Скачать книгу

mübarizə yolu, Şeyx Məhəmməd Xiyabani hərəkatı və onun mahiyyəti, “Azadistan” dövləti, Ş.M.Xiyabaninin həyati və polkovnik Məhəmməd Tağı xan Pesyanın başçılıq etmiş olduğu üsyan barədə müəllifin fikirləri öz əksini tapmışdır.

      H.Baykara “İran inqilabları və azadlıq hərəkatları” adlı bu kitabında son 1978-1979-cu illər böhranına və bunun nəticəsində baş verən xalq çıxışlarına gətirib çıxaran səbəbləri və bu sırada da Pəhləvilər sülaləsinin hakimiyyət dövründə hakim dairələrin hyata keçirdiyi istismarçı, anti-demokratik, millətçi-şovinist siyasətin mahiyyətini açıqlamağa çalışmışdır. Bu məsələlərə aydınlıq gətirməyə çalışan müəllif Məhəmməd Rza şah dövrünün iqtisadi siyasətinə toxunaraq qeyd edir ki, neftdən gələn milyardlarla gəlirin böyük bir hissəsi mövcud iqtidarın qorunması üçün yaradılmış modern ordunun təchizatına və saxlanılmasına sərf olunur.

      Qısa şəkildə olsa da müəllif yazısında 21 Azər hərəkatına, Azərbaycan demokrat Firqəsinə və onun rəhbəri S.C.Pişəvəriyə xüsusi yer ayırmışdır. İndiyə kimi, istər İran, istər Qərb, istərsə Amerika və son 25 ildə formalaşan Rusiya tarixşünaslığında, hətta Azərbaycan tarixşünaslığında belə bəzi tədqiqatçıların araşdırmalarında inkar olunur. Bu mövqedə duranlara Hüseyn Baykaranın 1978-ci ildə İstanbulda çap etdirdiyi “İran inqilabları və azadlıq hərəkatları” adlı kitabında tutarlı cavablar verilir.

      H.Baykara əlində olan ədəbiyyat əsasında 21 Azər hərəkatının mahiyyətini və Milli Hökumətin bir illik fəaliyyəti dövründə Güney Azərbaycandakı sosial-siyasi, iqtisadi-mədəni tədbirlərdən bəhs etmiş, cənubi azərbaycanlıların milli şüurunun formalaşmasında əsas və son mərhələni təşkil edən “21 Azər” hərəkatının təbiimüqəddəm şərtləri, onun İranda son 100 ildə baş verən milli-azadlıq və milli-demokratik hərəkatların məntiqi davamı olmasını siyasi və ideoloji baxımdan əsaslandır bilmişdir. Müəllifin bu əsərində Azərbaycandakı xalq hərəkatının (19545-1946) məğlubiyyət səbəblərini, bu məğlubiyyətdə sovetlərin Pişəvəri hökumətinə etdikləri xəyanəti, şahənşah dövlətinə ABŞ və İngiltərənin göstərdiyi hərtərəfli yardım haqqında faktlar və reallıqlar ortaya gətirilir və oxucu bunlarla tanış olur.

      “21 Azər” hadisələrindən sonra Məhəmməd Rza şah tərəfindən yaradılmış terror rejiminin mahiyyətini oxucusuna anlatmağa çalışan müəllif qeyd edir ki, İran ordusu daha da gücləndirildi və modernləşdirildi. Büdcənin böyük bir hissəsi isə İranda müasir texnologiyaya söykənən ağır sənaye yaratmaq adı altında Qərb və Amerika dövlətlərinin xəzinələrinə köçürülürdü.

      Kənd təsərrüfatına gəlincə isə kitabın müəllifi bu sahədə vəziyyətin daha acınacaqlı olduğunu qeyd edir və “Pəhləvilər” başlıqlı bölümdə şahın ən böyük torpaq sahibi olduğu və bu torpaqları zorla feodal torpaq sahiblərindən alıb zəbt etdiyi qeyd olunur.2

      Müəllif bu əsərində son İran inqilabı ərəfəsində (1978) xalqın güzəranının son dərəcə pisləşdiyini qeyd edərək yazır: “ …həyat yüzdə 30 nisbətində bahalaşmışdı. İcarə haqları bir ildə orta hesabla 50 faiz artmışdı. … İldə 18 milyard dollara başa gələn idxalat neft gəlirini silib süpürür, ayrıca xarici ödəmə sahəsində müvazinətin pozulmasına gətirib çıxarırdı. …Buraya bürokratik ləngimələri, israf və qanunsuzluqları da əlavə etmək olar.”

