Qatlinqi bərk təəccübləndirdi. Onların heç biri bu barədə adalılara bir kəlmə də deməmişdi.

      Sleyton miss Kinqmanla xüsusi bir iltifatla davranırdı.

      – Miss Kinqman, əgər təsadüf sizi bu kədərli adaya atıbsa, onda biz adalılar belə gözəl bir bəxşiş verdiyi üçün taleyə minnətdar olmalıyıq, – Sleyton hətta gülümsəmədən ağır bir kompliment dedi.

      – Təəssüf ki, mən belə rəftar edən taleyə təşəkkür etmək fikrində deyiləm, – miss Kinqman cavab verdi.

      – Kim bilir, kim bilir? – Sleyton müəmmalı tərzdə cavab verdi. – Burada ilk baxışdan göründüyü kimi həyat elə də pis keçmir, miss. Siz musiqi ilə məşğul olursunuz? Oxuyursunuz?

      – Bəli…

      – Əla. Gözəl. Siz burada gözəl erar13 royalı və zəngin not kitabxanası tapacaqsınız. Kitab da bəs edər. Adalılarımız arasında maraqlı adamlar var. Götürək elə bu Ternipi. Düzdür, o, xeyli düşüb, ancaq çox görüb, çox bilir, bir vaxtlar vəziyyəti yaxşı olub. İndi geriləyib, amma yenə də maraqlıdır. Biri də bu alman Lüders. O bizim tarixçimiz və alimimizdir. O bizim gəmidüzəltmə tariximizi öyrənir, axı bizim adamız əsl muzeydir, elə deyilmi?

      – Gəmidüzəltmə tarixi? Bu maraqlıdır, – Qatlinq dedi.

      – Bunun sizin ixtisasınızla əlaqəsi var? – Sleyton qıyılmış gözləri ilə ona baxıb saymazyana soruşdu.

      – Bəli, mən gəmidüzəltmə mühəndisiyəm, – Qatlinq cavab verdi.

      Miss Kinqman təəccüblə ona baxdı. O bunu bilmirdi.

      – Budur, sizin də maraqlı həmsöhbətiniz olacaq, mister…

      – Qatlinq.

      – Mister Qatlinq… Lüders bizi əhatə edən gəmilərdəki jurnalları və bütün ölənlərin ölümqabağı yazdığı məktubları toplayaraq çox maraqlı bir kitabxana düzəldib. Amma… bu materialları oxumağı məsləhət görmürəm. Düzdür, onlarca yazıçıya bəs edərdi, ancaq çox kədərlidir. Bu kitabxananı oxuyandan sonra Sarqas dənizi sizə Dantenin cəhənnəmindəki qatlardan biri kimi görünəcək.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Kil – gəmi gövdəsinin alt hissəsini təşkil edən və gövdə uzununa qoyulan tir

      2

      Şpanqout – gəmi gövdəsinin əsasını təşkil edən köndələn tir

      3

      Briq – ikidorlu yelkən gəmisi

      4

      Braşpil – gəmilərdə lövbəri qaldırmaq üçün mexanizm, bucurqad

      5

      Qulden – Hollandiyada gümüş pul

      6

      Bark – böyük yelkənli gəmi

      7

      Şxuna – iki və ya üçdorlu yelkənli gəmi

      8

      Tender – birdorlu yelkənli gəmi

      9

      Freqat – üçdorlu hərb gəmisi

      10

      Qalera – çoxavarlı qədim gəmi

      11

      Karavella – üç, ya dörddorlu yelkənli gəmi

      12

      Fulyar

Скачать книгу


<p>13</p>

Erar – musiqi alətləri düzəldən məşhur fransalı usta Sebastyan Erarın adından götürülmüşdür.