ТОП просматриваемых книг сайта:
Yağış adam. Леонора Флейшер
Читать онлайн.Название Yağış adam
Год выпуска 0
isbn 9789952243628
Автор произведения Леонора Флейшер
Серия Ekranlaşdırılmış əsər
Издательство Altun Kitab
– Budur, bu da mənim yurdum, doğma yuvam, – Çarli istehza ilə dedi.
Susanna maşından çıxdı. Senford Bebbittin daş sütunlu nəhəng evi onu heyrətə salmışdı. Qız ayaqlarını yerdən qopara bilmir, ağzını açıb evə baxırdı. Çarli bu sarayda böyümüşdü, lap yeniyetmə çağlarında öz həyatını qurmaq üçün yola çıxanadək burada yaşamışdı.
Çarli də maşından düşdü və çamadanı yük yerindən götürdü.
– Sən… bunu qoyub necə gedə bilərdin? – Susanna köks ötürdü.
Qız heç cür özünə gələ bilmirdi. Əvvəllər tanıdığı Çarli Bebbittlə bu cah-calalın sahibinin oğlu Çarli Bebbittin eyni adam olduqlarına inanmaqda çətinlik çəkirdi.
– Təşəkkür edirəm, – Çarli qısaca cavab verdi.
– Heç vaxt ağlıma da gətirməzdim.
Çarli qulaq asmırdı. O, çamadanı yerə qoyub çardağın altında, evdən qaraja gedən yolda qoşa dayanmış avtomobillərə tərəf gedirdi. Bunlardan biri gümüşü-şabalıdı «rolls-roys» idi. Amma Çarlinin diqqətini ikinci maşın – üstü açılıb-örtülən, 1949-cu il istehsalı olan «byüik roudmaster» cəlb etmişdi.
Bu, quyruqlu brontozavrlara bənzəyən əjdaha-maşınların yenicə meydana çıxdığı gözəl bir il idi.
Şirəli krem rəngində, qayğıkeş əllərin sürtüb parıldatdığı «byüik» bərq vururdu. Maşının bir dənə də olsa qüsuru yox idi – zil qara təkərlərindən tutmuş al-qırmızı dəri oturacaqlarına qədər, kapotun üstündəki qalxanlarından tutmuş radiatorun dişli barmaqlıqlarına qədər, quyruğundakı firma nişanından tutmuş maili qabaq şüşəsinə qədər büsbütün göz oxşayırdı. O, ecazkar idi, qeyri-adi, kübar görünüşü vardı və Çarlinin maşına baxanda ürəyi açılırdı.
Susannanın isə ikirəngli «rolls-roys»a gözü düşmüşdü.
– Atan birjada makler işləyib?
– O, investisiya bankının sahibi idi, – Çarli gözünü «byüik»dən çəkmədən cavab verdi. – Bu qəbildən olan iş adamları böyük zövqlə geyinməkləri ilə başqalarından fərqlənirlər.
Çarli məhəbbətlə «byüik»in yanlarını sığalladı. Susanna da nəzərlərini «rolls-roys»dan ayırıb «quyruqlu əjdaha»ya dikdi.
– Əla arabadır, – heyranlıqla dedi.
– Özümü tanıyandan bu maşın yadımdadır, – Çarli gülümsədi və əlavə etdi. – Amma ömrümdə cəmi bircə dəfə onun sükanı arxasında oturmuşam.
Çarlinin səs tonu Susannanı ona tərəf dönməyə məcbur etdi. Ancaq Çarli üzünü çevirib susdu.
Ətrafına daş düzülmüş, sonu görünməyən uzun ləkdə sıra ilə qızılgül kolları əkilmişdi. Susanna gülləri çox sevirdi və onlardan yaxşı başı çıxırdı. Qız ləkdə bir neçə nadir qızılgül növünün olduğunu sezdi: çoxu solmaq üzrə idi, yarpaqlarını toz basmışdı, ləçəklərinin ucları büzüşmüşdü.
– Sulamaq lazımdır. Ölürlər.
Çarli ikrahla qızılgül kollarına nəzər saldı, sanki baxışları ilə onları qurutmaq istəyirdi.
– Sən bunlara görə narahat olma, – o, Susannanın sözünü kəsdi.
Çarlidən gün ərzində daha bir gözlənilməz hərəkət! Onun bu yazıq kollarla nə düşmənçiliyi ola bilərdi?
Susanna pilləkənləri qalxdı və giriş qapısının ağzında Çarlinin arxasında dayandı. Gənc Bebbitt lazım olan açarı tapıb uzun illərdən sonra doğma evinin qapısını açdı. İçəri girən kimi Susannanın heyrətdən gözləri böyüdü. Geniş zalın ortasında ikinci mərtəbəyə aparan böyük mərmər pilləkən var idi. Divarlara hər birinin boyu üç metrə çatan, barokko üslubunda çərçivələrə salınmış güzgülərdən üz çəkilmişdi. Çərçivələr qızıl suyuna salınmışdı. Güzgülər elə yerləşdirilmişdi ki, Çarlinin və Susannanın əksləri sonsuzluğa qədər uzanırdı. Hər şey Renessans dövrünün rəsm əsərlərindəki səhnəni xatırladırdı. Ev boş idi. Senford Bebbittin xatirəsinə hörmət əlaməti olaraq dəfn günündə bütün qulluqçulara istirahət vermişdilər.
Çarli qonaq otağının qapısını itələdi. Mebel yağının qoxusu havası dəyişdirilməmiş salonun iyinə və ağır pərdələrin tozuna qarışıb burunları qıcıqlandırdı. Bu hündür pərdələri hər gün təmizləsən də, qırçınların arasına dolmuş bütün tozu sorub çıxarmaq olmurdu.
Bahalı Şərq xalçaları ilə bəzədilmiş qonaq otağının ucu-bucağı görünmürdü. Susanna sanki xalça okeanına düşmüşdü, qırmızı ağacdan əntiq mebellərin arası ilə üzürdü.
Divarlardan çoxlu rəsm əsərləri asılmışdı. Onların çərçivələri qızıl suyuna salınmışdı. Demək olmazdı ki, bunlar hamısı möhtəşəm, orijinal əsərlər idi, amma ev sahibinin keçmiş əzəməti və zəngin mirası haqqında tam təsəvvür yaradırdı, eyni zamanda evi bürümüş sükutu və kədəri daha qabarıq nəzərə çarpdırırdı. Təsəvvürə də gətirmək mümkün deyildi ki, bu nəhəng otaqda nə zamansa gülüş sədaları, uca səslər eşidilib, sevgi dolu sözlər söylənilib. Bu məkan hisslərin yaşandığı yox, hadisələrin cərəyan etdiyi bir meydana bənzəyirdi. Ancaq bir həqiqətdir ki, nə zamansa bu yerdə də hisslər, özü də çox güclü hisslər yaşanmışdı. Çarli buna şahidlik edə bilərdi.
Gənc mister Bebbitt qapıda dayanıb qonaq otağını qarış-qarış nəzərdən keçirirdi.
– Sənə nə olub? – Çarlinin sifətinin ifadəsindən heç nə başa düşə bilməyən Susanna soruşdu.
Çarli qıza baxmadı, özü ilə danışırmış kimi pıçıldadı:
– Mən ona evi tərk etdiyimi deyəndə bax burada dayanmışdım… O isə oturmuşdu… Bax, orada oturmuşdu.
Çarli başını yellədi, sanki birdən-birə qulaqlarına dolmuş səsləri, beyninə hakim olmuş xatirələri silkələyib yerə tökmək istəyirdi. Sonra o, Susannanın əlindən yapışdı, evi gəzdirdi: geniş mətbəxləri, yeməkxananı, kitabxananı, ikinci mərtəbədə sayı-hesabı bilinməyən yataq otaqlarını göstərdi. Birinci mərtəbədə iki mətbəx, hərəsinin də öz qulluqçuları, aşpazları var idi. Yeməkxananın divarlarına iri şamdanlar pərçimlənmişdi, iyirmi nəfərlik uzun masanın üstündən isə büllur çilçıraq asılmışdı. Zəngin kitabxanada tavana çatan rəflərdə dəri üzlüklü kitablar düzülmüşdü, əksəriyyətinin adı qızıl suyu ilə yazılmışdı. Hər yataq otağında buxarı, enli çarpayı, mərmər vanna, əlüzyuyan qoyulmuşdu.
Susannanın isə üçüncü mərtəbədəki kiçik otaqdan daha çox xoşu gəlmişdi. Çarli bu evdən çıxıb gedənə qədər həmin otaqda yaşamışdı. Açıq-aşkar görünürdü ki, yeniyetmə çağlarında