Скачать книгу

Sadıq əmi? Mən… – Qafar doluxsunmuşdu, boğulurdu.– Mən kimə mərdüməzarlıq eləmişəm ki?

      – Bizə.

      – Sizə? A kişi, ağsaqqal adamsan. vic… allahın yoxdur belə danışırsan?

      –Bala, binanı tez təhvil vermək nə deməkdir?

      – Tez təhvil vermək ayrı şeydir, yarımçıq təhvil vermək…

      – Yox, sən mənim sözümün ağzını özgə səmtə, dərə-təpəyə salma, de görüm binanı vaxtından qabaq təhvil verəndə nə olur? Dinmirsən? Qoy mən deyim. O olur ki, birincisi– illərlə ev gözləyənlər sevinirlər. İkincisi– biz də sevinirik, çünki mükafat alırıq.

      Qafar da acı-acı gülümsündü.

      – Həə, heç yadıma düşmürdü, siz axı mükafat alırsız.

      – Təkcə biz yox, hamımız. Sən də. İş içraçısı Qafar Vəlizadə də! Bəlkə yalan danışıram? Bəlkə sən o mükafatı «Uşaq evi»nə verirsən? Ha-ha-ha-ha, ay verdin ha! Özünə çatır ki, başqasına da əl tutasan! Mən bənnayam, bax bu əllərim,– Sadıq kişi bağa çanağına oxşayan yekə, qabar-qabar əllərini ortaya uzatdı. Qafar onun əllərinə çox baxa bilmədi.– Əziyyət çəkib ev tikib, indi də haqqını istəyir.

      – Bunu heç kəs danmır, Sadıq əmi, ancaq yarımçığımız çoxdur. Santenika işlərimiz lap yarıtmazdır, kanalizasiyanı abırlı birləşdirməmişik, hətta bir neçə blok səhv quraşdırılıb…

      – Bunların mənə dəxli yoxdur. Mən öz işimi vaxtında, həm də keyfiyyətli başa vurmuşam?

      – Vurmusan.

      – Onda zəhmət çək, mükafatımı ver!

      – Bizdə mükafat ayrı-ayrı işlərə görə yox, bütün binaya…

      – Çox nahaq! Elə bu cür elədiyinizə görə də biri o birisinin kölgəsində yatır, yaxşıynan pis ayırd olunmur.

      – Bu qaydanı mən yaratmamışam.

      – Bilmirəm, kim yaradıb, haçan yaradıb, niyə yaradıb, heç bilmək də istəmirəm. Mən bənnayam, qara fəhləyəm, mənimki başımı aşağı salıb namusnan-qeyrətnən işləməkdi. Qandın? Evdə bir çətən külfətim var, hamısı da gözünü o mükafata dikib, verməsən yoxsa bax, bu əlləri sənin gözlərinə soxaram. Qandın?

      Sadıq kişi kor-kobud əllərini onun gözlərinin qabağında oynatdı, o əllərin soyuq yeli Qafarın yanaqlarını üşütdü və qoca bənna uzaqlaşandan xeyli sonra da dalınca baxa-baxa qaldı.

      Yaqub qəhqəhə çəkdi.

      – Nooldu, iş icraçısı? Qazın yatdı? Buna da fəhlə deyərlər, adamın ciyərini çıxarıb şişə çəkər və özünə yedirər!

      – Qoy çəksinlər. Qoy birdəfəlik fəhlələr bizim ciyərlərimizi çıxartsınlar, bəlkə camaatın canı qurtara əlimizdən.

      – Di, ağlını başına yığ! Sabah…

      – Hə, düz deyirsən, qoy qalsın, sabaha. Sabah komissiyanın qabağında hər şeyi ayırd edərik.

***

      Heç yarım saat keçməmiş Qafarı tikinti idarəsinin rəisi yanına çağırdı. Qafar kabinetə girəndə rəisin sifəti əyildi, pəncəsini stola dayayıb, yavaş-yavaş kreslodan aralandı– elə bil üstünə çox qorxunc, yırtıcı bir heyvan yeriyirdi və rəis də özünü müdafiəyə hazırlayırdı. Qafar qapının ağzındaca dayandı. Rəis qışqırdı:

      – Sən nə kəndir olub keçmisdin boğazımıza? Çöldə qalmışdın, pislik elədik, çörək verdik? Qudurmusan? İstəyirsən qovum?.. Başa düşürsənmi ki, səni qovmaq məndən ötrü su içməkdən də asandır!– Rəisin qabağında armudu stəkanda çay vardı. Çay çoxdan soyumuşdu. O, stəkanı götürüb bircə qurtuma başına çəkdi.– Bax beləcə asandı. Qandın?

