Скачать книгу

itabları silsiləsi – 8

      1

      2

      Alfred Van Voqt

      Əcaib canlı

      Tərcümə edən: O. Heydər

      3

      Nəhəng ulduz uçağı şəhərlərin birinin üstündə dörddə bir mil hündürlükdə asılıb durdu.

      Aşağıda hər şeydə kosmik dağıntı izləri vardı. Energetik qondolosferdə yavaş-yavaş enən İneş binaların vaxtın təsirindən dağılmağa başladığını gördü.

      – Heç bir müharibə nişanəsi yoxdur. Heç bir… – cansız mexaniki səs hey təkrarlayırdı.

      İneş dalğanı dəyişdi.

      Səthə çatanda o, qondolasının sahəsini söndürdü və divarlarla əhatələnmiş ot basmış sahədə olduğunu gördü. Axarlı cizgili binalann qarşısında hündür otların arasında bir neçə skelet var idi. Bu, iki əli, iki ayağı olan hündür varlıqların skeleti idi; onların başlan nazik onurğa sütunu-nun ucunda yerləşirdi. Bütün sümüklər aşkar yetkin canlılara məxsus idi və ilk nəzərdən yaxşı qalmışdı, amma İneş əyilib onlardan birinə toxunan kimi bütün əzalar toza döndü. Düzlənəndə

      o, Yoalın yaxınlıqda yerə endiyini gördü. İneş ta-rixçinin öz energetik sferasından çıxmasını gözlə-yib soruşdu:

      – Necə bilirsiniz, bizim diriltmə metodu-muzdan istifadə etməyin mənası varmı?

      Yol narahat görünürdü.

      4

      – Mən ulduz uçağında bura enənlərin hamı-sından soruşmuşam, – o dilləndi. – Burada nəsə

      başqa cürdür. Bu planetdə canlılar qalmayıb, hətta həşərat da yoxdur. İstənilən məskunlaşdırma-nı başlamazdan əwəl biz burada nə baş verdiyini aydınlaşdırmalıyıq.

      İneş susdu. Həzin külək əsib yaxınlıqdakı ağacların zirvəsindəki yarpaqlan xışıldatdı. İneş

      ağaclara baxdı. Yoal başını yellədi.

      – Bəli, bitkilər zərər çəkməyib, amma onlar, bir qayda olaraq, fəal həyat formalarından fərqli reaksiya verir.

      Onların fikir mübadiləsini kəsdilər. Yoalın qəbuledicisindən səs gəldi:

      – Təxminən şəhərin mərkəzində muzey aş-karlanıb. Onun damında qırmızı mayak var.

      – Mən də sizinlə gedirəm, – İneş dedi. – Orada, ola bilsin ki, heyvanların və şüurlu varlıqlann skeletləri təkamülün müxtəlif mərhələlərində

      saxlanılmış olsun. Hə, siz mənə cavab vermədi-niz axı, bu varlıqlan dirildəcəksiniz, yoxsa yox?

      – Mən məsələni şuranın müzakirəsinə çı-xardacağam, – Yoal yavaş-yavaş dedi, – amma mənə elə gəlir ki, cavabın necə olacağı məlumdur. Biz bu fəlakətin sirrini bilməliyik. – O, qıs-qaclarının biri ilə müəmmalı yarımdairə cızıb, 5

      sanki özü üçün əlavə etdi: – Əlbəttə, ehtiyatlı olmaq, təkamülün erkən mərhələlərindən başlamaq lazımdır. Uşaq skeletlərinin olmaması göstərir ki, bu varlıqlar, görünür, fərdi ölümsüzlüyə

      çatıbmışlar.

      Şura eksponatlara baxmağa yığıldı. İneş bilirdi ki, bu, quru rəsmiyyətdir.

      Qərar qəbul olunub – dirildəcəklər. Hər şey bir yana, onlarda maraq oyanmışdı. Kainat nəha-yətsizdir. Kosmosda uçuşlar uzunmüddətli və

      darıxdırıcıdır, buna görə də naməlum planetlərə

      düşəndə onlar öz gözləri ilə görüb öyrənə bilə-cəkləri yeni həyat formaları ilə görüşləri həyəcanla gözləyirdilər.

      Muzey bütün muzeylər kimi idi. Hündür, tağlı tavanlar, geniş zallar. Plastmasdan qəribə

      heyvanlann fiqurları, çoxlu əşya – qısa müddətdə

      hamısını nəzərdən keçirib dərk etmək üçün onlar həddindən artıq çox idi. Naməlum irqin təkamülü ardıcıl maddi abidələr qrupları ilə təmsil olunmuşdu. İneş hamı ilə birgə zalları gəzdi. Onlar, nəhayət, skeletlər və mumiyalara çatanda o, rahat nəfəs aldı. O, güc ekranı arxasında dayandı və mütəxəssis bioloqların mumiyanı daş sarko-faqdan necə çıxartmalarına baxdı. Mumiyanın bədəni parça zolaqlan ilə bir neçə qat sarınmış-6

      dı, lakin bioloqlar çürümüş parçanı açmadılar.

