Скачать книгу

nəzər nöqtəsini oxuduqları kitablardan və şəxsi təcrübələrindən misallarla sübut etməyə çalışaraq, mühakimə yürütməyə və mübahisə etməyə başlayırlar.

      Nəhayət, qərar verirlər ki, alıcının yanına gələrkən, onun kabinetinə nəzər salmaq, həqiqətən də maraqlı olan bir şey tapıb onu müzakirə etməyə başlamaq lazımdır. Şagirdlər vüqarla Müəllimə baxdılar, o isə soruşdu: “Necə oldu?”

      Onda şagirdlərdən biri gəldikləri nəticəni Müəllimə bildirdi. Müəllim güldü, daha sonra adətən şagirdlərlə məşğul olduğu otaqdan çıxdı.

      Qısa müddətdən sonra Müəllim geri qayıtdı, böyük zalda müştərinin kabinetinə bənzər yer düzəltdiyini şagirdlərə izah etdi və onları bir-bir bu zala gəlməyə dəvət etdi, özü isə, alıcı rolunu oynamağa başladı.

      Zala ilk girən Müəllimi döşəmədə oturmuş gördü. Zal tamamilə boş idi, yalnız divardan tanınmış sənətkarın işi olan balaca bir şəkli asılmışdı. Şagird həmin rəssamın işlərini necə bəyəndiyi haqda söhbət açdı. O, danışıb qurtardıqdan sonra, Müəllim işarə ilə ona arxada, “alıcının kabinetindən” kənarda, oturmağı əmr etdi və növbəti şagirdi çağırdı. Bu dəfələrlə təkrarlandı. Axırıncı içəri girən, şagirdlərin problemi müzakirə edərək, hansı qərara gəldiklərini Müəllimə bildirən şagird idi. Bu rəssamı nə qədər bəyəndiyi barədə danışmağa başlayanda, digər şagirdlər özlərini saxlaya bilməyib gülüşdülər.

      Bu əhvalat bizə, Müəllimin təkcə sözlərlə izah edəcəyi halda o qədər də inandırıcı görünməyəcək bir şeyi sözsüz necə izah etdiyini göstərir.

* * *

      Ən yaxşı şagirdlərdən biri soruşdu: “Müəllim, əgər alıcı məndən çoxdan aldığı malın pulunu vermək istəmirsə nə edim?”

      Müəllim sakit dayandı və hətta elə görkəm aldı ki, guya şagirdin sözlərini heç eşitməyib. Şagird sualını təkrarladı. Və yenə də diqqət görmədi.

      Şagirdlər təəccüblə pıçıldaşdılar, kimsə təxmin etdi ki, Müəllim bu sualın cavabını bilmir.

      Onda Müəllimin bir dəfə də olsun sualı cavabsız qoymadığını bilən Birinci Şagird, soruşan şagirdi kürəyindən itələdi və sualı dəfələrlə təkrarlamağa məcbur etdi.

      Vaxt gedir, gün sona yaxınlaşırdı, yorulmuş şagird isə sualı artıq neçənci dəfə idi ki, təkrarlayırdı, Müəllim bütün bu vaxt ərzində öz işləri ilə məşğul olurdu.

      Nəhayət, günəş batanda, şagirdlər qərara gələndə ki, bu gün cavabı eşitməyəcəklər, şagird bir də soruşdu:

      – Müəllim, alıcı artıq ona verdiyim malın pulunu ödəmək istəmirsə nə edim?

      Müəllim ona tərəf döndü, gülümsədi və dedi:

      – Təkrarla! – Və cavab zalda olan şagirdlərə aydın oldu.

      Danışırlar ki, o unudulmaz gün Müəllimin evində olan bütün şagirdlər, vaxt keçdikcə özləri də hörmətli Müəllimlər oldular. Onların hamısı, ömürlərinin sonuna kimi, həmin günü “Qızıl gün” adlandırırdı.

