Скачать книгу

mədəmizi pozmuşuq. Mən onunla laqqırtı vururdum, gülüşürdük, lakin onun ağrıları get-gedə azaldı, mənimki isə daha da artdı. Mən Lev Nikolayeviçi oyatdım və onu Marya İvanovnanın dalınca göndərdim. O, ciddi və qayğılı surətdə məni müayinə edərək qonşu otağa keçdi və təntənəli tərzdə Lev Nikolayeviçə elan etdi: «Doğuş başlanıb». Bu zaman 27-si, səhər saat 4 idi. İyun gecələri çox işıqlı olur, günəş artıq çıxmışdı, təbiət şən, hava isə isti idi.

      Lev Nikolayeviç çox həyəcanlanırdı, anamı çağırdılar, hazırlığa başladılar, evin xarratının cökə ağacından düzəltdiyi hündür, narahat nənnini gətirdilər.

      Bütün gün ərzində dəhşətli əzab çəkdim, Lyovoçka da yanımda idi, görürdüm ki, onun mənə çox yazığı gəlir, nəvazişli gözlərində yaş damcıları parlayırdı, dəsmal və odekolon ilə alnımı silirdi, mən hərarət və tər içində idim, saçlarım gicgahlarıma yapışırdı, o üzümü və əllərimi öpürdü, mən isə onun əllərini öz əllərim arasından buraxmır, gah onun əllərini dözülməz əzabdan sıxır, gah da ona öz mehribanlığımı, bu əzablara görə hər cür məzəmmətdən uzaq olduğumu sübut etmək üçün onları öpürdüm.

      Bəzən o gedirdi, onu anam əvəz edirdi. Axşamüstü Tuladan tüfəng zavodunun baş həkimi, balaca boylu polyak, doktor Şmiqaro gəlib çıxdı, doğuşun çox uzandığını görən mamaçanın xahişi ilə onun dalınca adam göndərmişdilər…

      Uşaq doğulan dəqiqədə qorxunc sükut hökm sürürdü. Mən Lev Nikolayeviçin sifətindəki dəhşəti, Marya İvanovnanın qorxunc, təlaşlı həyəcanını və onun körpə ilə əlləşməsini görürdüm. O körpənin üzünə su çiləyir, kiçik bədənini şappıldadır, onu o yan-bu yana çevirirdi və nəhayət, körpə yavaş-yavaş ucadan ciyildəməyə başladı və çığırdı.

      Adəti üzrə körpə yuyuldu, təmizlik işləri görüldü, biz isə körpəyə aid dəyişəksiz çox narahat bir vəziyyətə düşdük. Oğlanı Lev Nikolayeviçin gecə köynəyinə bükdülər və köynəyin qolu ilə onu bələdilər. Səhərisi gün bəzi şeylər tikildi, lakin Moskvadan anam tərəfindən hazırlanmış əla uşaq dəyişəyi gəlib çıxana qədər vəziyyətimiz ağır oldu. Dayəmiz yox idi. Lev Nikolayeviç çox ciddi surətdə tələb edirdi ki, mamaça gedən kimi, mən özüm uşağı həm yedizdirim, həm də ona qulluq edim. Mən hələ ona danışıqsız itaət edirdim və o zamanlar onun bütün arzu və fikirlərini qüsursuz və şübhəsiz yaxşı hesab edirdim.

      Mənim vaxtından qabaq doğulmuş, zəif oğlum hey yatırdı. Onun bədəni sarı idi, döş də götürmürdü.

      Seryoja doğulan gecə, nədənsə bütün evdəkiləri oyatmağı lazım bilmişdilər. Şampan şərabı gətirdilər, qədəhlərə töküb ana və uşağın sağlığına içməyə başladılar. Saşa Kuzminskinin və onun qardaşının yuxulu və pərişan saçlı başları, bacım Tanyanın – canlı, lakin bir cür əzgin, Tatyana Aleksandrovnanın məsud sifətləri yadımda qalmışdır. Xaç suyuna çəkmək üçün Lev Nikolayeviçin qardaşı Sergey Nikolayeviçi çağırdılar, Tatyana Aleksandrovna da onunla birlikdə xaç suyuna çəkirdi. Əvvəlcə uşağa Nikolayın adını qoymaq istəyirdilər, ancaq mən Lev Nikolayeviçin çox tez ölmüş atası və qardaşının adını qoymağa qorxurdum; lakin Tolstoylar ailəsi üçün müvafiq bir ad olsun və bununla da ərimə xoş gəlsin deyə mən oğlumu Sergey adlandırmağı qərara aldım…

      Lev Nikolayeviç heç zaman Seryojanı əlinə götürməzdi. O, oğlu olmasına sevinir, onu özünə xas şəkildə sevir, lakin ona ürkək bir heyrətlə baxırdı. Yaxınlaşır, baxır, dindirir, vəssalam. Bir də görürsən onun uzunsov kəlləsinə baxaraq oğlunu «Funt» deyə çağırır, yaxud «Serquleviç» deyərək, dodaqlarını marçıldadır və çıxıb gedirdi…

