ТОП просматриваемых книг сайта:
.
Читать онлайн.Od içində qalmağa məcbur olan Albert birinci gün çox qorxmuşdu. O bir tərəfdən cəbhədə çarpışmaqda olan ata-anasını, o biri tərəfdən də öz ağır və qorxulu vəziyyətini düşünürdü. Onu təsəlli edən yalnız qonşusu və baba kimi sevdiyi qoca Albaressa idi. Albaressanın qanadları altına sığınıb hər dərdini, kədərini onunla unudurdu. O artıq yavaş-yavaş səsə, küyə alışmağa başlayırdı. Yaşadıqları dördüncü qatda Albaressa pəncərədən açmış olduğu deşikdən çarpışmaya tamaşa edir və respublikaçıların tezliklə qalib gəlməsini səbirsizliklə gözləyirdi.
Bir gün Albert qoca Albaressaya dedi:
– Bir az böyük olsaydım, mən də cəbhəyə gedərdim.
Qoca Albaressa gülə-gülə kiçik Albertin parlaq gözlərinə baxıb soruşdu:
– Sən cəbhədə neylərdin?
– Neylərdim? Bu canavarların ordusunu bir gündə dağıdardım!
Albaressa kiçik vətəndaşın başını əliylə oxşadı.
– Sən qorxma, bizim qəhrəman ordumuz düşməni darmadağın edəcək.
Albert qocaya bir az da yaxınlaşdı. Kiçik, ağıllı gözlərini onun gözlərinə dikib soruşdu:
– Baba, bu alman və italyan faşistləri ölkəmizə nə üçün ordu göndərir?
Qoca Albaressa əlini onun çiyninə qoyub cavab verdi:
– Oğlum, faşistlər xalq azadlığının düşmənidir. Onlar öz səadətini başqa xalqların fəlakəti üzərində qururlar. Faşizm hər cür azadlığın düşmənidir.
Bu sözlərdən Albertin üz-gözü dumanladı. Bir az düşündükdən sonra başını qaldırıb dedi:
– Biz öz faşistlərimizi ölkəmizdən qovub çıxarmaq istəyirdik. Bu canavarlar hara gəlir?
– Hara gəlir? Leş, cəmdək üstünə. Bizim vətənimizi özlərinə müstəmləkə etmək istəyirlər.
– Necə? Müstəmləkə?!
– Bəli, müstəmləkə! Yoxsa nə üçün gəlirlər? Bu istilaçılar həmişə başqa xalqın torpağına göz dikir. Müstəmləkəçilik onların siyasətidir.
– Yox, biz onlara öz torpağımızdan bir qarış da verməyəcəyik!
Qonşu küçədə şiddətlə gurlayan topun səsi danışığa mane oldu.
Artıq hər iki tərəf hücuma keçmişdi. Albaressa pəncərə deşiyindən baxıb Alberti çağırdı:
– Albert, gəl bax, faşist zabiti əlində durbin orduya komanda verir.
Albert tez yaxınlaşıb diqqətlə küçəyə baxdı. Zabit səngər içində, əlində durbin, qarşısında cəbhənin planı, telefon ilə əmrlər verirdi. Albert başını çəkib Albaressaya baxdı. O baxışlar çox mənalı idi. Pəncərədən çəkilib dedi:
– Baba, bu zabit bizim pəncərənin düz altında durub.
– Yox, Xuanın pəncərəsi altındadır, – dedi.
Albert tez qapını açıb dışarı çıxdı. Albaressa çocuğun bu hərəkətindən şübhələndi. Onun nə üçün getdiyini və nə yapmaq istədiyini bilmək üçün arxasınca getdi. Albert yarım pudluq qalın bir dəmir parçasını qolları üstünə götürüb hıqqana-hıqqana pəncərəyə tərəf apardı. Albaressa əsəbi səslə bağırdı:
Albert, neyləyirsən?