* * *

      Şagirdlərdən biri soruşdu: ”Müəllim, mən əksər kitablarda oxumuşam ki, alıcıyla onu maraqlandıran şey barəsində danışmaq lazımdır. O, azarkeşdirsə – futbol haqqında, varıdırsa – uşaqları barəsində, itləri sevirsə itlərdən danışmağı məsləhət görürlər. Lakin hamı azarkeş deyil, hamının uşağı yoxdur və hamı itləri sevmir. İstənilən alıcının maraqla danışacağı mövzu var?” Müəllim başını tərpətdi və gülümsəyərək cavab verdi: – Onun işləri.

      Bizə tam aydın olmayan, Müəllimin “işləri” sözünü hansı – biznes yaxud da insanın məşğul olduğu bütün işlər mənasında işlətməsidir. Biz Birinci Şagirdə bu sualı verəndə, o cavab verdi: “Düzgün mənanı tapmaq üçün, Yolu anlamaq zəruridir”.

* * *

      Bir dəfə şagird soruşdu: “Müəllim, mən satış şöbəsinin müdiri işləyirəm və satıcılarımın hamısının yaxşı işləməsi üçün nə etmək lazım olduğunu bilmək istərdim?”

      – Yaxşı? – Müəllim soruşdu.

      – Onların müvəffəqiyyətlə işləmələrini nəzərdə tuturam. Mən, olur ki, bu və ya digər satıcıyla məşğul oluram, amma, onun işi yaxşılaşdığı müddətdə də qalanlarının işi pisləşir.

      Müəllim şagirdə divanın üstündəki yumşaq tük balışı sökməyi əmr etdi. Şagird bunu edəndə sonra Müəllim dedi:

      – Mənə bir tük gətir, – şagird gətirdi. – Birini də gətir – şagird bunu da etdi. O, bu qayda ilə divanla Müəllimin arasında on dəfə gedib gəldi.

      – Bax, – Müəllim dedi, tüklərin hamısını ovcuna qoydu və onları olduqca bərk üfürdü. Tüklər havaya qalxdı və yüngül ağ bulud kimi bir tərəfə istiqamətləndi.

      – Külək yarat, – Müəllim dedi.

      Bu əhvalat bizə göstərir ki, Müəllim əlverişli ümumi şəraitin yaranmasını hər bir xırda hissənin üzərində aparılan cari işdən qat-qat daha vacib hesab edirdi.

* * *

      Bir dəfə şagird soruşdu: “Müəllim, mənim rəqibim qiyməti on faizə qədər aşağı salıb. Şatışlarım dörddə bir qədər azalıb. Nə edim?”

      – Qiyməti qaldır, – Müəllim dedi.

      – Nə qədər? – Şagird soruşdu.

      – On faiz.

      Şagird təəccübləndi, amma qiymətləri qaldırdı. Onun mallarını daha az almağa başladılar. O yenidən Müəllimin yanına gəldi:

      – Müəllim, satış daha pis gedir…

      – Sən əminsən?

      Şagird təəccübündən donub qaldı, sonra Müəllimə təzim edib getdi və vaxtının çoxunu öz mühasibi ilə keçirdi. Bundan sonra Məktəbə qayıtdı və dedi:

      – Gör, nə alındı: mən qiyməti on faiz qaldırdım, nəticədə satışım əvvəlkinin üçdə-biri qədər azaldı. Lakin gəlirim əvvəl necə idisə indi də elədir! Rəqibim isə günü-gündən daha az gəlir əldə etməyə, nəhayət şirkətini bağlamağa məcbur oldu. Sağ ol, Müəllim! Sən fikirlərimi doğru yola yönəltdin!

      – Mən hərəkəti yönəltdim, – Müəllim cavab verdi. – Öz fikirlərini sən özün yönəltdin.

      Bu əhvalat bizə göstərir ki, Ticarətin Yollarına aid olanda, hər düzgün olan, ilk baxışda göründüyü qədər də düzgün olmur. Bundan başqa, söyləyirlər ki, Müəllim birinci görüşdə şagirdinə bu hadisələrə qədər malın üzərinə nə qədər əlavə qiymət qoyduğunu da dəqiq demişdi. Şagird Müəllimin müdrikliyinə valeh olmuşdu, lakin Müəllim demişdi ki, bunu ağlı olan hər kəs edə bilər......

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО

Скачать книгу