      1865

      FET

      Bir dəfə Lev Nikolayeviç bacısı ilə Dyakovun yanına getmişdi; dayəni nahara buraxaraq balaca Tanyam ilə tək oturmuşdum ki, zəng səsləri eşitdim. Biz darısqallıqda yaşayırdıq, ev qulluqçularının hamısı nahar edirdi, hər yer açıq idi. Tezliklə bir cənab içəri girdi və tanış olmayan adam kimi birbaşa özünü təqdim etdi, «Fet, ərinizin köhnə dostu, icazə verin yenə özümü sizə təqdim edim».

      Mən əvvəlcə onu tanımadım. Hədsiz pərt oldum, dedim ki, ərim evdə yoxdur, əyləşməyi təklif etdim. Tərslikdən uşağı əmizdirmək vaxtı idi, mən onu dizlərim üstə tutmuşdum və o, bütün qüvvəsi ilə mənim ağ nansuk paltarımı açmağa, daha doğrusu, cırmağa çalışırdı. Mən elə pərt olmuşdum ki, ağlamağım tutmuşdu. Nəhayət, Fet təbəssümlə dedi: «Sizin qızınız qanuni tələblərini bildirir, xahiş edirəm, mənə görə sıxılmayın».

      KƏSMƏ

      Bir dəfə Lev Nikolayeviç bizim küsüşmələr haqqında, bütün yaşadığımız dövrdə yadda saxladığım və başqalarına da danışdığım müdrik fikir söylədi. O ər-arvadı təmiz ağ kağızın iki hissəsi ilə müqayisə edirdi. Yuxarıdan onları cırmağa, yaxud kəsməyə başla, bir az da, bir az da… və iki hissə bir-birindən tamamilə ayrılar.

      Küsüşmə zamanı da belə olur, hər bir küsüşmə ər-arvadın təmiz və bütöv, yaxşı münasibətlərində belə kəsiklər əmələ gətirir. Bu münasibətləri qorumaq və qırılmasına imkan verməmək lazımdır.

      Mənə özümü ələ almaq çətin idi, mən özümdən çıxan, qısqanc, ehtiraslı idim. Dəfələrlə qızışdıqdan sonra Lev Nikolayeviçin yanına gəlir, onun əllərini öpür, ağlayır və üzr istəyirdim.

      Onun xarakterində belə cizgi yox idi, məğrur və öz qiymətini bilən bu adam, bütün ömrü boyu mənə yalnız bircə dəfə «bağışla» demişdi; çox zaman isə bu və ya başqa səbəbdən məni incitdikdə, yaxud hər hansı bir işlə əziyyət verdikdə belə, sadəcə olaraq mənə yazığı gəlmirdi. Qəribədir ki, o məni hətta heç bir şeyə həvəsləndirməmişdi, heç bir şeydən ötrü tərifləməmişdi də. Gənc yaşlarında bu, məndə belə əqidə yaradırdı ki, mən tam miskin, bacarıqsız, səfeh bir məxluqam, əlimdən heç bir iş gəlmir. İllər keçdikcə bu məni kədərləndirirdi, qocalığa yaxın isə bu münasibətə görə ərimi töhmətləndirirdim. Həmin münasibət bütün qabiliyyətlərimi boğurdu, tez-tez məni ruhdan düşməyə və həyatdakı qətiyyətimi itirməyə məcbur edirdi.

      Doğrudanmı mən heç bir şeyi yaxşı icra etmirdim? Axı mən çox çalışırdım.

      Həvəsləndirmə, tərif bəzən insanlara qıcıqlandırıcı vasitə kimi təsir edir. Özünə güc gəlirsən və dirçəlirsən…

      Yayda Fet ilə arvadı bizə gəlmişdi… Lev Nikolayeviç Afanasi Afanasyeviçə «Hərb və sülh»dəki hərbi səhnələri oxudu; o zamanlar mənim üçün vuruşların və hərbi əməliyyatların təsviri maraqsız idi. Fet isə hər şeyə çox valeh olurdu və həmişə hesab edirdi ki, Lev Nikolayeviçin əsərlərində epik forma daha yaxşıdır.

      «Hərb və sülh»ün son fəsilləri barədə Lev Nikolayeviç yaxınlarda kiməsə danışırdı ki, Stendalın (yazıçıdır) müharibəyə münasibəti ona təsir göstərmişdir. Vaterloo döyüşünün Stendal tərəfindən təsvirini oxuyarkən Lev Nikolayeviç onunla özünün müharibəyə baxışları arasında o qədər ümumilik tapdı ki, eyni fikri «Hərb və sülh»ün

Скачать книгу