ТОП просматриваемых книг сайта:
Baskervillərin iti. Артур Конан Дойл
Читать онлайн.Название Baskervillərin iti
Год выпуска 0
isbn 9789952241068
Автор произведения Артур Конан Дойл
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Siz də elmli bir adam olduğunuz halda, inanırsınız ki, bu, mistik bir qüvvədir?
– Mən heç özüm də bilmirəm nəyə inanım.
Holms çiyinlərini qısaraq dedi:
– Bu vaxta qədər mənim xəfiyyəçilik fəaliyyətim bu dünyadan kənara çıxmamışdır. Mən öz gücüm və imkanlarım dairəsində şərlə mübarizə edirəm; lakin şəri yaradanın özünə qarşı çıxmaq, yəqin ki, mənim tərəfimdən həddindən artıq böyük bir cəsarət olardı. Doktor Mortimer, əgər mistikaya inanırsınızsa, onda nə üçün mən sizə lazım olmuşam? Sözlərinizdən belə çıxır ki, ser Çarlzın ölümünün səbəbini təhqiq etmək faydasız bir işdir, eyni zamanda bu işə girişməyi məndən xahiş edirsiniz.
– Mən belə bir şeyi sizdən xahiş etməmişəm. Əslində, mən sizin yanınıza məsləhətə gəlmişəm. Məsələ burasındadır ki, Baskervillərin yeganə varisi olan ser Henri Baskervil düz bir saat on beş dəqiqədən sonra Vaterloo vağzalına gələcək. Mən ona nə deməliyəm? Ser Çarlzın ölümündən sonra biz yoxlayıb bildik ki, Henri Baskervil Kanadada, öz fermasının təsərrüfatı ilə məşğuldur. Aldığımız məlumata görə, o, çox gözəl, çox ləyaqətli, cavan bir adamdır. Mən indi bir həkim kimi deyil, ser Çarlz tərəfindən vəkil edilmiş bir adam kimi danışıram.
– Varislik iddiasında olan bir başqası yoxdur ki?
– Xeyr, yoxdur. Biz bu ailə barəsində bəzi şeylər öyrənə bildik. Onlar üç qardaşmış. Ortancıl qardaş cavan yaşlarında ölmüşdür. Henri onun oğludur. Kiçik qardaş Rocer isə ailədə fərsiz övlad hesab edilirmiş. O, bir neçə il əvvəl Mərkəzi Amerikada qaraqızdırmadan ölmüşdür. Henri – Baskervil nəslinin axırıncı nümayəndəsidir. İndi, mister Holms, siz mənə məsləhət verin görüm, mən onunla nə edim?
Holms fikrə getdi. Nəhayət, o belə dedi:
– Ser, məsləhət görürəm ki, təkatlı ekipaj çağırasınız, qapının ağzında atılıb-düşən spanieli götürüb ser Henri Baskervili qarşılamaq üçün vağzala gedəsiniz.
– Sonra?
– Sonra siz mənim gələcək işlər üçün nə kimi plan tökəcəyimi gözləyəcəksiniz. Bu vaxta qədər də varisə heç bir şey söyləməyəcəksiniz. Doktor Mortimer, siz sabah səhər saat onda bura gəlsəniz, ser Henri Baskervili də özünüzlə bərabər gətirsəniz, mən sizə çox minnətdar olaram. Mən gərək onunla tanış olam.
– Yaxşı, mister Holms.
Doktor Mortimer otaqdan çıxdıqdan sonra Holms divanın küncündə oturub gülümsədi; həmişə onun qarşısına ona layiq olan bir məsələ çıxanda onun üzündə razılıq ifadə edən sakit bir təbəssüm görünərdi.
– Uotson, gedirsiniz?
– Bəli, gedirəm, onsuz da mənim sizə bir köməyim dəyməyəcək.
– Yox, dostum, işə başlayanda mən sizə kömək üçün müraciət edəcəyəm. İndi isə gedin, axşam görüşəndə bu məsələ ilə bağlı fikirlərimi sizə söyləyəcəm.
Mən bilirdim ki, belə məqamlarda Holmsu təkbaşına buraxmaq lazımdır. Buna görə də bütün günümü klubda keçirtdim, ancaq axşam saat doq-quza yaxın Beyker-stritə qayıtdım.
