Скачать книгу

rel="nofollow" href="#n105" type="note">105

Gər yox isə sevməli rəngim mənim,

Şux deyildirsə də həngim mənim,

Ətrim uzaqdan bürüyür aləmi,

Valehü heyran eləyir adəmi.

Xalq deyər çün hamı şəbbu mənə,

Fəxr üçün, əlbəttə, yetər bu mənə.

Mən üməralar106 bağının malıyam,

Güllər arasında tamaşalıyam.

KÜÇƏ UŞAĞI

Görsəm, çamırlı bir küçədə oynayır haçaq,

Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq,

Adət edib söyüşməyi, daim savaşmağı,

İt qovmağı, daş atmağı, xalqa sataşmağı,

Əxlaqı pozuq107, adəti pis, pasibanı108 yox,

Qəlbim yanar ona, deyərəm: “Ay yazıq çocuq,

Sən sevgili vətənciyimin gül fidanısan,

Sən bir gözəlcə qönçəsən, amma yabanısan.

Zənnim budur, dilənçilik eylər anan sənin,

Zindanlar içrə can çürüdür həm atan sənin.

Sən gözləmirmisən yaşamaqdan çox il hələ?

Zülmətli yollar içrə gəzirsən neçün belə?

Yavrum, quzum, bahari-həyatın nə cür olar?

Çapqınçılıq, səfahətü fisqü fücur109 olar.

Kəsbin110 yox, üsrət111 ilə keçər çox məişətin,

Bilməm ki, fəhləlikdə yetər vəqti-rehlətin112,

Ya xəstəxanə içrə, ya küncündə zindanın,

Yainki dəzgahlar dalısında çıxar canın?

Ox, yavrum, anlasaydı bu gün millətin sənin,

Bilsəydi layiqincə əgər qiymətin sənin,

Cantək basardı bağrına, eylərdi tərbiyət,

Olmazdı razı puç olasan böylə bicəhət.

Əsbabi113-fəxr olmuş ikən sən də millətə,

Min dürlü faidə yetirərdin cəmaətə.

İLK BAHAR

Gəldi martın doqquzu,

Bayram etdik novruzu.

Qar əridi, yox oldu.

Çaylarda su çox oldu.

Dağlar, çöllər dişərdi114,

Novruzgülü göyərdi.

Gecə-gündüz tənləşir,

Hava hərdən çənləşir.

Dağa qalxır dumanlar,

Tez-tez yağır leysanlar.

Yüngül, sərin meh əsir,

Yağmuru birdən kəsir.

Aralanır buludlar,

Təravətlənir otlar.

Düşür günün ziyası,

Artır yazın səfası.

Göy üzündə bir qəşəng,

Tağ görünür yeddi rəng.

Gözəl qövsi-qüzehlər,

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

1

Xəlaiq – burada: bütün canlılar

2

Şükufə – açılmış gül, çiçək

3

Mayıs – may ayı

4

Təmuz – iyul ayı

5

Ziyad – artıq

6

Şüru – işə başlama

7

Savılmaq – sovulmaq sözünün təhrif olunmuş forması, mənası hansısa bitkinin mövsümünün bitməsi, həmin meyvənin, və ya tərəvəzin qurtarması

8

Qəryə – böyük kənd, kiçik şəhər

9

Güşad – genişlik, açıqlıq

10

Məlul – bezmiş; kədərli, qəmli

11

Nırx – ən zəruri ehtiyacları təmin edən mallara hökumət orqanları tərəfindən qoyulan qiymət

12

Uyku – yuxu

13

Dar – ev, bina; məkan, yer

14

Mədyun – minnətdar

15

Asar – əsərlər; hadisələr

16

Sur – şəhər divarı, qala divarı

17

Mübhəm – qeyri-müəyyən, aydın olmayan

18

Nümüvv – böyümə, yetişmə, inkişaf etmə

Скачать книгу

106

Üməra – əmirlər, hakimlər, əyanlar

107

Pozuq – pozulmuş

108

Pasiban – gözətçi, qarovulçu

109

Fisqü ficur – əxlaqsızlıq

110

Kəsb – qazanma, əldə etmə

111

Üsrət – çətinlik, zəhmət; sıxıntı, ehtiyac

112

Rehlət – ölüm, vəfat

113

Əsbab – səbəblər, vasitələr

114

Dişərmək – cücərmək, çıxmaq