      – Yoldaş İslamov, axı…

      – Yoldaş İslamov da ölsün, sən də, səni bizə calayan da!

      – Axı, bina tam hazır…

      – Nəyi hazır deyil? Divarı var? Var! Tavanı, döşəməsi qapısı, pəncərəsi var? Var! Daha camaata nə lazımdır?

      – İçərisi… İçərisi tam hazır deyil, camaat köçən kimi təmirə başlamalı…

      – Lap yaxşı! Çox əcəb! Qoy başlasınlar. Bundan ötrü də dövlət xüsusi təşkilatlar– mənzil istismar kontoru, məişət xidməti idarəsi yaradıb, ətək-ətək pul ayırıb. Onlar da bir iş görməlidirlər, ya yox? Onların da planları var, bu planı yerinə yetirməlidirlər, ya yox?

      – Bu… Bu… dövlətin pulunu havaya sovurmaqdır.

      İslamov dərindən nəfəs alıb oturdu. İndi o da Qafar kimi, hətta ondan da betər yorğun görünürdü. Əli ilə sinəsini ovxaladı. Deyəsən, ürəyi sancırdı. Stolun siyirtməsindən nəsə bir dərman çıxardıb ağzına atdı, armudu stəkana baxdı– orda damcı da qalmamışdı. Zəngi basdı, katibə gəldi, stəkanı boş görəndə heç nə demədən götürüb apardı, bir an sonra çayla dolu qaytardı. İslamov dərmanı dilinin altında saxlayırmış, indi uddu. Yenə iki-üç dəfə dərindən nəfəs saldı, Qafara hüznlü nəzər saldı. Qafar bu nəzərin ağırlığına dözə bilməyib, başını aşağı dikdi.

      – Bala, məni başqa idarələr, kimin orda nə işlə məşğul olması, harda nə xərcləməsi, necə xərcləməsi yox, öz idarəm, bu idarənin planı maraqlandırır. Qandın?

      – Bunu qandım, amma…

      – Bala, nə qanmısansa mənim bəsimdir, o ammanı saxla özünçün. Di yeri, get, ağlını yığ başına! Sizin obyektlə əlaqədar məni nazir çağırır, boş söhbətlərə vaxtım yoxdur…

      Qafar ordan çıxanda bir müddət, burulğana düşmüş çöp təki, həyətdə vurnuxdu. Kimsə ondan nəsə soruşdu. Qafar o adamın sualını gec başa düşdü, başa düşəndə gördü ki, o adam yanında yoxdur.

      Qafar harasa gedirdi. Hara?

      Bunu xeyli sonra– üçmərtəbəli, dümağ binaya çatanda anladı. Başını qaldırıb gördü ki, Rayon Partiya Komitəsinə gəlib. Əvvəlcə çaşıb qaldı ki, bura niyə, kimin yanına gəlib? Sonra yadına düşdü ki, birinci katibin, orta məktəb dostu Fərəc Muradovun yanına gəlib.

      Qəbul otağında heç kəs yox idi. Katibə də yox idi. Qafar katibin qapısını ehtiyatla, sıxıla-sıxıla açanda gördü ki, Fərəc Muradov içəridədir, oturub stolun arxasında, nəsə yazır.

      Qafar bu kabinetdə olmuşdu. İlk dəfə buraya ayaq basanda olduğu kimi, yenə ürəyindən keçdi ki, bax tikəndə də belə geniş, hündür, işıqlı, gözoxşayan naxışlarla bəzənmiş otaqlar tikəsən. Bu cür otaqlarda adamın könlü açılır, deyib-gülmək, yazıb-yaratmaq istəyirsən…

      Fərəc Muradov hənirti hiss edib, başını qaldırdı və eynəyini çıxarmalı oldu.

      – Qafar?!. Sənsən? Çoxdan burdasan?

      – Yox, elə bu dəqiqə girmişəm.

      – Gəl bəri, gəl!– Qalxıb Qafarla qucaqlaşdı.

      – Bağışla, deyəsən, işdən ayırdım.

      – Eybi yoxdur, iş qurtaran ha deyil. Çay gətirdim,

Скачать книгу