ТОП просматриваемых книг сайта:
Egilin Saqası. Vikinq dastanı
Читать онлайн.Название Egilin Saqası
Год выпуска 0
isbn
Автор произведения Vikinq dastanı
Издательство Alatoran yayınları
Louisin oğulları arasındakı daxili savaş 843-cü ildə sona çatanda Vikinqlər, Frankların, hərəkətə uyğun çaylar üzərində qurulan həssas monastırlar və şəhərlər üçün sülhün qorunması adına yeri gələndə böyük pullar ödəməyə hazır olduqlarını kəşf etdilər.
Vikinqlərin 845-ci ildə Parisi mühasirəyə alması girov qarşılığında aradan qaldırıldı. IX əsrin ikinci yarısında artıq Qərbi Frank Krallığının bütün əsas çaylarında Vikinq gəmiləri meydan sulayırdı və krallıq böyük sıxıntı içində idi. IX əsrin ortalarında Vikinq axınlarının əsas maraq göstərdiyi bölgə hər şeyə rəğmən Frankiya torpaqları olsa da Britanya da axınlardan payını almağa davam edirdi. Vikinq gəmiləri London, Canterbury, Kent şəhərlərini xərac verdikləri halda qarət edirdilər. İberiya bölgəsi də olduqca cazibəli idi. Buna qarşı, IX əsrdə bu bölgəyə yalnız iki Vikinq səfəri düzənlənmişdi. IX əsrin sonundakı ikinci axınlarına qarşılıq olaraq Kurtuba xəlifəsi, yeni bir donanma inşa edərək müdafiəsini gücləndirdi. Bu tarixdən sonrakı 100 il içində başqa bir Vikinq axını qeyd edilməmişdir.
İrlandiyada daha erkən fəaliyyət göstərən Vikinqlər, bu bölgədə Frank ölkəsi ya da İngiltərədə olduğu qədər dəyərli mədən məhsulu əldə edə bilməyince, İspaniya və Şimali Afrikadakı Müsəlmanlara satılmaq üçün çox pul gətirən kölə ticarətinə girişmişdilər.
IX əsrin ikinci yarısında Qərbi Frank kralı Charles, axınçıların insafına tərk edilmiş olan bölgələrdə idarəetməni gücləndirib müdafiəni möhkəmləndirdi. Seine və Loirea çayları üzərində gəmilərin keçməsini əngəlləyəcək körpülər inşa edildi, şəhərlər və monastırlar gücləndirildi. Bu önləmələr, Vikinq axınlarının o zamandan sonra İngiltərəyə üz tutmasına yol açdı. 866-cı ildə, o zamankı salnaməçilərin "Great Army" (Böyük Ordu) olaraq adlandırdığı bir donanma Şərqi Angliaya hücum etdi. Anqlosakson Xronikasında dalğa-dalğa gələn və bu dəfə əməlli başlı qalıcı olan hərbi hissələrdən söz açılır. Beş il sonra sadəcə bir krallıq, Wessex salamat qalmışdır. Yeri gəlmişkən bunu da söyləmək gərək, bu kolonizatorların yerləşdikləri bölgələrdəki dialekt üzərində dərin təsirləri vardır. Əkinçiliyə bağlı kəlmələrə və bölgədəki yer adlarına baxanda, gələnlərin bir çoxunun sadəcə vurub qaçan qarətçilər deyil, hər birinin əsl əkinçi olduğu anlaşılır.
Great Army'nin səfərləri ilə eyni zamanda Norveçlilər də İslandiyanın koloniyalarına girişmişdi. Adanın varlığı bilinmir deyildi, amma IX əsrdən öncə, tək-tük İrlandiyalı keşişlərdən başqa məskunlaşmağa açılmamışdı. Köç, Harald dövründən öncə başlamış, ancaq onun IX əsrin sonunda Hafrs fiyordunda qazandığı qəti qələbədən sonra sürətlənmişdi. İslandiyalılar daha sonralar qurucu babalarının, bütün Norveçi öz hakimiyyəti altında birləşdirən ilk kral olan Gözəlsaçlı Haraldın (Haraldharfargi) tiranlığından qaçanlar olduğunu vurğulamışlar. Təqribən 60 illik bir müddətin sonunda insanların yaşamasına uyğun olan bütün torpaqlar paylaşıldı və bu aşamadan sonra artıq, yaşamağa daha az uyğun olan şimal-qərbi İslandiyadakı dik yalılarla əhatəli fyord bölgələrinə üz tutuldu.
X əsrdə Qrenlandiyaya yerləşənlərin, əsrin sonuna gələndə nüfuzları 300 təsərrüfata qədər çıxmışdı. İslandiya Saqalarına görə, Qrenlandiyaya yerləşən bu köçlər Amerika qitəsinin şimalına da çatmışdılar. Newfoundlandin şimal ucundakı arxeoloji qazıntıların arxeoloqların əsas düşərgəsi olduğu nəticəsinə varılmışdır. IX əsrin sonundan etibarən Skandinav xalqlarının İngiltərədəki fəaliyyətləri dramatik bir tənəzzülə uğradı. X əsrin ilk yarısında Alfred, Skandinavların kontrolunda olan bölgələrin fəthinə girişdi. Skandinav krallarının ən sonuncusu Qanlıbalta Eirikrun da öldürülüb zərərsizləşdirilməsiylə ada nəhayət tamamən ingilislərin hakimiyyətinə girdi, amma hər şey bitməmişdi. X əsrin sonlarında, birbaşa Skandinaviyadan gələn gəmilər Qərbi Avropanı yenidən təhdid etməyə başladı. Qitənin sahil bölgələrindəki Elbedən Şimali
İspaniyaya qədər bir çox məskən saldırıya uğradı; lakin əsl hədəf, böyük və getdikce genişlənən şəhərləri ilə, dövriyyədəki yüksək keyfiyyətli gümüşdən düzəldilən pulu olan İngiltərə idi. İngiltərəyə ilk böyük həcmli hücum 991ci ildə gerçəkləşdiyi demək olar ki dəqiqdir. Haçasaqqal Svenin rəhbərlik etdiyi bu ilk səfəri, qısa aralıqlarla gerçəkləşən üç səfər daha izlədi. Bu səfərlərdə Vikinq qüvvəttləri böyük qənimətlər qazandı. Hər şeyə rəğmən X əsrdə Qərbi Avropada Vikinqlər üçün fürsətlər son dərəcə məhdud qaldı. Göz qamaşdıran hədəflər sağlam idarəetmə ilə qorunurdu və bununla bağlı olaraq yaxşı təşkilatlanmış ordularla müdafiə olunurdu. X əsrin son iyirmi ilindəki qeydlərə əsasən Vikinqlər, qarət axınlarıyla zənginliklərinə göz dikdiyi hədəflərin çox azında başarılı olmuşdur. Böyük ordular gərəkdirən bu axınlar üçün bu cür tşkilatlanmalar çox zaman başarılamamışdır.
Bunun bir səbəbi Skandinaviyadan qalan çatışmalarını qitəyə daşıyan birbirinə rəqib liderlərin varlığı olduğu söylənir.
Şərqdə Vikinqlər
Şərqi Avropa Slavları Avropanın digər bölgələrindən fərqli olaraq Norman yerinə "Rus" ya da "Vareng" kəlmələrini işlədir.
Slav bölgələrindəki Vikinq fəaliyyətlərinə dair əsas qaynaqlardan biri “Povesti Vremennıx Let”dir. Buna görə Vikinqlərin başçısı Rurik və tərəfdarları, 862-ci ildə Slav tayfaları tərəfindən özlərinə hökmdarlıq etmələri üçün çağrılmış və vergi-xərac şəbəkəsini bu günkü şimal-qərbi Rusyadan Orta və Yuxarı Dinepr çayı bölgəsinə qədər genişləndirmişlər. Povestdə danışılanlar, Skandinav üslubunda tapıntılar və bəzi məzarlar vasitəsilə təsdiq edilməkdədir. Daha artıq qarət və geniş miqyaslı koloniyalarla bilinən
Qərbdəki Vikinq fəaliyyətlərinin əksinə Şərqdəki təşkilatlanma ticari mənfəətlərə uyğun olaraq inşa edilmişdi. Belə ki, Vikinq hərəkətlərinin Qərbi Avropada geriləməsinin səbəblərindən biri, böyük zənginliklər vəd edən Şərqə yönəlmək ola bilər. Bölgədəki böyük ticarət şəbəkəsinin iki əsas rotası vardı: Şərqi Baltiki Bizansa bağlayan Dinepr boyunca Vareng-Grek rotası və Volqa xətti boyunca şimal-qərb Rusyanı Xəzərə və Bağdada bağlayan Volqa ticarət rotası.
İslam dünyasına aid böyük miqdarlarda sikkənin 790-cı illərdə Skandinaviyaya gəlmiş olması, bölgə mallarının Xəlifəliyə ixrac edildiyini söyləməyə əsas verir. Təxminən iki yüz il boyunca İslam dünyasına Xəzər Dənizi yoluyla birbaşa və ya Don və Volqa yoluyla dolaylı olaraq ixrac edilən malların qarşılığı olaraq ödənən əsasən gümüş pullar, Şərqi Avropada zənginlik yaratmışdır. Müasir ərəb mətnləri bu tacirləri "Rus" olaraq adlandırır. Bunların çoxunun Şərqi İsveçdən gələn Svear xalqına mənsub olduğunu təxmin etmək olar. IX əsrin ikinci yarısında İlmen gölünün şimalında, bir adanın üzərində yeni bir məskən quruldu. Daha gec dönəmlərin İslandiya Saqala-rında sözü keçən bu yerləşim, Holmgarôr idi. Slav dilində, 100 il sonra 2 kilometrə qədər kənarda qurulacaq olan Novqorod (Yeni Şəhər və ya Yeni Qala) ilə əks mənada olaraq Gorodişçe (Köhnə Şəhər və ya Köhnə Qala) da deyilirdi. Slav və Skandinav əsilli