      Onlar belə hallarda həmişə olduğu kimi, parçanı aralayıb maqqaşla kəllə qutusunun bir parçasını götürdülər. Diriltmək üçün skeletin bütün hissələri yarayırdı, amma ən yaxşı nəticə, ən kamil re-konstruksiya kəllənin bəzi hissələrindən alınırdı.

      Baş bioloq Xamar nə üçün məhz bu mumiyanı seçdiklərini izah etdi:

      – Onların bədənin saxlanılması üçün istifadə

      etdikləri kimyəvi maddələr kimyanın, hələ ki ib-tidai vəziyyətdə olmasını göstərir. Sarkofaqın üstündəki oymalar isə maşın tanımayan primitiv sivilizasiyadan xəbər verir. Bu mərhələdə əsəb sisteminin potensial imkanları, çətin ki, yaxşı inkişaf etmiş olsun. Bizim dil mütəxəssislərimiz muzeyin bütün bölmələrində qoyulmuş danışan maşınlardakı yazıları təhlil ediblər, dillərin sayı xeyli çox olsa da, – burada həmin bu canlının sağ

      olduğu dövrün danışıq dilinin də yazısı var – onlar bütün anlayışları çətinlik çəkmədən aydınlaşdıra bildilər. İndi universal tərcüməçi elə nizam-lanıb ki, bizim istənilən sualımızı dirildilən varlığın dilinə çevirsin. Eyni sözü, əlbəttə, əks tərcümə haqqında da demək olar. Yaxşı, bağışlayın, görürəm ki, birinci bədən artıq hazırdır.

      7

      İneş qalan şura üzvləri ilə birgə bioloqların işləməsini diqqətlə izləyirdi: onlar sıxaclarla dirildicinin qapağını bərkitdilər və plastik bərpa prosesi başlandı. O, daxilən tam gərginləşdiyini hiss etdi. İndi nə baş verəcəyini bilirdi. Dəqiq bilirdi. Bir neçə dəqiqə keçəcək, bu planetin qədim sakini dirildicidən çıxıb onlarla üzbəüz dayanacaq. Elmi diriltmə metodu olduqca sadə və tam nəticəlidir. Həyat sonsuz kiçik kəmiyyətlər zülmətindən, hər şeyin başlandığı və bitdiyi həddən, həyat və qeyri-həyatın həddində vibrasiya edən materiyanın asanlıqla köhnə vəziyyətdən yenisinə, üzvidən qeyri-üzviyə və əksinə, elekt-ronların diri və ya ölü olmadıqlarını, atomların canlı və ya cansız olmadıqlarını bilmədikləri alatoran sahədən başlanğıc alır. Amma atomlar mo-lekullarda birləşən mərhələdə həyatın yaranması üçün, əgər bu həyata yaranmaq qismətdirsə, bir addım, son dərəcə kiçik bir addım bəs edir.

      Bir addım və ondan sonra zülmət və ya həyat.

      Daş və ya canlı hüceyrə. Qızıl zərrəsi və ya ot yarpağı. Dəniz qumu və ya nəhayətsiz balıqlar səltənətini başdan-başa dolduran qumların özü qədər saysız-hesabsız balaca canlılar. Onlar arasında fərq materiyanın formalaşdığı alatoran sahədə yaranır. Hər bir canlı hüceyrə özünəməxsus 8

      formanı orada kəsb edir. Dəniz xərçənginin pən-cəsini qoparsan, onun yerində eynən onun kimi yenisi çıxacaq. Soxulcanlar uzanır və iki sistemə

      bölünür, özü də özü kimi acgöz və bu bölünmə-dən qəti zədələnməmiş iki canlıya. Hər bir hüceyrə bütöv varlığa çevrilə bilir. Hər bir hüceyrə

      bu bütövü, tam təsvirini sonadək vermək hədsiz güc tələb edən ən incə və mürəkkəb təfərrüatla-rına qədər "xatırlayır".

      Qəribə budur ki, yaddaşı üzvi hesab etmək olmaz! Adicə mum val səsi yadda saxlayır. Maqnit lent yüz illər əvvəl ölmüş səsləri canlandırır.

      Yaddaş – molekullarının quruluşunu dəyişərək materiya üzərində qalmış filoloji izlərdir və əgər onlar oyadılarsa, molekullar həmin obrazları eynən həmin ritmdə təkrar istehsal edəcək. Kvad-rilyonlarla oyadılmış obraz-formalar mumiyanın kəllə sümüyündən

Скачать книгу