ТОП просматриваемых книг сайта:
Sindbadın yeddi səyahəti. Группа авторов
Читать онлайн.Название Sindbadın yeddi səyahəti
Год выпуска 0
isbn 9789952241105
Автор произведения Группа авторов
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
Bundan sonra içəri göz gəzdirdim, bir də gördüm mağaranın ortasında yumurta üstündə nəhəng bir ilan yatıb. Tüklərim biz-biz oldu, üzümü göyə tutub Allaha pənah apardım.
O gecəni göz yummadım. Gün doğanda mağaranın ağzına qoyduğum daşı qırağa itələyib içəridən çıxdım; elə bil sərxoş idim, yuxusuzluqdan, acından, çəkdiyim qorxudan başım hərlənirdi. Belə bir halda dərə boyunca gəzib-dolanmağa başladım. Elə bu vaxt bir iri parça ət qəfildən qabağıma düşdü. Ancaq yan-yörədə gözümə kimsə dəymirdi, mat qalmalı işdi. Birdən yadıma keçmiş tacirlərdən, səyyahlardan, uzaq səfərdə olanlardan eşitdiyim bir əhvalat düşdü. Nağıl eləyirdilər ki, almaz dağında çox qorxulu işlər olur, heç kəs o dağa yaxın düşə bilmir. Ancaq almaz daşları alıb-satan tacirlər oradan almaz yığmaq üçün hiylə qururlar: qoyunu kəsib soyurlar, ətini parça-parça doğrayıb təpənin başından dərəyə atırlar. Çiy ət dərəyə düşəndə almaz daşları ətə yapışır. Tacirlər bir yerdə gizlənib gün günorta olanacan gözləyirlər, ley, qartal ət parçasını caynağına alıb təpənin başına qaldırır; bu vaxt tacirlər daldadan çıxıb qışqırışırlar, quş əti orada atıb uçur; tacirlər gəlirlər, əti götürüb üstünə yapışan daşları qoparırlar. Əti qoyurlar qalır quşlara, heyvanlara, daşları götürüb aparırlar öz məmləkətlərinə. Bu cür hiylə işlətməsələr, almaz dağlarına heç kim yaxın düşə bilməz.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.