ТОП просматриваемых книг сайта:
Hekayələr. О. Генри
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952241778
Автор произведения О. Генри
Серия Hekayə ustaları
Издательство Altun Kitab
7
Hatteras burnu – ABŞ-ın Şimali Karolina sahilində burun. Gözlənilməz tufan, duman və burulğanları olduğu üçün buraya “Gəmi qəbiristanlığı” da deyilir. Dünyanın ən böyük mayaklarından (60,5 m) biri buradadır.
8
Qorn burnu – Cənubi Amerikanın Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Qorn adasının sahilində yerləşən bu burun 1616-cı ildə holland səyyahları tərəfindən tapılıb.
9
Labrador – Şimali Amerikada yarımada
10
Maestri (1779-1812) – italyan rəssamı, neoklassisizm cərəyanının nümayəndəsi
11
Benvenuto Çellini (1500-1571) – İntibah dövrünün görkəmli italyan heykəltəraşı, zərgəri, rəssamı, musiqiçisi
12
Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi
13
Düym – 2,54 sm-ə bərabər uzunluq ölçüsü
14
Panel – divarın aşağı hissəsindəki haşiyə
15
Portyer – qapı və pəncərə pərdəsi
16
Qraf Monte Kristo – Aleksandr Dümanın macəra dolu romanının qəhrəmanı
17
Obelisk – sütun şəklində daş abidə
18
Xoral – kilsədə xor şəklində oxunan dua
19
Filantropiya (yunan. – insanı sevmək) – xeyriyyə işləri ilə məşğul olmaq, ehtiyacı olan insanlara yardım etmək
20
Protoplazma (yunan. – ilk, birinci) – canlı toxuma, hüceyrə. Bu termin ədəbiyyata 1839-cu ildə gətirilib və XX əsrin əvvəllərinə qədər bədii ədəbiyyatda da geniş istifadə olunurdu.
21
Şükranlıq günü – rəsmi amerikan bayramı; Yeni Dünyada ilk məhsul yığımı şərəfinə (noyabrın axırıncı cümə axşamı) Yeni İngiltərənin kolonistləri tərəfindən təsis edilmişdir.
22
Oladya – buğda unundan hazırlanmış kökə
23
“Ütü” göydələni (ing. Flatiron Building) – 1902-ci ildə Nyu-York şəhərində inşa edilib. Memarı Daniel Bernhemdir. 82 m-lik bina vaxtilə dünyanın ən hündür göydələni hesab olunurdu. Bina öz formasına görə öndən ütüyə bənzəsə də, maraqlıdır ki, yandan və arxadan adi, dördkünc tikiliyə bənzəyir, başqa sözlə, vizual aldadıcı görkəmi var. Dünyanın 11 ən yaxşı binası siyahısında özünə yer eləyə bilib.
24
Milan kilsəsi – İtaliyanın ən gözəl memarlıq nümunələrindən biridir. Bu, Avropada mərmərdən hazırlanmış və qotika üslubunda yeganə kilsədir. Kilsənin tikilişi 1386-cı ildə başlasa da, 1765-1769-cu illərdə inşaat işləri başa çatmış, fasadı isə XIX əsrdə tamamlanmışdır. Kilsənin hündürlüyü 106,5 metrdir.
25
Reqaliya – hökmdarlara məxsus olan əşya
26
Basil – mikrob
27
Kotilyon – qədim rəqs növü
28
Manhetten qəbiləsi – yazıçı burada satirik kinayədən istifadə edir. Əslində, Manhetten Nyu-Yorkun zəngin adamlarının yaşadığı ən nüfuzlu hissəsidir (red.).
29
Viqvam – maral dərisindən tikilmiş hindu çadırı
30
Monokl – eynək və ya pensne əvəzinə göz çuxuruna qoyulan bir göz üçün dairəvi optik şüşə
31
Mikelancelonun Moiseyi – italyan rəssam və heykəltəraşı Mikelancelonun 1513-1516-cı illərdə işlədiyi Musa peyğəmbərin heykəli. Oturaq vəziyyətdəki mərmər heykəlin hündürlüyü 235 sm-dir.
32
Portveyn – şirin şərab növü
33
Mil – 1609 metrə bərabər uzunluq vahidi
34
Romalı burnu – qartal burun. Əsasən, Aralıq dənizi hövzəsində, Şərqdə və Qafqazda belə burunlu insanlara rast gəlinir.
35
Mops – vətəni Çin olan yastıburun it cinsi
36
Əl dəsmalını yerə atmaq – XX əsrin əvvəllərinədək qadınlar xoşlarına gələn, tanış olmaq istədikləri kişiyə işarə vermək üçün ad və soyadlarının üzərinə toxunduğu əl dəsmalını həmin kişi götürsün deyə yerə salardılar (red.).
37
“İliada” – antik yunan ədibi Homerin əsəri
38
İntibah, Renessans (fr. Renaissance, ital. Rinascimento – "Yenidən doğulma") – Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü.