ТОП просматриваемых книг сайта:
Romantizm və romantika. Vurğun Əyyub
Читать онлайн.Название Romantizm və romantika
Год выпуска 0
isbn
Автор произведения Vurğun Əyyub
Издательство Köhlən Nəşriyyatı
Azərbaycan romantizmi və onun nümayəndələri haqqında ilk fikir söyləyən S.Hüseyn, A.Şaiq, C.Cabbarlıdan başlamış müasir tədqiqatçılara qədər hamının şərik olduğu bir fikir var: əski ədə biyyatla yeni ədəbiyyat arasında uçurum yaradan, epiqon poezi yanı kökündən yıxan, şeiri "Füzuli tilsimi" ndən ilk silkinib çıxa ran Sabirlə birlikdə Hadi və Səhhət oldu. Bu o deməkdir ki, epi-qonçuluğa qarşı mübarizədə, təzə şeirin ideya-estetik prinsipləri nin müəyyənləşməsində Azərbaycan romantizmi bir çox məsələ lərdə olduğu kimi tənqidi realistlərlə eyni mövqedən çıxış etmiş dir. 19-cu əsrin sonunda "təzə şeir" problemi ətrafında mübarizə lər məktəb və tərbiyəyə aid ədəbi nümunələrin meydana çıxmağı ilə nəticələndikdə "Həyat" qəzetində Abbas Səhhətin "Təzə şeir necə olmalıdır?" (1905) məqaləsi göründü. A.Səhhətin məqaləsi nin belə bir şəraitdə meydana çıxması yaranmış poetik nümunə lərə etiraz əlaməti, onlarla qənaətlənməməyin ifadəsi idi. Görü nür, şeirin inkişaf istiqaməti gənc şairi razı salmamışdı. O, deyi lənlərdən və yazılanlardan fərqli olaraq, şeirə yeni bir istiqamət vermək istəyirdi. Lakin məqalədə müəllifin nəzəri konsepsiyası aydın və konkret şəkildə ifadəsini tapmamışdır. Yəqin ki, şairin o zamankı dünyagörüşü, hələ yeni-yeni formalaşan ədəbi zövqü buna imkan verməmişdir. Lakin bütünlükdə məqalənin ruhun dan, məqsədindən ("ədəbiyyatımızın islahatı") aydın hiss olunur ki, şair epiqon poeziyaya düşmən münasibət bəsləyir. Bu da ora dan irəli gəlir ki, bədii sənətin həmin istiqaməti özünün real hə yati məzmununu itirmiş, saxta bir şeyə çevrilmişdi. Təsadüfi de yildir ki, şair məqalədə fikirlərinin ağırlıq nöqtəsini bu məsələ üzərinə salırdı. Müəllif yazırdı: "Şüəarayi-sabiqəmizin əşar və ədəbiyyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəd din sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bən zətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil." (28, II, 7)
Göründüyü kimi A.Səhhət "köhnə şeirin" əsas qüsurunu "in san üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədi" yində gör müşdür. Aydın görünən budur ki, şair şeirdən mərifət və ibrət dərsi verə bilməsini tələb edir. Şairi bağlı olduğu ənənədən qopa ran nə idi? Nə baş vermişdi ki, şair birdən-birə üzərində pərvəriş tapdığı köhnə şeirdən üz çevirmiş, ona qarşı hücuma keçmişdi? Axı, dünənə kimi o özü də zamanın ab-havasından uzaq şeirlər yazırdı. Səhhət 1905-ci ilə qədərki vəziyyətini 1911-ci ildə F.Köçərliyə yazdığı mənzum məktubunda belə təsvir etmişdi:
Bir zaman Nasehü Tərrah ilə Sabir bəndə,
Yaşayırdıq hamımız qəflət ilə fəxrəndə.
Birimiz mərsiyəguluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübali keçinirdi günümüz rindanə. (28, I, 161)
Səhhətin qarşı çıxdığı məsələlər aydın və konkretdir: mərsiyə-çiliyə, həcvə, həyati problemlərdən üz çevirib canana, meyə dair nəzm parçaları yazmağa etiraz! Bir zamanlar həvəslə qoşulduğu ənənəyə bu ədəbi "dönüklüyün", özünü inkarın (yaxşı mənada) başlıca səbəbkarı, əlbəttə, zaman özü, orta əsrlərin hələ də hökm sürən mənəvi-ideoloji, ictimai-siyasi mənzərəsini çilik-çilik edən qüdrətli 1905-ci il inqilabının gətirdiyi yeniliklər idi. Birinci rus inqilabının astanasında Abbas Səhhətin müzakirəyə qoyduğu bu məsələ tədriclə inkişaf edib xüsusi bir ədəbi konsepsiyaya çevri lir. Sənətkarın vətəndaşlıq mövqeyi məsələsi onun ədəbi görüşlə rinin təməlində dayanır. Şairin bütün yaradıcılığı