Скачать книгу

ideyalarımızı sevmirsiniz. Marksın və Leninin ideyalarını…

      – Bəli, mən böyük ideyaları sevmirəm. Mən balaca adamı sevirəm…

      ÖZ SEÇDİKLƏRİMDƏN

      “Bizi mühasirəyə alıblar… Siyasi rəhbərimiz də bi-zimlə birlikdədir. Həmin sovet əsgərlərinin düşmənə təs-lim olmayacağı ilə bağlı əmri oxudu. Yoldaş Stalinin dedi-yi kimi, bizdə əsir düşənlər yoxdur, satqınlar var. Uşaqlar silahlarını çıxardılar. Siyasi rəhbər əmr etdi: “Lazım deyil. Yaşayın, uşaqlar, siz hələ cavansınız”. Sonra da özünü vurdu.

      Biz geri qayıtdıq. Bizimkilər artıq hücuma keçmişdi…

      Balaca bir oğlanı da yaxşı xatırlayıram. O, hardansa torpaq qalağı altından, ya da zirzəmidən çıxaraq yanımı-za qaçıb gəldi və qışqırdı: “Mənim anamı öldürün… Mə-nim anamı öldürün. O almana aşiq olub…”

      Onun gözləri qorxudan bərəlmişdi. Oğlanın arxasın-ca qapqara bir qarı qaçırdı. Başdan-ayağa qara paltarda idi. Qaçır, qaça-qaça da xaç vururdu: “Qulaq asmayın, övladım. Uşağı şeytan azdırıb”…

      * * *

      “Məni məktəbə çağırmışdılar… Mənimlə bir müəllim söhbət edirdi; biz evakuasiyadan yeni qayıtmışdıq:

      – Mən sizin oğlunuzu başqa sinfə keçirmək istəyirəm. Mənim sinfimdə ən yaxşı şagirdlər oxuyur.

      – Axı, mənim oğlum da ancaq “beş” alır”.

      – Bu, vacib deyil. Uşaq almanların burnunun dibində yaşayıb.

      – Hə, biz çox əziyyət çəkdik.

      – Demək istədiyim məsələ bu deyil. Kim ki işğal altında yaşayıb. Bu adamlar şübhə altında olan insanlardı. Bax, məsələn, siz…

      – Nə? Mən sizi başa düşmürəm…

      – Biz onun doğru istiqamətdə inkişaf etdiyinə əmin deyilik… Bax, o kəkələyir…

      – Bilirəm. Qorxmuşdu, ondan sonra əmələ gəlib. Onu bizim mənzilimizdə yaşayan alman zabiti döymüşdü…

      – Bax, görürsünüz… Özünüz də etiraf edirsiniz. Düşmənlə bir yerdə yaşamısınız…

      – Bəs o düşmənin Moskvaya qədər gəlib çıxmasına kim imkan vermişdi? Bizim uşaqlarımızla birlikdə orada qalmağımıza kim şərait yaratmışdı?

      Mən özümdən çıxdım. İki gün qorxu ilə gəzdim ki, müəllim məni satacaq. Amma o, oğlumu öz sinfində sax-ladı.”

      * * *

      “Gündüz biz alman və polislərdən, axşamlar isə par-tizanlardan qorxurduq. Mənim axırıncı inəyimi partizan-lar əlimdən alıb aparmışdılar, təkcə pişiyimiz qalmışdı. Partizanlar ac və qəddar idilər.

      Onlar inəyimi aparır, mən isə dallarınca gedirdim. On kilometrə yaxın yolu arxalarından getdim. Yalvardım ki, qaytarın. Üç uşağım daxmada məni gözləyir.

      Müharibədə yaxşı insan tap, görüm, necə tapacaqsan.

      Özümüzünkülər də bir-birinin üstünə hücum edirdi-lər. Qolçomaqların uşaqları sürgündən geri qayıtmışdılar. Onların valideynləri həlak olmuşdu, özləri isə alman ha-kimiyyətinə xidmət edir, bu yolla qisas alırdılar. Biri ko-mada qoca bir müəllimi güllələmişdi. Bizim qonşumuzu. O nə zamansa bunun atasını satmışdı, qolçomaq çıxarmış-dı. Qatı kommunist idi.

