Скачать книгу

bütün kişilərinin qətlə yetirilməsini əmr edib;

      10) düşmənlərindən biri olan romalı Fabinin qurduğu tələdən qurtulmaq üçün 5 min əsiri öldürtdürüb və s.

      Bu ittihamların bir çoxunun yalandan ibarət olduğunu asanlıqla sübut etmək mümkündür. Bir az da dəqiqləşdirsək, Mommzenin5 də vurğuladığı kimi bu «mənfur uydurmaların əksəriyyəti öz özünü təkzib edir». Məsələn, götürək elə Hannibalın romalı Fabinin qurduğu tələdən çıxmaq üçün 5 min hərbi əsiri qətlə yetirdiyi barədə ittihamı… Həmin ittihamın həqiqətlə əlaqəsi yoxdur, çünki obyektivliyi şübhə doğurmayan bir çox tarixi mənbələrdə 5 min əsirdən yox, 2 min öküzdən söhbət gedir. Belə ki, buynuzlarına kösöv bağlanan öküzlər romalıların diqqətini yayındırır və Hannibal başqa yolla aradan çıxa bilir. O ki qaldı Nuseriya ağsaqqallarına, onlar şəhər hamamlarında boğula bilməzdilər, çünki həmin dövrdə sadəcə oturaq vannalar mövcud idi. Onları boğmağa imkan verəcək məşhur Roma hamamları çox sonralar peyda olmuşdu.

      Saqunt sakinləri isə gerçəkdən qul kimi satılmışdılar, lakin bunda təəccüblü heç nə yox idi. Belə ki, qədim dövrlərdə ələ keçirilən düşmən şəhərlərinin yağmalanması, sakinlərinin isə qul kimi satılması adi hal sayılırdı.

      Ədalət naminə qeyd etmək lazımdır ki, Hannibalın ünvanına söylənən ittihamların bəziləri doğrudur. Sərkərdənin Saquntu ələ keçirərkən çağırış yaşına çatmış bütün kişiləri qətlə yetirməsi faktı həqiqətə yaxındır. Bununla belə Livi yazır ki, həmin qırğın başlanmazdan öncə Hannibal onlara xilas olmaq üçün şans verib. Bunun qarşılığında saquntlu kişilər könüllü təslim olmalı, mal-mülklərini təhvil verməli və başqa yerə köçməli idilər. Lakin qarşı tərəf həmin şərtlə razılaşmayıb və son nəfəsinədək mübarizə aparıb. Onlar hətta karfagenlilərin əlinə keçməməsi üçün öz doğmalarını qətlə yetirir və malikanələrini yandırır-dılar. Livi etiraf edir ki, Hannibalın, demək olar, başqa seçimi yox idi. Üstəlik, saquntlu kişilər istənilən halda döyüşdə həlak olacaqdılar. Bir də Livi Hannibalı Arpidən olan Dari və ailəsinin diri-diri yandırılmasını əmr etməkdə günahlandırır. Tarixçi eyni zamanda xəbər verir ki, həmin adam şəhəri romalılara satmaq istəyən fərari və mənfur düşmən olub. Odur ki Hannibal başqalarına dərs olsun deyə, bu satqını və ailəsini diri-diri yandıra bilərdi.

      Bir çoxlarının fikrincə, Polibinin karfagenli sərkərdə barədə ittihamlarına daha ciddi yanaşmaq lazımdır, çünki o, bir çox hadisələrin canlı şahidi olmuşdu. Polibi Hannibalın iki dəfə qəddarlıq nümayiş etdirdiyini söyləyir. O deyir ki, Trazimen döyüşündən sonra Hannibalın döyüşçüləri Umbriya və Pisenanı boşaldarkən daha çox dinc sakinləri qətlə yetiriblər. Müəllif təsdiqləyir ki, Hannibal bir neçə italyan şəhərinin sakinlərini qovub və döyüşçüləri həmin adamlarla qəddar davranıb. Lakin, görəsən, dinc əhalini alçaltmağı, qətlə yetirməyi sərkərdə əmr edib yoxsa bu cinayətlərin səbəbi ayrı-ayrı əsgərlərin özbaşınalığı və nizamsızlığı olub?! Hannibalın əsgərlərinə günahsız adamları qətlə yetirməsini əmr etdiyinə inanmaq çətindir. Unutmayaq: elə Polibi özü, həmçinin, Livi və Plutarx başda olmaqla əksər nüfuzlu tarixçilər onun hətta əsirlərlə belə insafla davrandığını qeyd edir.