Qonaq otağının qapısını açanda qorxudan duruxub dayandım. «Olmaya içəridə yanğın var?» – deyə düşündüm. Otağa o qədər tüstü dolmuşdu ki, lampa işığı bu tüstünün arasından güclə görünürdü. Elə o saat çox bərk və ucuz tütünün acı tüstüsü burnuma doldu, boğazım o saat göynədi. Tüstü arasından, kresloda rahatca oturan Holmsu güclə gördüm. O, xalat geymişdi, qara, saxsı çubuğu ağzında tutmuşdu. Holms məni görüb dilləndi:
– Uotson, bu, çox qəribə əhvalatdır. Xüsusilə onun bəzi xırda cəhətləri; məsələn, ayaq izlərinin dəyişməsi! Mortimer deyirdi ki, ser Çarlz xiyabanın bu hissəsini pəncəsi üstə getmişdir. Siz bunu necə izah edirsiniz?
– Bilmirəm… Adam axı öz bağında niyə pəncəsi üstə gəzsin?
– Uotson, o yüyürmüşdür. Canını qurtarmaq üçün var gücü ilə qaçmışdır! Burda başqa bir dolaşıq məsələ var: ser Çarlz həmin axşam kimi gözləyirmiş və nə üçün bu görüş onun evində deyil, xiyabanda olmalı imiş?
– Siz elə zənn edirsiniz ki, o kimi isə gözləyirmiş?
– Bir özünüz fikirləşin: niyə xəstə adam rütubətli havada xiyabanın qapısı qabağında boş-boşuna beş dəqiqə, ya bəlkə, on dəqiqə durmuşdur? Uotson, görürsünüzmü, məsələ necə dolaşıqdır… İndi, xahiş edirəm, skripkanı mənə verin, gəlin daha bu məsələ barədə fikir çəkməyək, ümid edək ki, sabah doktor Mortimerin və ser Henri Baskervilin gəlişi bizə düşünmək üçün yeni qida verəcəkdir.
Dördüncü fəsil
Ser Henri Baskervil
Biz səhər yeməyini erkən yedik. Holms xalatını geyib qonaqları qəbul etməyə hazırlaşdı. Saat onu vuran kimi gənc baronetin müşayiəti ilə doktor Mortimer otağa girdi.
Henri Baskervilin otuz yaşı olardı. O, ortaboylu, enlikürəkli, möhkəm bədənli idi. Onun sıx, qara qaşları, qonur gözləri cəsarətlə bizə baxırdı. İdman biçimli qəhvəyi kostyumu, günəşdən, havadan qaralmış qarayanız dərisi göstərirdi ki, bu adam evdə oturan kişilərdən deyil. Eyni zamanda sakitlik və inam ifadə olunan duruşu onun həqiqi bir centlmen olduğunu göstərirdi.
Doktor Mortimer onu bizə təqdim etdi.
– Ser Henri Baskervil.
Baronet dedi:
– Mister Holms, əgər mənim dostum sizin yanınıza gəlməyi mənə təklif etməsəydi, mən özüm gələcəkdim. Deyirlər ki, siz cürbəcür dolaşıq məsələləri açmağı bacarırsınız; bu gün səhər mən elə bir şeyə rast gəlmişəm ki, bunu açıb həll etməyə mənim gücüm çatmaz.
– Ser Henri, əyləşin. Əgər mən sizi düz başa düşmüşəmsə, görünür, Londonda sizin başınıza çox da adi olmayan bir hadisə gəlmişdir, eləmi?
– Mister Holms, mən buna çox da əhəmiyyət vermirəm. Yəqin, kimsə mənimlə zarafat edib. Bu gün səhər mənə belə bir məktub gəlib – əgər buna məktub demək mümkündürsə…
O, stolun üstünə bir zərf qoydu. Zərfin üzərində – «Norsamberlend» mehmanxanası, ser Henri Baskervilə» sözləri yazılmışdı.
Holms sınayıcı bir nəzərlə qonağa baxaraq soruşdu:
– Sizin «Norsamberlend»ə düşəcəyinizi bilən vardımı?
– Bunu heç kəs bilmirdi. Mən ancaq doktor Mortimerlə görüşdükdən sonra harada