ТОП просматриваемых книг сайта:
Leyli və Məcnun. Vahid Məmmədli
Читать онлайн.Ağıllı hökmdar təbəələrinin elmli olmasını istəyər. Nadan və cahilləri idarə etmək nə qədər asan olsa da, bu, dövləti inkişafa deyil, məhvə aparar. Xilafətdə elmin yüksəliş illəri idi… Bəndovan məscidi böyük və əzəmətli idi. Məscidin nəzdindəki mədrəsədə Arranın böyük alimi Əhməd Bərdəi dərs deyəcəkdi.
Məktəb yolu elə də uzaq deyildi. Hamı dəstə-dəstə mədrəsəyə yollanırdı. Camaatın həmişə məscidə gedib-gəldikləri yol olsa da, bu gün sanki yola göydən işıq ələnmişdi. Mədrəsədə məntiq, hədis, təfsir, sərf, vəz, bəlağət, kəlam, hikmət, fiqh, fəraiz, əqaid, üsulü fikir, elmi-həyat dərsləri veriləcəkdi. Yola səpələnən elmin işığı üzlərdəki sevinc işığına qarışmışdı.
Sinif otağı açıq havada idi. Səhər günəşinin şəfəqləri mədrəsənin həyətinə yayılmışdı. Əhməd Bərdəi ilk dərsə başladı. Fikirləri hikmətli, nitqi dünyanın ən möhtəşəm hafizinin səsi qədər sirayətedici, səlis bir müəllimi dinləmək böyük zövq idi.
– Allah-təala lütf eləyib, bütpərəst Şərqə müqəddəs kitab göndərdi. Amma nə baş verir?! Hələ də o kitabdan bütlər yaratmaq üçün istifadə edirlər. Quranın hikmətini, içindəki böyük elmləri öyrənmək və öyrətmək əvəzinə, yaratdıqları bütləri beyinlərə yeridirlər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «Литрес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на Литрес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.