      Maraqlıdır ki, romalı tarixçilər Hannibalın qəddarlığını qabartdıqları halda romalıların da insanlarla amansız davrandığını gizlədə bilmirlər. Hətta bir çox əsərdə romalıların daha qəddar olduğuna şəkk-şübhə qalmır. Məsələn, onlar Kapuyanı ələ keçirdikdən sonra senatorları edam edib, siravi vətəndaşları isə qul kimi satmışdılar. Bununla kifayətlənməyib lap axırda isə şəhəri xaraba qoymuşdular. İndiki İtaliyanın cənubundakı Lokra şəhərində törədilən qırğın isə hətta Roma senatını da pərt etmişdi. Romalılar Kazilini ələ keçirdikdə əsirləri qılıncdan keçirməyəcəklərini vəd etsələr də, vur-tut ilk əlli nəfərə toxunmadılar. Yerdə qalanları öldürdülər. İspaniyada və Oronqisdə romalı əsgərlər silahsız, əliyalın sakinləri belə qətlə yetirirdilər. Baxmayaraq ki, onların nə müqavimət gücü, nə də fikri vardı. Siciliyada isə könüllü təslim olmuş şəhər sakinləri bir nəfər kimi qılıncdan keçirilmişdi. Onlar bunu düşməni dəhşətə gətirmək məqsədilə edirdilər. Odur ki romalıların tutduqları şəhərlərdə təkcə insan meyitlərinə deyil, ikiyə bölünmüş heyvan cəsədlərinə də rast gəlmək olardı. Bu qarşı tərəfdə xof və dəhşəti gücləndirmək üçün lazım idi…

      Buradan belə nəticəyə gəlmək olar ki, romalılarla müqayisədə Hannibal daha insanpərvər olub. O, qalib gəldiyi romalı sərkərdələrin dəfnini belə təşkil edirdi. Həmin sərkərdələrin arasında Flamini, Emili Pavel, Semproni Qrakx və Mark Marsell kimi qədim Romanın nüfuzlu qoşun başçıları vardı. Açıq danışmaq lazımdır: Hannibalı Metavr çayı sahilində Hasdrubala qalib gələn romalı sərkərdə Klavdi Neronla necə müqayisə etmək olar? Neron Hasdrubalın başını kəsib Kapuyaya gətirmiş, sonra da Hannibalın düşərgəsinə atmışdı. Bundan sonra karfagenli sərkərdəni romalılardan daha qəddar təqdim etmək nə qədər ədalətlidir?

      Hannibal, sözsüz ki, romalıları dəfələrlə alçaldıb və aşağılayıb. Odur ki Roma tarixçiləri öz əsərlərində bunun qisasını almağa çalışıblar: karfagenli sərkərdənin xarakterini şüurlu şəkildə təhrif ediblər. Lakin Hannibalın hərbi zəkasını və bacarığını gizlədə bilməyiblər. O ən yaxşı romalı sərkərdələrlə döyüşüb və qalib gəlib. Üstəlik, romalılarla müqayisədə karfagenlilərin ordusunda heç vaxt nə qiyam, nə də fərarilik baş verməyib.

      Kimsə inkar edə bilməz: Hannibal əla taktikaçı, mahir komandan və Romanın tarixboyu qarşılaşdığı ən güclü düşmən olub.

      Hannibalın ordusu

      Karfagenin nizami ordusu yox idi. Zərurət olanda karfagenlilər külli miqdarda pul xərcləyərək çağırışçı və muzdlulardan ibarət ordu yaradırdılar. Karfagenin təxminən 2500 silahlı vətəndaşdan ibarət Müqəddəs dəstəsi vardı. Bu silahlı dəstə daimi olsa da, böyük ehtimalla dövrümüzdəki polis rolunu oynayırdı. Müharibələr zamanı isə Müqəddəs dəstə ordu ilə birgə hərəkətə keçirdi. Məsələn, M.ö. 341–311-ci illərdə Siciliya döyüşündə olduğu kimi…

      Ehtimal edilir ki, zərurət yarandıqda çağırışçı və muzdlulardan ibarət ordu elə Müqəddəs dəstənin əsasında yaradılırdı. Məsələn, Appian xəbər verir ki, Karfagendə 24 min piyada əsgər üçün kazarmalar və 4 min atla 300 fil üçün tövlələr tikilmişdi.

      Karfagenlilər muzdlulardan istifadəyə xüsusi önəm verirdilər. Belə ki, Yunanıstanla Romadan fərqli olaraq Karfagendə kiçik fermerlər az idi və onlar ordunu lazımi sayda döyüşçülərlə təmin edə bilməzdilər. Torpaqların böyük hissəsi zadəganların əlində idi ki, onlar da ordunun cins atlarla təminatını üzərlərinə götürürdülər. Karfagenin sərəncamında xeyli afrikalı təbəə vardı. Sonralar ispan təbəəsi və müttəfiqləri, digər Karfagen şəhər və kəndlərinin sakinləri də ordu sıralarına cəlb edilməyə başlandı.

      Bəs ayrı-ayrı zamanlarda Karfagen ordusunun nə qədər döyüşçüsü olub? Məsələn, M.ö. 255-ci ildə Baqradas çayının vadisində baş verən döyüşdə Karfagenin tərəfində 12 min piyada döyüşçü vuruşub. Sonralar Haminkar

Скачать книгу


<p>5</p>

Teodor Mommzen (1807 – 1903) – alman tarixçisi, filoloq və hüquqşünas. 1902-ci ildə «Roma tarixi» əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.