Albert qaşlarını çataraq kəskin bir səslə:
– Bunu faşist zabitinin başına salacağam, – dedi.
Albaressa ona mane olmaq istədi. Albert öz fikrində inad göstərdi. Albaressa ona dedi:
– Sənin gücün çatmaz, onu ver mən atım.
Albert razı olmadı. Bunların səsinə qonşu Xuan gəldi. Xuan köhnə əsgər idi. Onun atası və kiçik qardaşı əsgərlikdə ölmüşdü. Özü də bütün həyatını əsgərlikdə keçirmişdi. Mərakeş xalqı İspaniya hökumətinə qarşı üsyan etdiyi zaman Xuan da orduya göndərilmişdi. Müharibədə ayağından aldığı yaradan şikəst qalmışdı. Xuan əhvalatı anlayanda dəmir parçasını Albertin əlindən dartıb aldı. Sonra əli ilə onları itələyib:
– Siz gördüyünüzü mən də görmüşəm. O bizim pəncərənin altında durur. Siz buradan çəkilin. Bu mənim işimdir! – dedi.
O bu sözləri elə qəti dedi ki, Albert və Albaressa susmağa məcbur oldu. Xuan dəmir parçasını öz otağına gətirdi. Küçələrə qarşı olan pəncərələri açmaq yasaq olduğu halda, pəncərəni yavaşca açdı və dəmir parçasını düz zabitin başına atdı. Dərhal pəncərədən çəkildi. Dəmir zabitin başını partlatdı. Dərhal küçədə səs-küy qopdu. Pəncərəni yaylım atəşinə tutdular.
Çox çəkmədi ki, həyətin dəmir darvazası şiddətlə döyülməyə başladı. Xuan Albertə və Albaressaya dedi:
– Siz çəkilin, məni aparmağa gəlirlər.
Albert onun əlindən tutub:
– Qorxma, gəl, mən sizi gizləyəcəyəm, heç görməyəcəklər, – dedi.
Xuan onun sözünə əhəmiyyət vermədi. Albert isə əl çəkmədi, onun qolundan tutub:
– Xuan dayı, mən səni elə yerdə gizləyəcəyəm ki, heç kəs tapa bilməyəcək. Bircə sən gəl! – deyə fikrində inad etdi.
Darvaza qapısı açılıb jandarmlar, polislər içəri girmişdi. Həyətdə səs-küy getdikcə çoxalırdı. Xuan otağının içində durub yerindən tərpənmirdi. Albaressa işə qarışdı. Albert onu Albaressanın otağına gətirdi. Albaressanın böyük bir palazı var idi. Albertin göstərişi ilə palazı tez açdılar. Xuanı palaza bürüyüb divara söykədilər.
Jandarmlar dəmir atılan pəncərənin olduğu otağa girib Xuanı axtarırdılar. Orada tapmayınca qonşu otaqları bir-bir gəzdilər. Albaressanın otağını da aradılar. Otağı alt-üst etdilər. Hətta əyri və ağzı qıfıllı sandığın da ağzını açıb baxdılar. Xuanı tapmadılar. Jandarmlar acıqlarından dil-dodaqlarını çeynəyirdilər. Albaressanın otağına bitişik olan qonşusu Mariya Albaressanı şübhəli baxışlarla süzərək:
– Yəqin, onu gizləmişlər, – deyirdi.
Jandarmlar Albaressanı çox sıxma-boğmaya saldılar. Yoğun və qısaboylu jandarm tüfənginin qundağı ilə onu vurmağa başladı. Albert:
– Mənim babamı niyə vurursunuz? – deyə babasına sarıldı.
Ucaboylu, canlı bir jandarm Albertin qolundan tutub özünə tərəf çəkərək:
– De görüm, o kişini harada gizləmisiniz? Yoxsa hər ikinizi öldürəcəyik, – dedi.
Albert:
– Bizim