Аннотация

Böyük adam olmuş uşaqlar – Mirzə Fətəli Axundzadə. Əziz uşaqlar! Böyüklər sizə tez-tez “mənim balam böyük adam olacaq”,– deyirlər. Bu sizin sabahınıza olan inamdan irəli gəlir. Bu gün hamımız böyük kəşflər, icadlar etmiş, insanlığa yol göstərmiş, xeyir işlər sahibi olmuş şəxsləri tanıyır və sevirik. Bəzən də onlar kimi olmağın bir möcüzə olduğuna inanırıq. “Böyük adam olmuş uşaqlar” kitab setində millətimizin alim, filosof, hökmdar kimi şəxsiyyətləri öz həyat yollarını sizə danışacaqlar. Və siz görəcəksiniz ki, böyük işlər görmüş şəxsiyyətlər də bir zamanlar sizin kimi uşaq olublar. Sən niyə böyük adam olmayasan ki? Böyük adam olmağın yeganə yolu çalışmaq və içindəki enerjiyə güvənməkdir. Əslində, sən bir qiymətli daşsan, əgər bunu görmək istəyirsənsə, qurduğun xəyalların böyüklüyünə bir bax… Məgər sən heç düşünmədin ki, uça bilsəydin, nə gözəl olardı? Məgər sən düşünmədin ki, Ayın yanına gedə bilsəydin, nə əla olardı? Məgər sən istəmirsən ki, sənin sehirli çubuğun olsun? Əlbəttə, düşündün, bunu düşünə bilən hər kəs böyük adam ola bilər… Ona görə də düşündüklərini, qurduğun xəyalları gerçəkləşdirmək üçün, sadəcə, çalışmaq və oxumaq lazımdır… Mən də bir zamanlar düşünürdüm ki, görəsən, mən kitab yaza bilərəmmi? Çalışdım və bunu bacardım. Sən də böyük adam olsan, uşaqlar da bir gün sənin haqqında yazılan kitabları oxuyacaq…

Аннотация

Çağdaş Azərbaycan nəsrinin nümayəndələrindən biri olan Şəmil Sadiqin “Arvadsız kişi” kitabı hekayələr toplusudur. Kitabda çox maraqlı mövzularla qarşılaşacaq, dünyasını dəyişən, ruhu bədənindən ayrılan və baş verənləri kənardan müşahidə edən bir qadının maraqlı əhvalatından tutmuş (“Mən ölmüşdüm”), vətən yolunda sağlamlığından olmuş bir qazinin əhvalatına (“Qazinin ayağı”) qədər fərqli hadisələrə şahid olacaqsınız. Altmış doqquz yaşında evlənmək istəyən bir qoca ilə (“Arvadsız kişi”), və ingilis dilini bildiyi üçün iş tapan, tapdığı iş isə bir ingilisin itini saxlamaq olan tipik zəmanə adamı ilə də (“İngilis iti”) rastlaşmağınız mümkündür… Kitabda xüsusi bölmədə təqdim edilən “Pıllı əminin sərgüzəştləri” isə sizi təkcə Pıllı əmi kimi maraqlı bir tipajla deyil, həm də onun timsalında Azərbaycanın məşhur bir bölgəsinin kaloritli məişəti və həyat tərzi ilə də tanış edəcək.

Аннотация

Roman türkün gizli tarixi, Qarabağ hadisələri və dövlətin əsl sahibləri tərəfindən bir-birindən xəbərsiz görəvləndirilən beş qəhrəmanın vətənpərvərlik mübarizəsini əks etdirir. Özlərini “OdƏrlər” adlandıran bu beş nəfər Xankəndinə Azərbaycan bayrağını sancmağa yollanırlar. Oxucular bu çətin, amma şərəfli yolu onlarla birlikdə gedəcəklər.

Аннотация

“İnsan mühəndisi” kitabı gənc müəllim, valideyn və məktəb qurmaq istəyənlər üçün nəzərdə tutulub. Şagird-valideyn, şagird-müəllim, müəllim-ailə münasibətlərindəki aktual problemlər, milli təhsil sistemi ilə çağdaş təhsildəki fərqli və ortaq məqamlara bu əsərdə münasibət bildirilib, müəllim və valideynlərə yol göstərilib. Hədəf STEAM Liseyinin qurucusu və Hədəf Konseptinin müəllifi Şəmil Sadiqin bu əsəri məktəb qurmaq istəyən pedaqoq və iş adamları üçün də faydalı əsərdir.

Аннотация

ağdaş Azərbaycan nəsrinin nümayəndələrindən biri olan Şəmil Sadiqin “Yuxu maşını” povesti fantastik janrda qələmə alınıb. Əsər yuxu ilə reallıq, yuxu ilə arzular və fantaziyalar arasındakı əlaqənin mövcudluğunu öz qəhrəmanının timsalında sübut edir.

Аннотация

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin bu monoqrafiyası giriş və iki fəsildən ibarətdir. “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı bu tədqiqat işində yazıçı, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynov (Muğanna) yaradıcılığının ikinci mərhələsinə aid əsərlər tədqiqata cəlb edilmişdir. Bu Monoqrafiya böyük sənətkar haqqında ilk irihəcmli elmi əsərdir. Yazıçının “İdeal” romanından sonra yazdığı "Cəhənnəm", "İlan dərəsi", “GurÜn”, “Qırx kisə qızıl”, “Qəbiristan”, “İsahəq, Musahəq”, “Türfə”, “Mənim məhəbbətim” kimi bədii əsərlər tədqiqata cəlb edilmiş, Hüseyn Cavid, Kamal Abdulla, Zəlimxan Yaqub kimi yazarların əsərlərinin ideoloji fikri ilə İsa Muğanna yaradıcılığı arasında paralellər təhlil edilmişdir.

Аннотация

Amma müəllim adı özü bir çərçivədir. Bu çərçivədə yalan danışmaq olmaz, dəlicəsinə aşiq olmaq olmaz, söyüş söymək olmaz, azad geyinmək olmaz, əxlaqsızlıq olmaz, alver etmək olmaz, iki arvad almaq olmaz, oğurluq olmaz, öz xeyrini güdmək olmaz, üsyankar olmaq olmaz… Bir sözlə, insana məxsus olan hislərin heç birini bu çərçivədə görmürük və qəbul da etmirik.

Аннотация

Kitabda yazıçı-şair, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin son illərdə yazdığı şeirlər, əsərlərindən sitatlar, paylaşdığı seçmə statuslar toplanıb. Bu ədəbi nümunələrin hər birində ədibin milli vətənpərvərlik nəfəsi, insanlığa, vicdana səsləyiş, ülvi sevgi və təmənnasız hislərin tərənnümü duyulur.

Аннотация

Kitabda f.ü.f.d.,dos. Şəmil Sadiqin müxtəlif illərdə mətbuatda çap edilən elmi və elmi-publisistik məqalələri toplanmışdır.

Аннотация

Kitabda müəllifin “Qana qan qarışdı”, “Vətən daşı” pyesləri, vətənpərvərlik mövzusundakı hekayələri və köşə yazıları öz əksini tapmışdır.