      Şahdan İranda müstəqillik və azadlıq, Konstitusiyanın bərpası və Parlamentin sərbəst seçkilər əsasında formalaşmasını, İran xalqlarının hər birinə öz ana dilində məktəb, mətbuat, idarəetmə, neftdən gələn milli gəlirin əyalətlərin inkişafı, insanların maddi rifahı və güzaranını yaxşılaşması üçün müvafiq şəkildə bölünməsini, bir sözlə insan haqlarına aid olan haqq və hüquqları tələb edən azadixah qüvvələr, mübarizlər istibdadın zindanlarına atılır, sürgün və ya edam olunurdular. Qərb dünyasında “İnsan haqları” ilə məşğul olan beynəlxalq təşkilatların hesablamalarına görə, Məhəmməd Rza şahın zindanlarında 20-30 min nəfər arasında siyasi məhbus var idi.

      Kitabında İran şahlıq rejiminin mahiyyətini son dərəcə açıq bir şəkildə, tarixi faktlarla açıb ortaya qoyan H.Baykara oxucusuna sadə bir dildə bunları bəyan edir: “İran şahı 25 may 1975-ci il tarixində 1905-1911-ci illərdə Səttarxan, Bağırxan və silahdaşlarının İran xalqlarının azadlığı uğrunda axıdılmış qanlar bahasına əldə etdikləri Konstitusiyanı bir fərmanla ləğv etmiş, mütləq və müstəbid olan öz qanlı üsul idarəsini yaratmışdı. Şah istədiyi zaman parlamenti buraxır və yeni seçkilər təyin edirdi. Parlamentə seçiləcək deputatların siyahısı öncədən şah tərəfindən təsdiqlənməli idi. Senatdakı 60 yerə 30 senat şah tərəfindən təyin edilirdi. Nazirlərin hamısı şah qarşısında məsuliyyət daşıyırdı. Baş naziri təyin və azad etmək səlahiyyəti yalnız şaha aid idi. Əslində onun yaratdığı dövlət forması şahlıq üsul idarəsi idi”.

      Kitabın sonunda Məhəmməd Müsəddiq və Pəhləvilər sülaləsi haqqında yığcam məlumat verirlir. H.Bay-kara 1978-1979-cu illər inqilabına gətirib çıxaran səbəbləri, İngilis-İran neftinin milliləşdirilməsi uğrunda M.Müsəddiqin timsalında milli burjuaziyanın mübarizəsi və rolunu, onun təbii istəklərini, cəmiyyətdəki əsas vəzifələrini, XX əsrin 60-cı illərindəki torpaq islahatlarını, onun əsl mahiyyətini, 70-ci illərin terror rejiminin yerli xalqlara, xüsusilə qeyri-fars xalqlara qarşı həyata keçirilən iqtisadi və milli zülm siyasətini və bunun müqabilində yerli irtica və xarici imperializmin istismar və işğalçılıq siyasətinə qarşı milli-demokratik və azadlıq hərəkatlarını xronoloji ardıcıllıqla oxucusuna izah edir, həmin hərəkatların hərəkətverici qüvvələri içərisində Azərbaycan türklərinin çəkisi, yeri və rolu barədə məntiqi mülahizələrini də məharətlə sərgiləyir. İranda Konstitusiyalı monarxiya quruluşunun yaranmasında (Məşrutənin əldə olunmasında) Azərbaycan və onun xalqının rolunu təkzibolunmaz tarixi dəlillər əsasında ortaya qoyur.

      Beləliklə də, H.Baykara kitabında İran cəmiyyətində, onun iqtisadi-ictimai və hərbi quruluşunda, 60-cı illərin torpaq islahatlarında, iqtisadi inkişaf planlarında baş vermiş əyintiləri, neqativ halları açıb göstərməklə 1978-1979-cu illər inqilabına, 55 illik Pəhləvilər rejiminin dağılmasına gətirib çıxaran səbəbləri və yolları xronoloji və məntiqi ardıcıllıqla açıb göstərməyə müvəffəq olmuşdur.

      Oxuculara təqdim olunan bu yazıları elmi-publisist oçerk kimi qiymətləndirmək olar. Yazıda toxunulan məsələlər Türkiyədə İrandakı olaylardan tam xəbərsiz olan oxucular və eləcə də Güneylə bağlı biliklər əldə etmək istəyən gənc nəslin nümayəndələri üçün maraqlı, faydalı və gərəklidir. Bu baxımdan mərhum alimimiz Hüseyn Baykaranın məqalələr toplusundan ibarət bu kitabı oxucular üçün maraqlı və faydalı ola bilər. Bunu nəzərə alıb biz onun kitabının işıq üzü görməsini faydalı sayırıq.

Səməd Bayramzadə, dosent, tarix üzrə fəlsəfə doktoru, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiriƏkrəm Rəhimli (Bije), iqtisad üzrə fəlsəf doktoru, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin

Скачать книгу


<p>2</p>

Rza şahın həyatını qələmə alan havadarlarından birinin verdiyi 15 məlumata görə, ölərkən onun 1,5 milyon hektar torpaq sahəsi həcmində var-dövləti olmuşdur. Bu barədə bax: Donald Wilber. Reza shah Pahlavi, Princeton, Exposition press, 1975, pp.243-244