      Almanlar əvvəlcə kolxozları ləğv etdilər, camaata tor-paq payladılar. İnsanlar elə bil Stalindən sonra dərin bir nəfəs aldı. Biz vergi ödəyirdik. Özü də müntəzəm şəkil-də… Sonra isə bizi yandırmağa başladılar. Bizi də, evləri-mizi də. Mal-qaramızı aparır, özümüzü isə yandırırdılar.

      Oh, qızım, mən sözlərdən qorxuram. Sözlər çox qor-xuludurlar. Mən yaxşılıq etdiyimçün xilas ola bildim. Heç kimə pislik arzulamırdım… Hamıya yazığım gəlirdi…”

      * * *

      “Mən ordu ilə birlikdə Berlinə qədər getmişəm… Öz kəndimə iki şöhrət ordeni və medallarla qayıtdım. Üç gün qaldım, dördüncü gün isə anam məni yatağımdan qaldı-raraq dedi:

      – Qızım, səninçün bir bağlama hazırlamışam. Çıx, get… Çıx, get… Səndən sonra iki balaca bacın böyüyür… Onları kim alacaq? Hamı bilir ki, sən dörd il kişilərlə birlikdə cəbhədə olmusan.

      Mənim yarama dəyməyin, yaxşısı budur ki, başqaları kimi siz də mənim mükafatlarım haqqında yazın…”

      * * *

      “Müharibə elə müharibədir. Müharibə sizin üçün te-atr deyil. Çöldə dəstəni sıraya düzdülər, biz dairə şək-lində dayandıq. Ortada isə Mişa K. və Kolya M. – bizim uşaqlar… Mişa cəsur kəşfiyyatçı idi, qarmonda çala bilir-di. Oxumaq məsələsində isə heç kim Kolyadan daha yaxşı ola bilməzdi…

      Hökmü uzun-uzadı oxudular: filan kənddə iki şüşə gecə arağı tələb ediblər… gecə isə iki qızı… Filan kənddə isə… Kəndlinin əlindən paltosunu və tikiş maşınını alıb-lar. Sonra da satıb arağa xərcləyiblər. Qonşuları evindəcə. Güllələnməyə məhkum edilirlər…

      Kim güllələyəcəkdi? Dəstə susurdu… Kim?! Susur-duq… Hökmü komandirin özü yerinə yetirdi…”

      * * *

      “Mən pulemyotçu idim. O qədər adam öldürmüş-düm ki…

      Müharibədən sonra uzun müddət ana olmaqdan qorxdum. Yalnız bir qədər sakitləşdikdən sonra doğdum. Yeddi il keçdikdən sonra… Amma indiyə kimi də heç bir şeyə görə onları bağışlamamışam. Heç bağışlamayacağam da… Mən əsir düşmüş almanları görəndə sevinirdim. Sevinirdim ki, onlara baxanda insanın yazığı gəlir: ayaq-larında çəkmə əvəzinə ayaq sarığı, başlarında sarğı… Kən-din içi ilə keçirib aparırlar, onlar isə yalvarır: “Ana, çörək ver… Çörək ver…”

      Məni heyrətə gətirən o idi ki, kəndli qadınlar öz dax-malarından çıxır, kimisi onlara bir parça çörək, kimisi kar-tof atırdı. Oğlan uşaqları isə əsir dəstəsinin dalınca qaça-raq onları daşa tuturdular. Qadınlar ağlaşırdılar…

      Mənə elə gəlir ki, mən iki həyat yaşamışam – biri kişi, digəri isə qadın həyatı…”

      * * *

      “Müharibədən sonra…

      Müharibədən sonra insan həyatının heç bir dəyəri qalmadı. Bir misal çəkim. İşdən sonra avtobusda gedir-dim, birdən haray-qışqırıq qopdu: “Oğrunu tutun! Oğru-nu tutun! Mənim çantam…” Avtobus dayandı. O dəqiqə basabas düşdü. Gənc bir zabit oğlan uşağını küçəyə çıxardı, əllərini öz dizlərinin üstünə qoydu və “bax!” Əllə-rini iki yerə qırdı. Sonra geri qayıtdı. Və biz yolumuza da-vam etdik. Heç kim oğlanı müdafiə etməyə çalışmadı da… Heç milis də çağrılmadı. Həkim çağıran da olmadı. Zabi-tin isə bütün sinəsi medallarla dolu idi. Mən öz dayanaca-ğımda düşmək istədikdə o, tez yerindən qalxdı və mənə əlini uzatdı: “Buyurun, düşün, xanım qız…” Bu dərəcədə nəzakətli.

      Eh…

Скачать книгу