Скачать книгу

nəticənin səbəbini izah etməliyik», – o, belə yazırdı. Bir çox başqa sahələrdə olduğu kimi, bu məsələdə də Leonardo öz müasirlərini qabaqlamışdı. Da Vinçi elə bir dövrdə yaşayırdı ki, əksəriyyət şübhələrini dilə gətirməkdən, sual verməkdən və müstəqil təcrübə aparmaqdan çəkinirdi. Erkən intibah dövrünün humanistləri belə antik müəlliflərin mülahizələrini kor-koranə təkrarlayır, onları sınaqdan keçirmək barədə düşünmürdülər. Leonardo bu ənənəni sındırdı və bəyan etdi ki, elmi mülahizələr yalnız təcrübəyə əsaslanmalıdır. Da Vinçi öncə qanunauyğunluqları aşkarlayır, sonra müşahidələr və təcrübənin köməyi ilə onların nə dərəcədə əsaslı olub-olmadığını yoxlayırdı.

      Leonardo maraqlı fenomenləri araşdırmaq üçün cürbəcür qurğular düzəldir, yeni-yeni üsullar fikirləşib tapırdı. Əlyazmalarından görünür ki, o heç vaxt yerində saymayıb. Fikirlərini, dünyagörüşlərini davamlı şəkildə təkmilləşdirib. 1490-cı illərdə Leonardo mütaliəyə ciddi vaxt ayırırdı; o, saysız-hesabsız kitab oxuduqdan sonra başa düşdü ki, yalnız təcrübədən alınan nəticələrlə kifayətlənmək doğru deyil. Bəzi hallarda nəzəri məsələlərə diqqət ayırmaq lazımdır, hətta qaçılmazdır. Çox keçmədən isə da Vinçi yalnız təcrübəyə bel bağlayan, heç bir nəzəri biliyi olmayan adamlara yuxarıdan aşağı baxırdı. «Elmsiz təcrübəyə meyil edən adam sükanı və kompası olmayan gəmiçiyə bənzəyir: hara getdiyini özü də bilmir», – o, 1510-cu ildə yazırdı.

      Beləliklə, Leonardo XVI–XVII yüzilliklərdə yaşayan Qalileydən xeyli əvvəl, təcrübəni nəzəriyyə ilə uzlaşdıran ilk Qərb mütəfəkkirlərindən biri kimi müasir elmi inqilabın əsasını qoydu.

      Müşahidələr aparmaqla nəzəri mülahizələr irəli sürən Leonardo sonralar Kopernik, Qaliley və Nyuton kimi hansısa alətlərdən yararlanmırdı. Əvəzində o, daha sadə metoda əsaslanırdı: təbiətdə nələrisə müşahidə elədikdən sonra müqayisələr yoluyla nəzəriyyələrə keçirdi. Da Vinçi sövq-təbii hiss edirdi ki, təbiətdə hər şey bir-birinə bağlıdır, odur ki ən müxtəlif hadisələr və təzahürlər arasındakı bağları böyük həvəslə qeydə alır, kağız üzərində əks etdirirdi. Amerikalı araşdırıcı Adam Qopnik yazır: «O, həmişə müqayisələrə əsaslanırdı; məsələn, venaların şaxələndiyi ürəyi cücərən rüşeymə, gözəl qadının saçlarını isə çağlayan suya bənzədirdi». Leonardo hətta musiqi alətləri icad edərkən insan qırtlağı ilə fleyta arasında analogiyalar aparırdı. Beləliklə, bizi əhatə edən dünyayla insan bədəninin quruluşu arasında müqayisələr ona maraqlı nəticələrə gəlmək imkanı verirdi. Misal üçün, qol-budaqlı ağaclar və qollara ayrılıb şaxələnən çaylarla insan bədənindəki arteriyalar arasında oxşarlığa diqqət çəkərək yazırdı: «Ağacın birlikdə bütün budaqlarının yoğunluğu gövdəsinin yoğunluğuna bərabərdir; eləcə də çayın bütün qollarının eni – onlar eyni sürətlə axırsa – əsas məcranın eninə bərabərdir». Onun müşahidə yoluyla əldə etdiyi bu nəticəyə indinin özündə belə tez-tez müraciət olunur və «da Vinçi qaydası» adlanır. Sadəcə burada bir «əmma» var: da Vinçi qaydası yalnız budağı çox da böyük olmayan ağacların nümunəsində özünü doğruldur.

      Leonardo müşahidələri və müqayisələri əsasında daha bir qanunauyğunluq aşkarlamışdı: işıq, səs və çəkic zərbəsinin yaratdığı əks-səda həm şüa, həm də dalğa kimi yayıla bilir. Dəftərlərinin birində o, kiçik rəsmlərin köməyi ilə bu fiziki hadisələrin hər birinin dəyişən intensivliyini əks etdirmişdir. Hətta Niderland alimi Xristian Qügensi iki yüz il qabaqlayaraq dəlikdən keçən dalğaların difraksiyasını[19] belə göstərmişdi. Bununla da dövrü üçün olduqca mühüm bir kəşfə imza atmışdır.

      Bir sözlə, hər şeyi bilmək həvəsi və müşahidə qabiliyyəti Leonardonun ən önəmli xüsusiyyətlərindən biri idi.

      On yaşdan sonra insanların çoxu müəyyən suallarla əvvəlki kimi maraqlanmır: məsələn, səma niyə mavidir? Buludlar necə yaranır? Niyə əsnəyirik? Eynşteyn deyir ki, lap uşaqlıqdan başqalarının əhəmiyyət vermədiyi suallar onu daha çox maraqlandırırmış. Görünür o, məhz buna görə gec danışmağa başlamışdı. Öncə suallara cavab tapmaq, yalnız bundan sonra danışmaq!

      Leonardo isə zamanında danışmağa başlasa da, hər şeyi bilmək həvəsi erkən yaşlarda özünü göstərmişdi. Bəlkə də, bu onun təbiətə vurğunluğundan qaynaqlanırdı. O, balacalıqdan təbiət aşiqi idi. Da Vinçinin hətta böyüdükdən sonra da cavabını aradığı suallar hədsiz çoxdu. Biz Leonardonun qeyd dəftərçələrində ciddi müşahidələr və geniş araşdırmalar tələb edən bir-birindən maraqlı mövzularla qarşılaşırıq: «Gözü hərəkət etdirən sinir hansıdır»; «Ana bətnindən başlayaraq insan həyatını təsvir et»; «Timsahın çənəsini, buzovun ciftini təsvir et» və s. Bu kimi məsələlərlə məşğul olmaq ciddi əmək tələb edirdi. Leonardo həddən ziyadə itigözlü və diqqətli olduğu üçün başqalarının gözucu baxıb əhəmiyyət vermədiyi şeyləri aydın görə bilirdi. Bir dəfə o, binaların arxasında şimşək çaxdığını gördü. Maraqlıdır ki, şimşək işığında evlər xeyli kiçik təsir bağışladı. Leonardo dərhal təcrübələrə başladı. O, bilmək istəyirdi ki, doğrudanmı işıqla əhatə olunmuş əşyalar öz ölçülərindən kiçik, qaranlıqdakı və ya duman içindəki əşyalar isə nisbətən böyük görünür? Da Vinçi fikir vermişdi ki, bir gözünü qapayıb əşyalara baxanda onlar daha yuvarlaq görünür. Bir sözlə, Leonardo da belə şeylər üzərində baş sındırır, bunların səbəbini tapmağa çalışırdı. Bir çoxları da Vinçinin «qeyri-adi dərəcədə itigözlü»lüyündən söz açır. Lakin Leonardo da adi insan idi. Onun son dərəcə itigözlü adam kimi ad çıxarmasında isə heyrətamiz heç nə yox idi. Qeyd dəftərçələrindən birində Leonardo diqqətli müşahidə aparmağın üsulu haqqında danışır: «Hadisənin və ya əşyanın bütün detallarını ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır». Da Vinçi bunu, bir növ, kitab oxumaqla müqayisə edirdi: nə qədər ki kitabı bütöv halda görürük, orada nədən bəhs edildiyini, hansı mənaların ehtiva olunduğunu bilmirik. Bilmək üçün kitabı sözbəsöz oxumaq lazımdır. Müşahidə edərkən də addım-addım irəliləmək lazımdır. Hərəkəti müşahidə edərkən Leonardo xüsusilə diqqətli təsir bağışlayırdı. «İynəcə dörd qanadla uçur, ön qanadlar açılanda arxa qanadlar yığılır» – təsəvvür edirsinizmi, iynəcənin[20]

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной,

Скачать книгу


<p>19</p>

Difraksiya – fizikada işıq, səs və radioelektrik dalğaların qarşılaşdığı bəzi maneələri aşaraq keçməsi hadisəsi

<p>20</p>

İynəcə – cücülər sinfinə aid heyvan